top of page

Gerçək Həyat Ruhun Həyatıdır

İnsanın iki təbiəti vardır: ruhani yaxud yüksək olan təbiəti və maddi yaxud aşağı olan təbiəti. Birində Allaha çatarkən digərində yalnız bu dünya üçün yaşar. İnsanda, bu hər iki təbiətin əlamətlərinə rast gəlmək mümkündür. Maddi baxımdan baxıldığında, riyakarlığı, günahkarlığı və ədalətsizliyi əks etdirir ki, bunların hamısı aşağı təbiətinin nəticəsidir. Müqəddəs təbiətinin xüsusiyyətləriylə sevgi, mərhəmət, şəfqət, düzgünlük və ədalət olaraq bədənə gəlir; bunların hər biri onun daha yüksək olan təbiətinin ifadələridir. Hər gözəl davranış, hər zadəgan xüsusiyyət insanın ruhani təbiətinə aiddir; halbuki bütün qüsurlu və günahkar davranışları maddi təbiətindən qaynaqlanır. Əgər bir insanın Ruhani təbiəti onun maddi təbiətinə hökm edəbilmişsə o, vaxt pak bir varliq ilə qarşı-qarşıyayıq.

 

Bəşər maddiyyatın ən yüksək mərhələsində, və ruhaniyyətin başlanğıc səviəsindədir; yəni, o, qusurluluğun sonu, mükəmməlliyin başlanğıcıdır. O qaranlığın ən son mərhələsində və işığın başlanğıcındadir. Məhz bu səbəbdəndir ki, bəşəriyyətin mövqeyi üçün gecənin sonu və günün başlanğıcı təsviri istifadə edilmişdir. 

 

Ruhun qaynağı, Allahın ruhani dünyalarının və maddy dünyanın üzərinə ucaldılmışdır. Fərdin varlığı, bu ruhani dünyalardan gələn ruh, hamilə qalma zamanı embrion ilə birləşdiyi zaman başlayır. Lakin bu birləşmə maddi deyil; ruh bədənə girməz və ya tərk etməz və fiziki bir yer tutmaz. Ruh, maddi dünyaya aid deyil və bədən ilə birləşməsi, işıq ilə onu əks etdirən aynaya bənzər. Aynada meydana çıxan işıq onun içində deyil; xarici bir qaynaqdan gəlir. Bunun kimi, ruh, bədənin içində deyil, onunla bədən arasında xüsusi bir əlaqə var və ikisi birlikdə insanı meydana gətirər.

 

İnsan həyatının başlanğıcı ana bətnidir. O mərhələdə dünya üçün lazımlı olan irəliləmələr, qabiliyyətlər və gücləri əldə edir. Dünyada gözə, qulağa ehtiyacı vardır, ana bətnində bunları gazanar. Dünyada lazımlı olan bütün güclərə; şərtlərin məhdud olduğu ana bətnində sahib olur. Ana bətnində bu dünya üçün hazırlanır. Dünyaya gəlincə bütün lazımlı güclər hazırdır. Yaşamaq üçün lazımlı orqanları və parçaları əldə etmişdir.

 

"O halda insan bu dünyada, dünyadan sonrakı həyat üçün hazırlanmalı və ruh aləminin ehtiyaclarını burada əldə etməlidir. Ana bətnində, dünyada ehtiyac olacağı gücləri tapdığı kimi ruh aləmində ona ehtiyac duyacağı şeyləri, yəni bütün Allahın Aləmi güclərini də bu dünyada, sahib olmağa çalışmalıdır."

bottom of page