Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Axtarış Vadisi

Həmin vadinin aparıcısı səbrdir.  Axtaran bu səfərdə səbr etmədən heç bir yerə çata bilməz və məqsədinə yetişməz. O, heç vaxt ruhdan düşməməlidir; əgər yüz min il çalışsa və Yarın camalını görməsə belə, pərişan olmamalıdır.

Həmin vadinin aparıcısı səbrdir.  Axtaran bu səfərdə səbr etmədən heç bir yerə çata bilməz və məqsədinə yetişməz. O, heç vaxt ruhdan düşməməlidir; əgər yüz min il çalışsa və Yarın camalını görməsə belə, pərişan olmamalıdır.

Həmin vadinin aparıcısı səbrdir.  Axtaran bu səfərdə səbr etmədən heç bir yerə çata bilməz və məqsədinə yetişməz. O, heç vaxt ruhdan düşməməlidir; əgər yüz min il çalışsa və Yarın camalını görməsə belə, pərişan olmamalıdır.

Axtarış Vadisi

 

Torpaq məskənindən ilahi vətənə səfər edən yolçular üçün yeddi məqam müəyyən etmişlər. Belə ki, bəziləri yeddi vadidən, bəziləri isə yeddi şəhərdən söz açmış və demişlər ki, yolçu özünü tərk edib bu mərhələlərdən keçməyincə, yaxınlıq və vüsal dəryasına daxil ola bilməz və bənzərsiz şərabdan dada bilməz. Bunlardan birincisi Axtarış vadisidir. Həmin vadinin miniyi səbrdir. Müsafir bu səfərdə səbr etmədən heç bir yerə çata bilməz və məqsədinə yetişməz. O, heç vaxt ruhdan düşməməlidir; əgər yüz min il çalışsa və Yarın camalını görməsə belə, pərişan olmamalıdır. Çünki «Bizdən ötrü» Kəbəsinə can atanlar «onlara öz yollarımızı göstərərik» müjdəsi ilə sevinərlər və axtarışda xidmət kəmərini son dərəcə möhkəm bağlayarlar. Onlar hər an qəflət məkanından axtarış aləminə səfər edərlər - heç bir zəncir onlara mane ola bilməz, heç bir öyüd onların qarşısını kəsə bilməz.

 

Belə bəndələr üçün vacib şərt odur ki, ilahi xəzinənin mənbəyi olan ürəklərini hər cür naxışlardan təmizləsinlər, ata-babaların təsirindən irəli gələn təqliddən üz çevirsinlər, bütün yer əhlinin üzünə dostluq və düşmənçilik qapılarını bağlasınlar.

 

Bu səfərdə axtaran kəs elə bir məqama çatar ki, bütün mövcudatın Yarın axtarışında sərkərdan olduğunu görər: Yusifin axtarışında avara qalmış neçə-neçə Yaqublar görər; Məhbubun axtarışında ora-bura qaçan bir aləm həbib görər; Məşuqun arxasınca yola düşmüş bir dünya aşiq görər. O hər an bir şeyin şahidi olar və hər saat bir sirdən xəbər tutar. Çünki o, hər iki aləmi ürəyindən çıxarmış və Cananın Kəbəsinə yollanmışdır. Hər addımda ona qeybdən bir kömək yetişər və onun axtarış şövqü daha da artar.

 

Axtarışın səviyyəsini eşq Məcnunu ilə ölçmək lazımdır. Belə nəql edirlər ki, bir gün Məcnunun torpağı əliyərək göz yaşı tökdüyünü gördülər. Dedilər: «Nə edirsən?» Dedi: «Leylini axtarıram». Dedilər: «Vay sənin halına, Leyli pak bir ruhdandır, sən isə onu torpaqda axtarırsan!» Dedi: «Mən onu hər yerdə axtarmağa çalışıram ki, bəlkə bir yerdə tapa bildim».

 

Bəli, Rəbblər Rəbbini torpaqda aramaq aqil yanında qəbahətli bir iş olsa da, səy və axtarışın kamilliyinə dəlalət edir. «Kim bir şeyi ciddi-cəhdlə axtararsa, tapar». Sədaqətli axtaran axtardığına çatmaqdan özgə bir şey istəməz, həbibin Məhbuba qovuşmaqdan savayı məqsədi olmaz. Axtaran kəs istədiyi məqsədə yalnız hər şeydən keçməklə çata bilər. Yəni o, gördüyü, eşitdiyi və bildiyi bütün şeyləri bir «yox»la inkar etməlidir ki, can diyarında «İllallah» şəhərinə yetişsin. Onu axtarmaq üçün səy göstərməliyik, Onun vüsal şərbətindən içməkdən ötrü cəhd etməliyik. Əgər bu piyalədən içsək, aləmi unudarıq.

 

Yolçu bu səfərdə hər yerdə oturar və hər ölkədə məskən salar, hər bir üzdə Yarın camalını arayar və hər bir diyarda Cananı soraqlayar. O hər məclisə qoşular və hər kəslə yoldaşlıq edər ki, bəlkə hansı bir başdasa Məhbubun sirrini görsün, yaxud hansı bir üzdəsə Məhbubun camalını müşahidə etsin.