Azərbaycanın
Erkən Bəhai İcması
1840-cı illərdən bəri
XIX əsrin ikinci yarısında Bəhai icmaları Şimali Azərbaycanın Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki, Şamaxı və digər yerlərində fəaliyyət göstərirdi. Artıq XIX əsrin 80-cı illərində bu icmalarda yüzlərlə insan var idi. Bakı icmasının arxivində həmin İcmanın adına 1887-ci ildə alınmış Çadrovu küçəsi (indiki Mirzağa Əliyev) 216 nömrəli evin mülkiyyət hüququna dair sənəd vardır.
Bəhai icmaları Azərbaycanda yaranan gündən hər cür dini fanatizmi, mövhumat və cəhaləti pisləmiş, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlər və xalqlararası dialoq və əməkdaşlığa can atmışlar. (Davamı)

Bəhailər və dostları daha yaxşı bir dünya qurmaq məqsədilə Həzrət Bəhaullahın bu gün üçün gətirdiyi təlimləri həyata keçirməyə çalışırlar
Gəlin Danışaq
Ağadadaş Qurbanov küçəsi, 6/44 --Metro Nizami
Tel: +994-12-497-3041 AzerbaycanBahaiIcmasi@gmail.com