Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Əxlaqi Dəyərlər

 

Həzrət Bəhaullah buyurur: “Bütün insanlar tərəqqi edən sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar”

 

Həzrət Əbdül-Bəha belə ifadə etmişdir: "Dayanmadan və dincəlmədən insandakı ruhani təbiətin inkişaf etdirilməsini bacarmaq üçün səy etməliyik və bəşəriyyəti həqiqi və gələcək mövqeyinə doğru irəlilətmək üçün bitməz tükənməz bir enerji ilə səy göstərməliyik."

Ruhani xüsusiyyətlər qısa zamanda əldə edilə bilməz. Onlar başqalarına xidmətdə inkişaf etdirilir. Həzrət Bəhaullah buyurur:  "Bunun yolu yaxşı əməllər, fəzilətli bir həyat və gözəl xasiyyətdir." 

 

Həzrət Əbdül-Bəha isə belə buyurmuşdur: "İnsan, məsuliyyətlərini yerinə yetirmək üçün ayağa qalxarsa nə qədər uca, nə qədər şərəfli; cəmiyyətin mənfəətinə gözlərini bağlayarsa və qiymətli həyatını öz eqoist maraqları üçün sərf edərsə bir o qədər alçaq və dəyərsizdir."

 

Ruhani xüsusiyyətlər böyüyən bir sevgi və İlahi qanuna uyğun olaraq inkişaf edir. Zehimizdə və qəlbimizdə Allaha olan sevginin inkişafına yol açsaq, yüksək təbiətimizin xüsusiyyətləri açılmağa başlayacaq. Bununla da artan aydınlıqla nəyin izzətə səbəb olduğunu və nəyin zillətə apardığını ayırd edəcək, fiziki kainat, insan, cəmiyyət və ruhun həyatı haqqında anlayışımız inkişaf edəcək. Sevgi həqiqət ilə böyüyür və həqiqi anlayış sevgi ilə inkişaf etdirilir. Ürək ilə zehin arasında səhv dilemmanın qarşısını alınır.

Həyatboyu inkişafda və şəxsiyyətin belə pilləli saflaşmasında ən böyük təhlükələr arasında ruhani təşəbbüsü təhrif edən və təməlini sarsıdan xüsusiyyətlər -  eqoizm, özünü üstün saymaq və qürur  da vardır. Həzrət Əbdül-Bəha buyurur: "Hər insan övladı Allahın bəndəsidir. Hamısı Allahın gücü və lütfü ilə yaradılmış və bəslənmişdir. Hamısı eyni İlahi həqiqət Günəşinin inayətləri ilə müqəddəs hesab edilmişdir. Hamısı Allahın sonsuz mərhəmət çeşməsindən doya-doya içmişdir və hamısı Onun gözündə, sevgisində bəndələr olaraq bərabərdir. O hamısına qarşı comərd və xeyirxahdır. Bundan ötəri, kimsə özünü başqasından uca saymamalı, kimsə bir başqasına qürur yaxud üstünlük göstərməməli, kimsə kimsəni xor və ya alçaq görməməli və kimsə bir insan qardaşını məhrum etməməli və ya ona təzyiq etməməlidir. Hər kəs Allahın mərhəmət okeanına salınmış kimi görülməlidir. Bütün insanlarla nəzakət və şəfqət ilə əlaqə qurmalıyıq. Hər kəsi könüldən sevməliyik."