Beynəlxalq Dilin Qəbulu
Hәzrәt Bәhaullah "İşraqat" Lövhündә buyurur:
"Әvvәlki Lövhlәrimizdә Biz Allahın Ümumdünya Әdalәt Evinә tapşırmışdıq ki, mövcud dillәrdәn birini seçsin, yaxud yeni dil vә yazı sistemi işlәyib hazırlasın vә dünyanın bir ölkәyә vә bir ailәyә çevrilmәsi üçün onlar dünyanın bütün mәktәblәrindә uşaqlara öyrәdilsin."
1913-cü ilin fevralında Parisdә esperantoçuların tәşkil etdiklәri qәbulda Hәzrәt Әbdül-Bәha buyurmuşdur:
"Hal-hazırda Avropadakı fikir ziddiyyәtlәrinin başlıca sәbәblәrindәn biri dillәrin müxtәlifliyidir. Biz deyirik: bu adam almandır, digәri italyandır, sonra biz ingilisi vә fransızı qarşılayırıq. Baxmayaraq ki, onlar eyni bir irqә mәnsubdurlar, lakin dillәri onların öz aralarında ünsiyyәt saxlamalarına әn böyük manәdir. Әgәr Beynәlxalq kömәkçi dil olsaydı vә bu dildәn istifadә olunsaydı, bu zaman onların hamısı bir-birinә doğma sayılardılar. Hәzrәt Bәhaullah bu Beynәlxalq Dil barәdә hәlә qırx il bundan әvvәl yazmışdır. O buyurmuşdur ki, Beynәlxalq Dil qәbul edilmәyincә dünyanın müxtәlif qitәlәri arasında tam birlik hәyata keçirilә bilmәz, çünki biz görürük ki, bir-birini başa düşmәmәk adamları qarşılıqlı әmәkdaşlıqdan uzaqlaşdırır vә bu hal yalnız Beynәlxalq Dilin vasitәsilә aradan qaldırıla bilәr. Ümumiyyәtlә desәk, Şәrq xalqlarının Qәrbdә baş verәn hadisәlәr haqqında tam mәlumatları yoxdur vә onlar bir-birlәrinә rәğbәt bәslәyә bilmirlәr. Onların fikirlәri ağzıbağlı qutulardadır vә Beynәlxalq Dil onları açan açar olaçaqdır. Әgәr biz Beynәlxalq Dilә yiyәlәnsәydik, Qәrbin kitabları çox asanlıqla bu dilә tәrcümә olunardı vә Şәrq xalqları onların mәzmunlarından xәbәrdar olardılar. Eynilә Şәrqin kitabları da qәrblilәr üçün bu dilә tәrcümә edilәrdi. Ümumi dil Şәrqlә Qәrbin birlәşmәsindә әn böyük vasitә olacaqdır. O bütün dünyanı bir evә çevirәcәk vә bәşәriyyәtin tәrәqqisindә әn güclü tәkan olacaqdır. O, bәşәriyyәtin birlik bayrağını yüksәldәcəkdir. O, yer üzünü ümumi dövlәtә çevirәcәkdir. O, insan övladları vә müxtәlif irqlәr arasında mәhәbbәt vә dostluq rәmzi olacaqdır.
Belәliklә, adamlar iki dil - ana dili vә beynәlxalq dil öyrәnmәlidirlәr. Onda bütün insanlar arasında әsl birlik yaranacaqdır. Diqqәt verin, indi müxtәlif millәtlәrlә ünsiyyətə girmәk necә dә çәtindir, hәtta әlli dil öyrәndikdәn sonra da elә bir ölkәdә ola bilәrsәn ki, onun dilini bilmәyәsәn.”