Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

 İctimai Mövzulara Çevik İştirakçı

Bəhailərin getdikcə daha fəal olduqları sahələrdən biri də ictimai problemlərin həllinə dair müzakirələrə qatılmaq və fikirlərini  Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrindən olan insanlarla bölüşməkdir.

Həzrət Bəhaullahın adı ilə bağlı olan yeni Dünya Nizamına doğru irəliləmək, fərdin ruhani baxımdan gücləndirilməsi ilə yanaşı, ictimai quruluşda çox köklü dəyişiklikləri, cəmiyyətin mövcud təməllərinin genişləndirilməsini və ictimai təşkilatların tamamilə yenidən formalaşdırılmasını tələb edir. İnsanlığın yetkinlik çağında Vahid Qlobal Sivilizasiya meydana çıxdıqca bunların hamısı yeni məna və məzmun qazanmalıdır.

 

Həzrət Bəhaullahın Əhdinə möhkəm bir şəkildə bağlı olan bəhailər, Onun təlimlərindən ilhamlanaraq əldə etdikləri anlayışlara və yaşadıqları təcrübələrə əsaslanaraq, cəmiyyətdə üstünlük təşkil edən diskurlara qatılıb ictimai problemlərin həllində düşüncə səviyyəsində iştirak edirlər. Bu məqsədlə dünyanın müxtəlif yerlərində və Azərbaycanda bəhailər ictimai fikirin və siyasətlərin formalaşdığı müxtəlif məkanlarda fərdi, qrup və təşkilatları səviyyəsində  konfranslara, seminarlara və internet forumlarına qatılır, yazılar dərc etdirir, ya da dövlət rəsmiləri və qeyri-hökumət təşkilatları ilə görüş imkanları yaradaraq, insanlığın üzləşdiyi əhəmiyyətli ictimai mövzularla maraqlanan insanlarla, yerlidən tutmuş milliyə qədər hər səviyyədə dialoqa girirlər.

 

Bəhailər bu kimi mühitlərdə imkan olduqca, səxavətlə və heç bir ön şərt olmadan, müzakirə edilən məsələ ilə əlaqədar Bəhai təlimlərini və bu təlimlərin ictimai məsələlərin həllində necə tətbiq edilməsilə əlaqədar təcrübələrini təvazökarlıqla paylaşar, bunu edərkən öz təkliflərini verir, əlaqədar problemlərin digər təşkilat və fərdlərlə birlikdə müəyyən edilməsi və həll edilməsi yolları üzərində müzakirələrdə iştirak edirlər.

 

Mövzudan asılı olmayaraq, Bəhai icmasının ən çox nümayiş etdirdiyi hallardan biri öyrənmə halətidir. Bəhailər mükəmməlliyə iddia etmirlər, çünki yüksək idealları müdafiə etmək, bu idealları həyata keçirmək və yaşamaqla eyni deyildir. İnsanlığın qarşılaşdığı meydan oxuyucu məsələlər saysızdır və hər mövzuda öyrəniləcək çox şey vardır. 

 

Bəhai icmasının bir çox sahələrdə təcrübəsi getdikcə artmaqdadır, lakin bu təcrübələrin arzu edilən səviyyədə müvafiq anlayışlar yaratmasından ötrü diqqətəlayiq bir məsafənin qət edilməsi lazımdır.

 

Bu günə kimi cəmiyyətin müxtəlif diskurslarında bəhailərin iştirakı fərdi, təşkilati, beynəlxalq və milli səviyyələrdə olmuşdur. Dünyanın bir çox yerinlərində fərdi və ya qrup şəkilində həyata keçirilən bu fəaliyyətlərlə yanaşı, Bəhai təlimlərindən ilhamlanan təhsil, qadınların inkişafı və səhiyyə kimi müxtəlif sahələrdə çalışan təşkilatlar da vardır ki, diskurlarda öz təcrübələrindən qazandıqları bəsirətlərlə iştirak etmişlər. İctimai problemlərin həllinə yönəlmiş proqramları ilə tanınan FUNDAEC (Fundación pul la Aplicacion y enseñanza de las Ciencias), ISGP (Institute for Studies in Global Prosperity) və Tahirih Justice Center kimi bir neçə təşkilat cəmiyyətdəki diskurlara töhfə verməyi bacarmışlar.

 

Bununla yanaşı Beynəlxalq Bəhai İcmasının ofisləri Birləşmiş Millətlər Təşkilatı səviyyəsində, insan hüquqları, davamlı inkişaf, ətraf mühit və qadın-kişi bərabərliyi kimi müxtəlif diskurslara qatılmışlar. Onlar bu diskurslarda qız uşaqlarının təhsili problemini vurğulayır, bu prinsipin əhəmiyyətinin geniş bir şəkildə diqqətdə saxlanmasına öz töhfəsini vermişlər. 

 

Buna bənzər şəkildə Bəhai icmalarının nəzdində fəaliyyət göstərən milli Xarici Əlaqələr ofisləri də öz ölkələrindəki diskurslara müxtəlif şəkillərdə qatılmışlar. Bəzi hallarda bu ofislər istər dövlət, istərsə də qeyri-hökumət nümayəndələri olsun, onlarla əhəmiyyətli əlaqələr qurmağı bacarmış, bir neçə illik səylərin nəticəsində, bir çoxu müxtəlif ictimai məsələlərə yanaşma və baxış yaradılması proseslərinin etibarlı və dəyərli iştirakçılarına çevrilmişlər.

 

Bəhailərin düşüncə səviyyəsində töhfə verdikləri diskurs mövzuların bəziləri aşağıdakılardır: insan hüquqları, qlobal iqlim dəyişmələri, təhsil, cəmiyyətdə dinin rolu, qadın-kişi bərabərliyi, elm və dinin vəhdəti, davamlı inkişaf, qız uşaqlarının təhsili, səhiyyə və ətraf mühit. Bu gün Azərbaycanda Bəhai icmasının milli səviyyədə ən çox diqqət ayırdığı diskurs mövzusu isə qadın-kişi bərabərliyi prinsipidir.