top of page

Bəşəriyyətə Xidmət Prinsipi

Bakı Xidmət Təşkilatı, Qeydiyyat Bakı-1913

Bəhailərin Xidmət Təşkilatları

Xeyirxah Məram

 

İşləmək insanın yaranmasının universal və zəruri aspektləridir. İnsanlar çalışaraq həyatlarını davam etdirən vasitələri əldə edir və içlərində gizli qalmış bir çox potensiallarından agah olurlar. "İnsanların ən yaxşısı çalışıb qazanaraq Allah rızası üçün, bəşəriyyətin ehtiyacına sərf edəndir.."  İşləmək və inkişaf etmək yalnız özümüz üçün deyil, lakin dünyanın bütün insanlarına zənginlik yaratmaq üçün lazımlıdır. Şəxsi zənginlik, dürüst yollardan qazanıldığı və əldə edilməsi başqalarının yoxsullaşmasına səbəb olmadığı müddətcə qəbul edilə bilər. Həzrət Əbdül-Bəha buyurmuşdur ki, "Zənginlik, bütün cəmiyyət zəngin olduğu zamanda tərifə layiqdir. Ancaq əgər, bəziləri nisbətsiz şəkildə zənginləşərkən qalanlar yoxsullaşırsa və bu zənginlikdən heç bir səmərə və fayda əldə edilmirsə, bu zənginlik yalnız sahibi üçün bir yükdür."

Məqsədinə uyğun ola bilməsi üçün, işləmək yalnız ehtiyac və istəkləri qarşılama vasitəsi sayıla bilər. İşləmək, davamlı olaraq insanlığa xidmətlə məna tapmalıdır. Xidmət ruhu ilə edildiyində çalışmaq, ibadət olaraq görülə bilər.

 

Duanın hərəkətə çevrilmə zərurəti ilə əlaqədar suala cavab olaraq Həzrət Əbdül-Bəha belə buyurmuşdur: "Bəhai Dininə, sənət, digər elmləri və bütün incəsənətlər ibadət olaraq qəbul edilir... Əgər təmiz niyyət və insanlığa xidmət arzusu hərəkətə geçirilmişsə, insan tərəfindən tamamilə səmimiliklə ortaya qoyulan hər səy və əmək ibadətdir. İnsanlığa xidmət etmək və insanların ehtiyacları ilə maraqlanmaq ibadətdir."

 

Xidmət anlayışı, həm fərdi həm də kollektiv Bəhai həyat tərzinin mərkəzindədir. "Sizlər yetimlərə sevgi dolu ata, acizlərə sığınacaq, kasıblara xəzinə, xəstələrə çarə olun"  buyurmuşdur Həzrət Əbdül-Bəha, "Sizlər, hər bir zülm qurbanının köməkçisi, zərər çəkmiş uşaqların dəstəkçisi olun. Sizlər hər zaman, insan irqinin hər bir üzvünə xidmət etməyi düşünün. Diqqətinizi nifrət, inkar, kiçik hesab etmə, düşmənçilik və ədalətsizliyə verməyin, tam tərs istiqamətdə hərəkət edin. Sizlər, yalnız görünüşcə deyil, səmimiyyətlə nəzakətli olun. Allahın sevdiklərinin diqqətlərini, Allahın lütfü və inayətlərinə çəkin. Qarşılaşdığı hər kəs üçün yaxşı bir şeylər etməsinə və ona fayda verməsinə köməkçi olun. Hər birimizin və hamımızın xarakterini inkişaf etdirməsinə və insanların düşüncələrinə istiqamət verməsinə köməkçi olun. Beləcə, İlahi Yol Göstəricinin işığı gələcəyə doğru parlayacaq və Allahın inayəti bütün insanlığı qoruyacaq: Sevgi işıqdır haranı məskən tutarsa ​​tutsun, nifrət qaranlıqdır hara yuva edirsə etsin."

 

Cəmiyyətə Xidmət Layihələri

 

Yaşadıqları cəmiyyətlərdəki aktual məsələləri təsbit etmələrinə və bunların həlləri haqqında dərindən düşünüb, analiz imkanlarını inkişaf etdirmələrinə köməkçi olan mühitlər sayəsində yeni gənclər, yoldaş qruplarıyla xidmət layihələri hazırlayaraq qonşuluqlarındakı problemlərin həlli üçün hərəkətə keçmə gücünü özlərində taparlar. Cəmiyyətdə etdikləri hərəkət, həm qonşuluqlarının gələcəyə dair ümidlərini artırır, həm də yeni gənclərin qonşuluqlarındakı problemlərin həllində özlərini aktiv bir rol olaraq görmələrini təmin edir.

1

bottom of page