top of page
Anchor 1
Anchor 2
Anchor 3

Hər Bəndəyə Açıq Dua Məclisləri

Dua nədir?

“Mövcudat dünyasında duadan daha şirin şey yoxdur. İnsan dua halətində yaşamalıdır. Ən xoş və mübarək halət dua etmək və yalvarış halətidir. Dua etmək Allahla söhbətdir. Allahla söhbət ən böyük şərəf və ən şirin halətdir. Dua ruhaniyyət, düşüncəlilik və İlahi hisslər yaradır, Mələkutun yeni cazibələrini törədir və ali şüurun dərk etmək qabiliyyətini gücləndirir.”

                                                                                                                                            --Həzrət Əbdül-Bəha

Niyə Dua Oxuyuruq?

Dua – Allahla ünsiyyətdir, o ilham verir, ruhu təravətləndirir, ürəkləri  sevindirir, insanın məqsəd hissini bərpa edir. Allah onsuz da bütün ürәklәrdәn keçәn arzuları bilir, onda dua etmək vacibdirmi? — deyә soruşan bir nәfәrә Hәzrәt Әbdül-Bәha belə çavab verir: “Әgәr bir nәfәr başqasını sevirsә, bu zaman o, öz mәhәbbәtini ona bildirmәyi arzulayır, hәrçәnd, o әmindir ki, dostu onun ona olan mәhәbbәtini bilir, lakin, buna baxmayaraq o barәdә yenә dә demək istәyir... Allah bütün ürәklәrin arzu­sun­dan xәbәrdardır, lakin insanın Allaha olan mәhәbbәtinin doğurduğu dua - tamamilә təbiidir.....                                                                   davamı

Birlikdə Allahın Sözünü Oxumaq

Dünyanın və Azərbaycanın hər yerindəki bəhailər, qonşuları və dostları ilə müntəzəm surətdə dua yığıncaqları keçirərək cəmiyyətlərinin ruhani canlanmasına köməkçi olurlar. Bu yığıncaqlar ümumiyyətlə istəyən hər kəsin evində və ya başqa yerlərdə də keçirilir. Dua toplantısının özünü, dualar və müqəddəs yazılardan sitatlar oxumaq meydana gətirər. Bunun kənarında bir qəlibi yoxdur. Dua yığıncaqları canlandırıcı, ruhani bir atmosfer yaratmağı imkan verir. Bu atmosfer musiqi və digər sənətləri da daxil ola bilər. Mühüm məsələ, fikirlərimizi gündəlik həyatın qayğılarından təmizləmək və İlahi məqsədimiz haqqında dərinləşməkdir. Hәzrәt Әbdül-Bәha birgә ibadәtin әhәmiyyәti haqqında belә buyurur: "İnsan deyә bilәr: әgәr mәnim ürәyim Allah eşqi ilә döyünürsә, istәdiyim yerdә, istәr sәhrada olum, istәr şәhәrdә yaxud kәnddә olum, mәn Allaha dua edә bilәrәm. Nә üçün.....                                                                            davamı

 

Bəhai Məbədləri (İbadət Evləri)

Dua və meditasiya üçün toplanma yeri kimi Bəhai Məbədləri (İbadət Evləri) başqa dinlərdə kilsə, məbəd və ya məscid kimi anlayışlara yaxındır amma qapıları bütün dinlərə açıqdır və yalnız Allahın Vahid Bir Dininin ibadəti üçün tikilib. Lakin Bəhai İbadət Evlərinin əlavə funksiyaları da vardır. Həzrət Bəhaullahın göstərdiyi kimi, İbadət Evləri nə vaxtsa, icmanın ruhani həyatının və onun humanitar qayğılarının mərkəzi olacaq. İndiyədək Bəhai Dininin qlobal tərəqqisinin bir əlaməti kimi, hər bir Qitədə olmaqla yeddi İbadət Evi tikilmişdir və sonuncu Qitə İbadət Evi Çilidə Santyaqoda tikilməkdədir. 2012-ci ildə iki milli və beş yerli olmaqla daha yeddi yeni İbadət Evlərinin tikintisinə qərar verilmişdir.  Bəhai İbadət Evlərinin və evlərdə keçirilən dua məclislərinin əsas mövzusu bütün dinlərin birliyidir. İbadət Evlərinin 9 qapısı Allahdan gələn dünyanın 9 dininə simvolik olaraq açıqdır və bu dinləri dairənin ortasında birləşdirir.......                                                                                                                        davamı

 

bottom of page