top of page

Şəhid Bakılı Molla Sadıq

Bakılı Molla Sadıqın adı ilə tanış olmağımızdan bir neçə il keçir. Onun görünüşü barədə də heç bir təsəvvürümüz yox idi, ta ki yuxarıdakı şəklini Milli Arxivdə tapdıq.  

 

Bakılı Molla Sadıq Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəhanın hüzuruna ziyarətə getmişdi və iltimas etmişdi ki,  Allahın xidmətinə özünü həsr edə bilsin və onun yolunda şəhid olsun. Həzrət Əbdül-Bəha ona söz verərək bildirir ki, Allah səmimi qəlblərin arzularını yerinə yetirir. Onun şəhid edilməsindən bir neçə həftə öncə Həzrət Əbdül-Bəhadan Molla Sadıqın adına Lövh nazil olur və O ona müjdə verir ki, öz arzusuna çatacaq. 

 

İki həftə keçmədi ki, Mərdəkanda Molla Sadıqın həyət evinin bağında onu güllələdilər. Hazırda onun qəbri həmin bağda yerləşir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gəncliyində təhsilli bir oğlan imiş. Məşhur molla olan atası onu Rəşt vasitəsilə Məkkəyə yollayır. Rəştdə eşidir ki, yeni Peyğəmbər gəlib. Məkkə əvəzinə Qəzvinə gedir, orada həqiqəti araşdırır və Bəhai dinini qəbul edir.  Ondan sonra  Bakıya gəlib gecə-gündüz azərbaycanlılara yeni müjdəni çatdırmağa çalışır.


Məşhur bir molla olan atası başqa dini rəhbərlərdən bu söz söhbəti eşidir və öz statusunu təhlükədə görür.  O nöqteyi nəzərdən oğlunu evdən qovur. Molla Sadıq eşq vadisində elə qərq olmuşdu ki, atasının davranışına fikir vermədi və Mərdəkandakı bağa köçdü.  O sərbəst xidmət etməyə başladı və açıq şəkildə insanları Allahın yeni Əmrinə dəvət etdi. O qədər Əmrə (yeni Dinə) aşiq olmuşdu ki, hər yerdə camaatı dəvət edirdi.  

Nəhayət mollallar pul toplayırlar və  bir silahlı zabitə deyilir ki, Molla Sadıqı öldürsün. Onun şəhadət günü Qafqazın məşhur şairlərindən biri Mirzə Əbdül-Xaliq Yusif (Əliağa Vahidin müəllimi) bu şeiri yazır:

Bəzm içəri, şam-e-ruy-e Cananə bir tərəfdə          (özünü bəzmdən - məclisdən - uzaq görür)

Mən bir tərəfdə, yanam pərvanə bir tərəfdə        (həsrət çəkir)

Bir yanda xal-e Hendu (inqita), bir yanda Tar-e Gisu (Allahın bir tor saçı)

Bir dam bir tərəfdə, bir dam bir tərəfdə

Bir yanda zulf-e-Leyli, bir yanda ah-e Məcnun

Zəncir bir tərəfdə, divanə bir tərəfdə

Məsciddə xalqi yatmış, vaiz nəsihət eylər

Əfsərə (zabit) bir tərəfdə, Əfsanə bir tərəfdə,


Bu zülm Həzrət Əbdül-Bəhaya o qədər təsir edir ki, bu Lövhü onun pak ruhuna nazil edir:

Ey Sadıqım, Ey Sadıqım

Məhfildə nuri bariqim (parıldyan)

Cənnətdə nəxli basıqım (Tam yetişmiş palma)

Gülşəndə morqi natiqim (Oxuyan quş)

Canlar olə qurban sənə

Gözlər olə giryan sənə (Ağlayan)

 

Elm-ol-Yəqin dər ibteda 

Eyn-ol Yəqin dər İhteda 

Haq-ol Yəqin dər muntəha

Bunlar olub hasil sənə

(İslama görə yəqinliyin (əminliyin) 3 mərhələsi var: Elm ilə əminlik, görmək ilə əminlik və nəhayət Allahın insana bəxş etdiyi əminlik)

Ey Sadıqım, Ey Sadıqım

Məhfildə nuri bariqim

Cənnətdə nəxli basıqım

Gülşəndə morqi natiqim

Canlar olə qurban sənə

Gözlər olə giryan sənə 

Şamo səhər nalan idin  (Axşam səhərəcən nalə edirdin)

Hər nime şəb giryan idin  (Hər gecə yarısı ağlayırdın)

Çün Aşiqi Yəzdan idin  (Çünki Allahın aşiqi idin)

Yanqın yürək suzan idin  (Yanıqlı ürəyin parıldayırdı)

Ey Sadıqım, Ey Sadıqım

Məhfildə nuri bariqim

Cənnətdə nəxli basıqım

Gülşəndə morqi natiqim

Canlar olə qurban sənə

Gözlər olə giryan sənə 

Bir Şimr-i zi-coşən Yəzid  (Şimr Həzrət İmam Hüseyni Kərbəlada şəhid etmişdi)

Əsli vəlid, nəsli pəlid  (Çirkin xislətli)

Boğz-o ədavətdə şədid  (Düşmənçilikdə və təəssübkeşlikdə yüksək)

Tiri səni etdi şəhid  (Bir güllə ilə səni şəhid etdilər)

Ey Sadıqım, Ey Sadıqım

Məhfildə nuri bariqim

Cənnətdə nəxli basıqım

Gülşəndə morqi natiqim

Canlar olə qurban sənə

Gözlər olə giryan sənə 

 

Həzrət Əbdülbəha Molla Sadıq üçün xüsusi bir Ziyarətnamə nazil etmişdir. Bu Ziyarətnamə onun qəbri üstündə oxunur. 2018-ci ildə Azərbaycan Bəhai İcması Molla Sadığın məzar daşını yeniləmiş və həmin Ziyarətnamənin bir bəndini sinə daşında qeyd etmişdir. Xoş Azərbaycanlıların halına ki, Allah onlara şəhidlik məqamına çatmaq və öz canlarını bu Müqəddəs İlahi Əmrə fəda etməyə izn verdi. Yalnız gələcək nəsillər biləcək ki, Molla Sadıq Azərbaycan üçün bu dünyada hansı nailiyyətlər qazandı və bu məmləkəti Allahın yanında qanıyla zəngin etdi.


Molla Sadıqdan sonra Azərbaycanda başqa Bəhailərdə öz canlarını Allahın yolunda fəda edərək bu Əzəmətli Əmrin ağacını suvardı. Bu insanlar bizim millətimiz üçün əbədi səltənətdə böyük fəxr qazandı və onların adları Azərbaycan torpağına doğma olaraq Səmavi Kitabın səhifələrinə həmişəlik həkk olunaraq bu torpağı qoruyar.

   

https://www.gosazuhur.net/sehidlerin-xatiresi

bottom of page