Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Bəhai Məbədlərinin və həm də evdə keçirilən dua məclislərinin Əsas mövzusu bütün dinlərin birliyidir. Məbədlərin 9 qapıları dünyanın Allahdan gələn 9 dininə simvolik olaraq açıqdır ki, onların hamısını dairənin ortasında birləşdirir

Bəhai Məbədləri (İbadət Evləri)

 

.....Bəhai Dininin indiki inkişaf mərhələsində, hər bir icmada diqqət fiziki binaların tikilməsi üzərində deyil, daha çox icma həyatının sosial və ruhani təsisatlarını yaratmaq və inkişaf etdirmək üzərində cəmlənmişdir. Lakin artıq tikilmiş İbadət Evləri mayak kimi, bəşəriyyəti yeni həyat tərzinə çağırır.

 

Hər bir İbadət Evinin öz tərtibatı vardır, lakin onlar bir sıra memarlıq tələblərinə də uyğun olmaldırlar ki, bu da onlara vahid bir məzmun verir. Bütün Bəhai İbadət Evləri doqquz guşəli və bir günbəzli olmalıdır.

 

İlk Bəhai İbadət Evi Orta Asiyada, Türkmənistanın Aşqabad şəhərində tikilmişdir. Tikintisi 1908-ci ildə tamamlanmış bu İbadət Evi 1938-ci ilədək icmaya xidmət etmişdir. Sonra isə Sovet hökuməti onu müsadirə etmişdir. Aşqabaddakı İbadət Evi bir çox cəhətlərə görə dövrünü xeyli qabaqlamışdı. Qaynar Bəhai icma həyatı üçün ruhani mərkəz olmaqla yanaşı o, cəmiyyətin humanitar tələbatının ifadəsi idi, ona göra ki, Bəhai Məbədlər yalnız dua oxumaq və İbadət üçün yox, cəmiyyətə xidmət üçün bir təsisatdır. Həmin binanın ətrafında xəstəxana, məktəb və mehmanxana da var idi

 

Qərbdə ilk İbadət Evi 1953-cü ildə ABŞ-da, İllinois ştatında, Çikaqonun yaxınlığında, Miçiqan gölünün sahilində tikilmişdi. Onun memarlıq həlli şərqin və qərbin memarlıq üslublarını birləşdirir və hər il milyonlarla ziyarətçi qəbul edir. Sonrakı illərdə digər Bəhai İbadət Evləri Uqandada - Kampalada, Avstraliyada-Sidney yaxınlığında, Almaniyada - Frankfurtda, Panamada - Panama şəhərində, Qərbi Samoada- Apiada tikilmişdir.Daha sonra Hindistanda, yeni Dehlidə 1986-cı ildə İbadət Evi tikilib başa çatdırılmışdır. O zamandan bəri bu bina çoxlu mükafatlar almışdır. Onun forması Nilufər (lotos) çiçəyinə bənzər tərtib edilmişdir. Qısa bir müddətdən sonra bu İbadət Evi dünyanın ən çox ziyarətçi cəlb edən məbədlərindən biri olmuşdur. İldə təxminən iki milyon yarımdan çox insan bu məbədi ziyarət edir. Sonuncu qitə İbadət Evi Çilidə, Santyaqo yaxınlığında tikilmişdir. Bəhai İbadət Evləri bütün dinlərdən olan insanlar üçün açıqdır. Burada heç bir mərasim, ayin keçirilmir və din xadimi yoxdur. Dünyada hazırda 120 yer gələcək İbadət Evləri üçün ayrılmışdır. Gələcəkdə hər bir yerli Bəhai icmasının öz İbadət Evi olacaqdır. Aşqabaddakı İbadət Evi kimi, hər biri icmanın ruhani həyat mərkəzi, həmçinin sosial, elmi, təhsil və humanitar xidmətlərin cəmləşdiyi bir mərkəz kimi fəaliyyət göstərəcəkdir.

 

Türkmənistan, Aşqabad  (1908)  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A.B.Ş., Çikaqo  (1953) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Uqanda, Kampala  (1961) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Avstraliya, Sidney (1961) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Almaniya, Frankfurt  (1964)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Panama, Panama  (1972)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Samoa, Tiapapata (1984)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hindistan, Nyu-Dehli  (1986) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çili, Santyaqo  (2016)