Həzrət Əbdül-Bəha və Onu müşayiət edənlər
Parisdə, Eyfel Qülləsinin altında, 1912-ci il- Aərbaycandan gedən
Ələkbər Naxçıvani və digər Bəhailər Həzrət Əbdül-Bəhanın sağ tərəfində yer almışlar.
Həzrət Əbdül-Bəha 1914-cü ildə Həzrət Bab üçün tikdirdiyi Məqamı, Bakılı iki qardaş olan Əşrəf və Ağabala tikmişdir. Və Həzrət Əbdül-Bəha elə həmin Məqamın iki qapısına onların adını verərək şərəfləndirmişdir
Həzrət Əbdül-Bəhanın dövründə seçilmiş Azərbaycan Bəhailəri Ruhani Məhfili
Həzrət Əbdül-Bəhanın Zamanında
Bəhai İcmasının inkişafı
29 il sürən xidmət dövründə Həzrət Əbdül-Bəha Bəhai Dinini dünyanın hər bir guşəsinə yaymaq üçün əmək sərf etdi və Həzrət Bəhaullahın hökm etdiyi inzibati təsisatların inkişafını bəslədi.
Bəhai İcmasının Genişlənməsi və Möhkəmlənməsi
Həzrət Əbdül-Bəhanın rəhbərliyi altında İranda Ruhani məhfillər şəbəkəsi yarandı ki, onlar da Bəhai İcmasının işlərini idarə edir, üzvlərinin mənəvi-əxlaqi inkişafını irəli aparır, qızların təhsil almaları üçün məktəblər təşkil edir, xəstələrə yardım edir və Bəhai təlimlərinin yayılması ilə məşğul olurdular.
Həzrət Əbdül-Bəha, icmanın fəaliyyətlərində öz rollarını almağa başlayan və son nəticədə, həm yerli, həm də milli Məhfillərdə kişilərlə bərabərliyə nail olan və İranda inananlar arasından seçilən qadınların inkişafına böyük dəyər verirdi.
Həzrət Əbdül-Bəha, həmçinin, Bəhai Dininin Qafqazda və Orta Asiyada yayılmasını da istiqamətləndirdi. Aşqabadda özünün Bəhai Məbədi, məktəbləri, nəşrləri olan və hökumət tərəfindən məhdudiyyətlər qoyulmayan bir bəhai icması modeli yaranmışdı.
Həzrət Əbdül-Bəhanın səfərindən çox böyük dərəcədə faydalanan Misirdə də Bəhai icmasının inkişafı müşahidə olundu, bu icmada həm müsəlman, həm də xristian kökündən gələn insanlar, habelə, iranlılar, kürdlər, ermənilər vardı. Türkiyədə, Osmanlı İraqında, Tunisdə və hətta uzaq Çində və Yaponiyada bəhai icmaları ya yenicə meydana çıxdı, ya da Həzrət Əbdül-Bəhanın rəhbərliyi altında daha da möhkəmləndirildi.
Həzrət Əbdül-Bəha və Onu müşayiət edənlər
Parisdə, Eyfel Qülləsinin altında, 1912-ci il- Aərbaycandan gedən
Ələkbər Naxçıvani və digər Bəhailər Həzrət Əbdül-Bəhanın sağ tərəfində yer almışlar.
Qərbdə İnkişaf
Bəhai Dininin gələcəyi üçün əhəmiyyətli inkişaf Həzrət Bəhaullahın süudundan dərhal sonra onun Şimali Amerikada yayılması idi. Bəhai dini orada əvvəlcə xristian əsilli suriyalı bəhainin səyləri ilə yaranmışdı. Həzrət Əbdül-Bəha Birləşmiş Ştatlar və Kanadada inananların və bəhai təsisatlarının inkişafına xüsusi diqqət verdi və Həzrət Bəhaullahın təlimlərini dünyanın ən ucqar yerlərinə aparmaq vəzifəsini Şimali Amerika bəhailərinə həvalə etdi. 1898-ci ildən etibarən, Amerika və Avropadan Həzrət Əbdül-Bəha ilə görüşmək istəyən zairlər axını başladı. Həzrət Əbdül-Bəha təbliğ səylərində onları təşviq etdi. Xidmət dövrünün son illərində, Onun təşviqi və Onun İlahi Plan Lövhlərinə cavab olaraq, bəhailər ilk dəfə Cənubi Amerika və Avstraliyaya yollandılar.
Qərbdə yayılması Bəhai dinini, daxilində doğulduğu və üstünlük təşkil edən, müsəlman aləmindən kənara çıxardı. Bəhai təlimlərinin xristian auditoriyasına təbliğ edilməsində Həzrət Əbdül-Bəha əsas rol oynadı. Bu mənada onun qərb zairləri ilə danışdıqlarının toplusu olan “Bəzi suallara cavablar” çox mühümdür. Burada O müəyyən dini və fəlsəfi məsələləri izah etmişdir.
