top of page
Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5

Ağıl, Din və Elm Arasında Tarazlıq

Durmadan İrəliləyən Bir Sivilizaiya

 

İnsanlıq, Bəhai yazılarına görə, uşaqlıq dövrünü geridə buraxmış və indi kollektiv yetkinlik dövrünün astanasında dayanmışdır. Dövrümüzdə baş verən inqilabi və əhatəli dəyişikliklər keçid dövrünə məxsus əlamətlərdir. Texnoloji tərəqqi planetin sosial təkamülündə yaxınlaşan böyük bir yüksəlişdən xəbər verir və bəşəriyyətin problemlərinin həlli yollarını göstərir. Əslində onlar birləşmiş dünyanın mürəkkəb həyatının idarə olunması üçün vasitələr verir. Bu dövrdə, insanlığın əvvəlki inkişaf mərhələlərindən qalmış düşüncələr, münasibət və vərdişlər ortadan qalxmaqda və yaxınlaşmaqda olan yetkinliyin yeni düşüncə və hərəkət formaları getdikcə cəmiyyətdə kök salmaqdadır....                                              davamı

 

Ruhaniyyət və Maddiyyat Arasında Vəhdət

Həm maddi, həm ruhani baxımdan firavan bir qlobal sivilizasiyanı formalaşmasından ötrü, insan cəmiyyətinin həm ruhani, həm də maddi tərəfləri bərabər şəkildə inkişaf etdirilməlidir. İnsanlığın yetkinlik dövrünə yetişməsinin əsas göstəricisi maddi və ruhani rifah əldə etmiş qlobal bir sivilizasiyanın yaranmasıdır....                                                        davamı

 

İman və Ağıl

İman və ağıl insan ruhuna xas əlamətlərdir. Bunlar vasitəsi ilə yaradılışın fiziki və ruhani mahiyyəti haqqında fikir və məlumat əldə edilə bilər. Həzrət Əbdül-Bəha deyir ki, "İmanda məqsəd, ilk əvvəl şüurlu şəkildə Allaha tanımaq, ikinci olaraq yaxşı əməllər etməkdir." O, ağlı "insanın ilk bacarığı" olaraq açıqlayır və mühakimə gücünü "insanı digər varlıqlardan ayıran və fərqli bir varlıq”  olduğuna işarə edir. O, buyurur: "Allah, bütün şeylərin iç üzünü anlamaq, həqiqəti tapmaq üçün ağıl sahibi zehinləri bizə vermişdir. İnsan ağılı tərk edərsə, yerdə nə qalar?"                                                                                                                                    davamı

Din və Elm

Bəhailər elm və din arasında mübarizənin olması fikirini rədd edirlər.  Elm və dinin vəhdəti Bəhai Təlimlərinin təməl prinsiplərindən biridir. Bu təməl prinsipə görə elmsiz din cəhalət və fanatizmə yol açır, dinsiz elm isə materializmə gətirib çıxarır. Bəhai yazılarına görə, "Din, İlahi həqiqətin xarici ifadəsidir. Bu səbəbdən o, canlı, dinamik və durmadan inkişaf edən olmalıdır."                                                                                                                                              davamı

Müasir Dünya və Böyük Sülhün Vədi

Bəşəriyətin indiki vəziyyətinə nəzər salanda görürük ki, o ciddi xəstəliklərə məruz qalmış və ağır iztirablar altında üzülməkdədir. Cəmiyyətlərdə hökm sürən kəskin siyasi qarşıdurmalar, sosial qeyri-sabitlik, irqi, dini və milli dözümsüzlüklər, terrorizm, sinfi antaqonizm, əxlaqsızlıq və inamsızlıq mövcud Dünya Nəzminin iqtidarsızlığına, onun dağlmasına və məhv olmasına parlaq sübutdur. Milli, dini və irqi təəssübkeşliklər, şübhələr, dardüşüncəli mənfəətpərəstlik bir-biri ilə normal münasibət qurmaqda millətlərin və xalqların əl-qolunu bağlayır. Bu bir daha mövcud qlobal sosial-iqtisadi və siyasi nizamın qüsurlu olduğunu göstərir.........                                                                                                                                         davamı

bottom of page