top of page

Dünya Sülhünə Ehtiyac

Hәzrәt Әbdül-Bәha buyurur:

"Tәbiәt alәmindә yaşayış uğrunda mübarizә hakim mövqedәdir vә bunun da nәticәsindә daha yaxşı uyğunlaşan qalib gәlir...Bu qanun insanlar arasında müharibәlәrә vә çәkişmәlәrә, nifrәtә vә düşmәnçiliyә sәbәb olur. Tәbiәt dünyasında - despotizm, eqoizm, zülm, yaşayış yerlәrindәn sıxışdırmaq, başqalarının hü­quqlarını әllәrindәn almaq vә digәr mәnfi keyfiyyәtlәr heyvanlar alәminә xas olan sәciyyәvi xüsusiyyәtlәrdir. Buna görә dә nә qәdәr ki, bәşәr övladları arasında heyvanat alәminin tәbiәtin qanunları hökm sürür, cәmiyyәtdә uğur, xoşbәxtlik, dinclik vә firavanlıq qeyri-mümkündür. Tәbiәt müharibәni sevir, tәbiәt qana susamışdır, tәbiәt zülmkardır, çünki tәbiәtin Qadir Allahdan xәbәri yoxdur. Mәhz buna görə dә bu amansız keyfiyyәtlәr heyvanlar alәmi üçün tәbiidir. Öz mәrhәmәt vә böyük mәhәbbәti sayәsindә Allah-taala Peyğәmbәrlәrini vә Müqәddәs Vәhy Kitablarını ona görə göndәrmişdir ki, insanlar İlahi tәrbiyәnin vasitәsilә tәbiәtlәrinә xas olan pozğunluqdan vә nadanlıq zülmәtindәn azad olsunlar, xeyirxahlıq idealları vә mәnәvi dәyәrlәrlә mәtinlәşsinlәr, mәrhәmәt hisslәrinin şәfәqinә çevrilsinlәr. Lakin yüz min dәfәlәrlә tәәssüflәr olsun! Millәtlәr ara­sında mövcud olan xurafatlar, uydurulmuş ixtilaflar vә dini qarşıdurmalar ümumi tәrәqqinin lәngi­mәsinә sәbәb olmuşdur. Geriyә doğru bu hәrәkәt ondan irәli gәlmişdir ki, İlahi sivilizasiyanın prinsiplәri vә Peyğәmbәrlәrin tәlimlәri tamamilә unudulmuşdur".

Peyğәmbәrlәr bütün dövrlәrdә "yer üzündә sülh vә in­san­lar arasında әmin-amanlıq" erasının gәlәcәyini әvvәlcәdәn xә­bәr vermişlәr. Hәzrәt Әbdül-Bәha buyurur:

"...Bu ecazkar tsikildə (Həzrət Bəhaullahın gəlişi ilə) bu dünya dәyişәcәk və insan dünyası sakitlik vә gözәlliklə meydana çıxacaq. Dartışmalar, mübahisə vә qәtllәr sülh, doğruluq vә barışla әvәz olunacaq: sevgi və dostluq yaranacaq. Әmәk­daşlıq vә birlik bәrqәrar olacaq və sonda mühari­bәnin tamamilә qarşısı alınacaq... Ümumdünya sülhü öz çadırını yer kürəsinin tən ortasında quracaq vә mübarək Hәyat Ağacı böyüyәcәk və elə qol-budaq atacaq ki, bütün Şәrqin vә Qәrbin üzərinə kölgə salacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və ədavət aparan millətlər – hansı ki, qurd və quzuya, bəbir və çəpişə, aslana və buzova bənzəyirlər – bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlәrlә, varlıqların sirlәrinin gerçəkliyi haqda biliklə və Allahın biliyi ilә dolacaq".

 

Şövqi Əfəndi 11 may 1932-ci il tarixli məktubunda yazır:

”Əgər biz davamlı sülh yaratmaq istəyiriksə, o zaman biz dünyada üstünlük təşkil edən milli dözümsüzlük, inamsızlıq və özünü yüksək tutma, habelə iqtisadi, sosial və dini fərqləri aradan qaldırmalıyıq. Bütün bunlar Həzrət Bəhaullahın təlimi ilə həyata keçə bilər. Çünki o, insanın qəlbini dəyişir və bizim sosial mühitimizi sağlam və əmin-amanlı bir hala gətirmək üçün dəqiq prinsiplər verir.”

 

Bəhailər tərkisilahlanmaya inanırlarmı?  -sualına cavab olaraq Həzrət Əbdül-Bəha yazır:

 

“Tərkisilah məsələsinə gəldikdə, bütün millətlər eyni zamanda tərkisilah olmalıdırlar. Bəzi millətlərin silahlarını yerə qoymaları, digərlərinin isə silahlı qalmaları fərz edilməzdir və bu heç zaman sülhə gətirib çıxara bilməz. Dünya sülhü Beynəlxalq razılaşma ilə həyata keçirilə bilər. Bütün millətlər eyni vaxtda silahı yerə qoymağa razılaşmalıdırlar...”

 

Həzrət Əbdül-Bəha “İlahi Sivilizasiyanın Sirləri” kitabın­da yazır:

 

“Onlar (hökmdarlar) məcburi müqavilə imzamalı və Əhd bağlamalıdırlar. Əhdin şərtləri sağlam, sarsılmaz və qəti olmalıdır. Onlar bunu bütün dünyaya elan etməli və bunun üçün bütün insan nəslinin dəstəyini almalıdırlar. Bu ali və yüksək öhdəlik – sülhün və bütün dünyanın rifahının real mənbəyi – yer üzərində yaşayan hər bir kəs üçün müqəddəs olmalıdır... Hər şeyi əhatə edən bu Paktda hər bir millətin hüdud və sərhədləri aydın göstərilməli, bir hökumətin digərinə münasibətini müəy­yən edən prinsiplər dəqiq, aydın təsdiq olunmalı, bütün beynəl­xalq razılaşma və öhdəliklər aydınlaşdırılmalıdır. Bu şəkildə hər bir hökumətin silahı ciddi surətdə məhdudlaşdırıl­malıdır, çünki hər hansı bir millətin müharibəyə hazırlığına və hərbi qüvvə­lərinin artırılmasına icazə verilsə, bu başqalarının şübhəsini artıracaqdır. Bu mühüm Pakta dayaq olan funda­mental prinsip elə göstərilməlidir ki, əgər hər hansı bir hökümət sonra bu Paktın bu və ya digər şərtini pozarsa, Yer üzünün bütün dövlətləri qalxıb, onu tam tabe etməlidirlər, əks tədqirdə bütün insan irqi bir tam kimi öz sərəncamlarında olan qüvvələrlə qəti qərara gəlib, bu hökuməti məhv etməlidir”

bottom of page