Həzrət Əbdül-Bəhanın Misirə, Avropaya və Şimali Amerikaya səfərləri Bəhai Dini haqqında bilik və anlayışı möhkəm bərqərar etdi. Bu səfərlər təkcə o ölkələrdəki bəhailərə birbaşa Həzrət Əbdül-Bəhanın Özü ilə əlaqə yaratmağa deyil, həm də Həzrət Bəhaullahın təlimlərinin geniş sayda insanlara təqdim edilməsinə imkan verdi, halbuki əks halda onlar bu barədə eşitməzdilər. Həzrət Əbdül-Bəhanın universitetlərdə, kilsələrdə, sinaqoqlarda, məscidlərdə, filantropiya cəmiyyətlərində bir sıra çıxışları yeni dinin çox sayda yeni heyranlarının və tərəfdarlarının meydana çıxmasına səbəb oldu. Həzrət Əbdül-Bəhanın çıxışları bir neçə onilliklər sonra bəhai təlimlərinin, xüsusilə, sosial təlimlərin təqdimat meyarı üçün bir əsas oldu. Həzrət Əbdül-Bəhanın Öz əli ilə Qərbdə, Çikaqo yaxınlığında ilk Bəhai Məbədinin təməl daşını qoyması Şimali Amerikada Bəhai təsisatlarının başlanğıcını qoyan bir əlamət oldu.
Həzrət Əbdül-Bəhanın Ailəsindən Müxalifət
Həzrət Bəhaullahın vəfatından dərhal sonrakı illərdə Həzrət Əbdül-Bəhanı ən çox sıxıntıya salan müşkül ögey qardaşı Mirzə Məhəmmədəli tərəfindən davamlı müxalifətin olması idi. Nəzarətdən çıxmış paxıllıqdan hərəkətə gələrək o, yalandan, Həzrət Əbdül-Bəhanı günahlandırırdı ki, O, Həzrət Bəhaullaha bərabər bir məqama iddia edir, Həzrət Bəhaullahın digər övladlarının haqqını qəsb edir, hökumətin əleyhinə qiyam təhrikləri ilə məşğul olur.
Məhəmmədəlinin fəaliyyəti Həzrət Əbdül-Bəhaya Əkka divarları arasında kəskin məhdudiyyətlərin 1901-ci ildən 1909-cu ilədək yenilənməsi ilə nəticələndi. Məhəmmədəli Hayfa-Əkka ərazisində yaşayan bəzi bəhailərə, habelə Əmri Amerikaya çatdıran insana da təsir edə bilmişdi. Çox cüzi bir saydan başqa dünya bəhai icmasının bütün üzvləri Həzrət Əbdül-Bəhaya sadiq qaldılar.
İranda Qızların təhsilinə erkən bəhai töhfələri
Digər Nailiyyətlər
Həzrət Əbdül-Bəhanın xidmət dövrünün digər vacib hadisələri bunlardır: Həzrət Babın mübarək qalıqlarının İrandan Əkkaya gətirilməsi və Karmel Dağında Məqamda dəfn edilməsi; Həzrət Əbdül-Bəha tərəfindən, Bəhai Dininin yayılması üçün çərçivə verən İlahi Plan Lövhlərinin yazılması; Həm şərqdə, həm də qərbdə Bəhai dininin müasir inzibati təsisatlarının qurulmasında ilkin addımlar; Rusiya Türküstanında Aşqabad Bəhailərinin Bəhai icma həyatının bir çox cəhətlərinin inkişaf etdirilərək İbadət Evinin tikilməsi ilə nəticələnən tədbirləri; Şimali Amerikada İbadət Evinin tikintisinin başlanması; məşhur bəhai alimi Mirzə Əbül-Fəzl Gülpeyqaninin islam dünyasında ən qabaqcıl təhsil yeri olan Qahirə Əl-Əzhər Universitetində Bəhai dinini təbliğ etmək fəaliyyətləri; kiçik sayda bəhailərin dünya miqyaslı dini hərəkat yaradan beynəlxalq səviyyədə geniş səfərləri.
Həzrət Əbdül-Bəha vəfat edəndə, Bəhai dini 35 ölkəyə yayılmışdı.
Həzrət Əbdül-Bəha 1914-cü ildə Həzrət Bab üçün tikdirdiyi Məqamı, Bakılı iki qardaş olan Əşrəf və Ağabala tikmişdir. Və Həzrət Əbdül-Bəha elə həmin Məqamın iki qapısına onların adını verərək şərəfləndirmişdir