top of page

Durmadan İrəliləyən Bir Sivilizaiya

Həzrət Əbdül-Bəha belə açıqlayır: 

"İnsan irqinin erkən tarixində ehtiyaclarına uyğun olan şeylər bu günün, təzəlik və mükəmməllik dövrünün tələblərinə nə uyğun gələ, nə də təmin edə bilər...İnsan indi yeni fəzilət və qüvvələr, yeni əxlaqi standartlar, yeni münasibət ilə dolu hala gəlməlidir.  "

 

Yaxınlaşan bu yetkinlik dövrünün fərqləndirici cəhəti insan irqinin birləşməsidir. Həzrət Şövqi Əfəndi buyurur:

 

"Həzrət Bəhaullahın çağırışı ilk növbədə əyalətçiliyin, qapalılığın, mövhumatın bütün formalarına qarşı çevrilmişdir. Əgər keçmişdə könüllərdə bəslənilən ideallar, zaman-zaman müqəddəs sayılan təsisatlar, bəzi sosial fərziyyələr və dini qanunlar bu gün Bəşəriyyətin böyük hissəsinin rifahının yaxşılaşmasına təsir göstərmirsə, əgər onlar daim inkişafda olan Bəşəriyyətin mənafeyinə xidmət etmirsə, onları süpürüb dövrünü başa vurmuş və unudulmuş təlimlər zibilxanasına atmaq lazımdır. Nə üçün ümumi dəyişkənlik və dağılma qanununa tabe olan dünyada onlar ümumi qanundan kənarda qalmalıdır? Axı, hüquqi standartlar, iqtisadi və siyası nəzəriyyələr yalnız Bəşəriyyətin bütövlükdə maraqlarını gözləməkdən ötrü təsis edilmişdir, ona görə də ayrı-ayrı qanun və ya doktrinaların qorunması naminə Bəşəriyyət əzab çəkməməlidir”.

 

Başqa bir yerdə söyləyir:

 

"Heç bir fani gözün şahid olmadığı ya da heç bir insan zehninin dərk etmədiyi bir dünya sivilizasiyasının başlanması...Belə bir sivilizasiyanın nə dərəcə uca bir səviyyəyə çatmağa təyin olduğunu kim xəyal edə bilər?  İnsan zəkasının zəncirlərindən azad ola biləcəyi yüksəklikləri kim ölçə bilər? Həzrət Bəhaullahdan saçılan və bütün ehtişamıyla parlayan işığın təsiri ilə can tapmış olan ruhların hansı aləmləri kəşf edəcəyini kim gözü önündə canlandıra bilər?" 

bottom of page