Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Birlikdə Allahın Sözünü Oxumaq

 

......Nә üçün mәn müәyyәn gündә, müәyyən vaxtda hamının yığışdığı yerә getmәli vә öz dualarımı onların dualarına qoşmalıyam, bәlkә mәnim dua etmәk üçün әhvalım yoxdur? Belә düşünmәk faydasızdır, çünki harada çox adam toplanarsa orada daha çox güc olar. Bir-birindәn ayrı düşmüş, tәkbaşına vuruşan әsgәrlәrdә nizami ordu gücü ola bilmәz. Әgәr bu mәnәvi müharibәdә bütün әsgәrlәr bir yerә toplanarsa, bu zaman onların bir-birinә bağlı mәnәvi hislәrinin biri digərinә kömәk edәr vә dualar daha tәsirli olar”

 

Dünyanın və Azərbaycanın hər yerində hər bir qəlbin öz Yaradanı ilə qəlbdən gələn istəyinə cavab olaraq bəhailər qonşuları və dostları ilə birgə dua yığıncaqları keçirərək cəmiyyətlərinin ruhani canlanmasına kömək edirlər. Dua məclisləri arzu edən hər bir kəsin evində və ya başqa yerlərdə keçirilə bilər. Dua yığıncaqları canlandırıcı, ruhani bir atmosfer yaratmağı öyrənmək üçün imkan verir. Bu görüşlər müxtəlif dinlərdən olan insanları birləşdirir, mənəvi həssaslıq oyadır, ruhani xarakteri ilə fərqlənən bir həyat tərzi formalaşdırır.

 

Müxtəlif köklərdən olan insanlar bir yerdə dua etməsi isə məhəbbət və birlik bağları yaradır. Bu görüşlər hər bir fərdin həyatı üçün vacib olan məsələlər barəsində azad və açıq müzakirələr aparmaq mühiti yaradır. Bu atmosferə musiqi də daxil ola bilər. Mühim məsələ, fikirlərimizi gündəlik həyatın qayğılarından təmizləmək və İlahi məqsədimiz haqqında dərinləşməkdir.

 

Beləliklə, bəhailər və onların dostları oz evlərində dua görüşlərinə ev sahibliyi edir, dua etmək və Allahın sözünü öyrənməklə bu cür nemətlərdən faydalanırlar. Dua bütün dini ənənələrdə əsas yerdə durur və bu görüşlər dinin, ümumiyyətlə, vahid təbiətini vurğulayır. Dua insanlara öz Yaradanı ilə ünsiyyətə imkan verir, Allahın Sözünün canlandırıcı gücündən istifadə etmək, etdikləri üzərində daha dərindən və cəmiyyətin yaxşılaşmasına necə kömək etməkləri barədə düşünmək fürsəti yaradır. İştirakçılar universal, etik və ruhani prinsiplər üzərində meditasiya etməyə və bu prinsiplərin onların həyatlarında  gündəlik işlərə necə tətbiq olunması barədə anlayış əldə etməyə təşviq olunurlar.