Xalqa Xidmət....
Şamaxı- Kələxana kəndi
İbadət
İbadət, ruhani həyatın bir hissəsidir. İbadət sayəsində fərdlər və cəmiyyətlər onları Allaha bağlayan telləri gücləndirə bilərlər. Bəhai təlimində Allaha ibadət daha geniş anlamdadır. Dua, namaz, Müqəddəs Yazıların səhər və axşam oxunması, oruc, Müqəddəs Torpağa ziyarət ilə yanaşı yaşadığın cəmiyyətə və Bəşəriyyətə xidmət, cəmiyyətdə saf əxlaq və xeyirxahlıqlar nümayiş etdirmək, uşaqların və yeniyetmələrin təlim-tərbiyəsi ilə məşğul olmaq, hətta gündəlik adi işlərin - həkimlik və müəllimliyin vicdan və fədakarlıqla, insanlığa xidmət ruhunda yerinə yetirilməsi də Allaha ibadət hesab olunur.
Dua və Dərin Düşünmə—Meditasiya
Həzrət Əbdül-Bəha buyurur ki, dua etmək Allahla aşiqanə söhbətdir. Dua özünün ən pak formasında insanı Allaha yaxınlaşdırır və ona Allahın Hüzuruna yetişməkdə kömək edir. Həzrət Əbdül-Bəha deyir: “Mövcudat dünyasında duadan daha şirin şey yoxdur. İnsan dua halətində yaşamalıdır. Ən xoş və mübarək halət dua etmək və yalvarış halətidir. Dua etmək Allahla söhbətdir. Allahla söhbət ən böyük şərəf və ən şirin halətdir. Dua ruhaniyyət, düşüncəlilik və İlahi hisslər yaradır, Mələkutun yeni cazibələrini törədir və ali şüurun dərk etmək qabiliyyətini gücləndirir”. davamı
Namaz
Həzrət Bəhaullah bütün hallar üçün dualar nazil etmişdir. Namazlar bu dualar arasında xüsusi yer tutur. Həzrət Bəhaullah namazı bəhailər üçün vacib etmişdir. Həzrət Əbdül-Bəha buyurur: “Sən ey ruhani dost! Sən namazın hikməti barədə soruşmuşdun. Bil ki, namaz zəruri və vacibdir. Əgər insana hər hansı böyük maneə üz verməyib, yaxud imkansız deyilsə, onda heç bir bəhanə, onun namaza əməl etməməsinə haqq qazandıra bilməz. Namazın hikməti budur: o, bəndə ilə Haqq arasında əlaqə yaradır, çünki bu vaxt insan bütün ürəyi və qəlbi ilə üzünü Qadir Allaha tutur, Onunla ünsiyyət axtarır, Onun məhəbbətini və həmdəmliyini arzulayır. Aşiq üçün öz sevgilisi ilə söhbətdən böyük ləzzət..... davamı
Müqəddəs Yazıların Səhər və Axşam Oxunması
Allah Öz İradә vә İstəyini adamlara bildirmәk üçün onlarla anlaya biləcəkləri bir dildә danışmalıdır vә O, bunu Özünün Peyğәmbәrlәrinin dili ilә edir. Peyğәmbәrlәr insanlar arasında yaşadıqları zaman onlarla danışır vә Allahın Vәhylәrini insanlara çatdırırlar, lakin dünyalarını dәyişdikdәn sonra onların tәlimi insanlara kәlamlar vә mәtnlәr - Müqəddəs Yazılar vasitәsilә çatdırılır. Biz hər gün təkcə dua etməli deyil, həm də ən azı hər səhər və hər axşam Allahın Kəlamlarını, Müqəddəs Yazıları oxumalıyıq..... davamı
Oruc
Hər il mart ayının 2-dən 20-dək, on doqquz gün ərzində, günçıxandan günbatana qədər olan müddət ərzində bəhailər yemək və içməkdən özlərini saxlayaraq oruc tuturlar. On beş yaşına qədər olan uşaqlar və yaşı yetmişi keçmiş yaşlılar, xəstələr, hamilə qadınlar və uşaq əmizdirən analar, səfərdə olanlar və ağır fiziki əməklə məşğul olan şəxslər oruc tutmaqdan azaddırlar. Oruc – insanın ruhani yeniləşməsinə köməkdir. Bu müddət ərzində bəhailər il ərzində topladıqları ziyanlı vərdişlərdən azad olmaqdan ötrü ən ciddi cəhdlər göstərirlər. Oruc tutmaqda məqsəd insanı Allaha yaxınlaşdırmaqdır. davamı
Müqəddəs Torpaqlara Ziyarət
Hər il dünyanın müxtəlif ölkələrindən müxtəlif millətlərə və irqlərə mənsub minlərlə bəhai, İsrailin şimalına—Hayfa-Akka bölgəsinə inanclarının ruhani və inzibati mərkəzlərinə ziyarətlər edirlər. Onlar Akkanın yaxınlığında yerləşən Bəxçi məntəqəsində Həzrət Bəhaullahın və Hayfa şəhərində Həzrət Babın Məqamlarını ziyarət edib, bu Müqəddəs Astanalarda dua oxuyurlar. Həzrət Bəhaullahın sürgün illərində ardıcılları Onu şəxsən ziyarət etməkdən ötrü bəzən aylarla piyada İrandan səfər edərdilər. Həzrət Bəhaullahın vəfatından sonra Onun Məqamı - bəhailərin hər gün namaz zamanı yönəldikləri Qiblə, həyatları boyunca ən azından bir dəfə ziyarət etməyə cəhd etdikləri yerə çevrildi... davamı
İnsanlığa Xidmət İbadətdir
Allaha ibadət - insanlara xidmәtә hәsr olunmuş hәyatda öz ifadәsini tapır. Biz Allaha başqa yolla xidmәt edә bilmәrik. Әgәr biz insanlara arxa çeviririksә, demәli, biz Allaha arxa çeviririk. Hәzrәt Bәhaullah buyurur: “Ey insan oğlu! Әgәr sәn mәrhәmәt tәrәfdarısansa, onda öz xeyrindәn imtina et vә başqalarına fayda gәtirәn işlәrlә mәşğul ol və әgәr sәn әdalәtlisәnsә, onda özünә arzuladığını başqalarına da arzula”. Hәzrәt Bәhaullahın әn mühüm tövsiyәlәrindәn biri hökmәn faydalı әmәklә mәşğul olmaqdır. İnsan cәmiyyәtindә tüfeylilәr vә başqasının hesabına dolananlar olmamalıdır. O buyurmuşdi: davamı