Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon
 
 
 
 

Bilinməz...            

Naməlum....

Yaradıcı

Allah və Onun Yaratdıqları

 

Allah hər şeyi bilir, amma heç bir fani ağıl Allahın həqiqətini tam dərk edə  bilməz. Allah haqqında biliklərimiz nə qədər geniş və yaradıcı olursa olsun hər zaman insan ağlının sərhədləri ilə məhdudlaşacaqdır.

Allah bütün dövrlərdə insanlığın ruhani, intellektual və əxlaqi imkanlarını inkişaf etdirmək məqsədilə Öz Elçilərini göndərmişdir. Onların arasında Həzrət İbrahim, Həzrət Krişna, Həzrət Zərdüşt, Həzrət Musa, Həzrət Budda, Həzrət İsa, Həzrət Məhəmməd və daha yaxın tarixlərdə Həzrət Bab və Həzrət Bəhaullah var. Hər dəfə bir Allah Elçisinin gəlişinin ardınca dünyada qeyri-adi hadisələr baş verir. Bu Elçilərin Təlimləri insanları hərəkətə gətirir və Sivilizasiyanın inkişafında iştirak etmək imkanlarını əvvəllər görünməmiş dərəcədə canlandırır.

Bu gün biz özümüzü insan irqinin yetkinlik dövrünün hüdudlarında tapırıq. Bəşəriyyət müxtəlif inkişaf mərhələlərindən keçərək artıq körpəlik və uşaqlıq dövrlərini geridə qoymuşdur. Dünyanın hər bir yerində insan cəmiyyətləri köklü dəyişikliklərə məruz qalmaqdadır. Gördüklərimiz  bütün bəşəriyyətin yeni Vahid Planetar Mədəniyyətdə birləşməsindən başqa bir şey deyildir.

Yaradan Dərkedilməz

Allah kainatın Yaradıcısıdır. O, hər şeyi biləndir. O, hamını sevir və hər kəsə qarşı mərhəmətlidır. Günəş bütün dünyaya necə parlayırsa, Allahın nuru da bütün yaratdıqlarının üzərinə elə saçmaqdadır. Həzrət Əbdül-Bəha buyurur: "Günəş bu dünyanın meyvələrini kamilləşdirdiyi və bütün yaşayan canlılara həyat verdiyi kimi, Allah Zühurunun Günəşi də bütün ruhların üzərinə parlayır və onları İlahi sevgi və anlayış atəşi ilə doldurur."         davamı

 

Dinin Məqsədi

Həzrət Bəhaullah, dinin "dünyada tərəqqinin, millətlərin inkişafının, xalqların əmin-amanlığının ən böyük səbəbi” - olduğunu söyləyib. O, buyurur: "Hər Zühurun məqsəd və qayəsi, bəşər xarakterinin, görünən və görünməyən şəkildə içdən və xaricdən, dəyişib başqalaşdırmaqdır." Zühur Allahın məzhəridir. Onun gəlişi ilə dünyada fövqəladə dəyişikliklər baş verir.  Onun təlimləri insan motivinin köklərinə çataraq, bütün cəmiyyətlərdə Sivilizasiyanın əvvəllər mümkün olmayan inkişafına töhfə verəcək gücləri ortaya çıxarır..                                                                                                                                       davamı

 

Allahın Elçiləri

Bütün dövrlərdə insanların ruhani, intellektual və əxlaqi inkişafları böyük Allahın Elçiləri tərəfindən bəslənmişdir. Bu İlahi Zühurlar Həzrət İbrahim, Həzrət Krişna, Həzrət Zərdüşt, Həzrət Musa, Həzrət Budda, Həzrət İsa, Həzrət Məhəmməd, Həzrət Bab və Həzrət Bəhaullahdır. Onlar, bəşəriyyətin maddi və ruhani təkamülündə müqayisə edilməz təsir yaratmış olan Allah Elçiləridir.                                                                                                        davamı

İnsanlığın Yetkinlik Dövrü

Həzrət Bəhaullah buyurmuşdur ki, "bütün insanlar tərəqqi edən sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar”. Allahın Elçilərinin təlimləri cəmiyyəti daha ali birliyə doğru yönəldərək, insanlığa ailədən qəbilə, xalq və daha yüksək formalara doğru inkişaf yolunu göstərmişdir. Bu inkişaf yolu, bu gün bizləri uzun zaman gözlədiyimiz insan irqinin birliyinin yeni hüdudlarına gətirmişdir. Bəşəriyyətin körpəlik və uşaqlıq dövrləri artıq arxada qalmışdır. Dünyanın hər bir yerində insan cəmiyyətləri köklü dəyişikliklərə məruz qalmaqdadır. Gördüklərimiz bütün bəşəriyyətin yeni Vahid Planetar Mədəniyyətdə birləşməsindən başqa bir şey deyildir......                                                                                                                               davamı