top of page

İnsan Ruhunun Mənşəyi

.....Fərd öz bağlanğıcını Allahın ruhani aləmləriundən gələn ruhun mayalanma zamanı rüşeymlə birləşməsi anından götürür. Lakin bu əlaqə fiziki deyildir; ruh bədənə daxil olmur və onu tərk etmir, o, fiziki məkanı tutmur. Ruh maddi dünyaya mənsub deyildir və onun bədənlə əlaqəsi işığın, onun şüalarını əks etdirən güzgü ilə əlaqəsinə bənzəyir. Güzgüdə görünən işıq onun daxilində deyildir; o, xarici mənbədən gəlir. Eynilə, ruh bədənin daxilində deyildir; onunla bədən arasında xüsusi əlaqə mövcuddur və onlar birlikdə insanın varlığını təşkil edir. Bu əlaqə yalnız fani həyatın sürdüyü müddət qədər davam edir. O kəsiləndə hər biri öz mənşəyinə, bədən torpaq dünyasına, ruh isə Allahın ruhani aləmlərinə qayıdır. Ruhani aləmlərdən şüalanmış ruh Allahın surəti və bənzərində yaradılmışdır. Həzrət Bəhaullahın nazil etdiyi İlahi Kəlamda deyilir:

 

“Ey insan oğlu! Əslimin qədimliyində və varlığımın əzəliyyətində idim. Öz məhəbbətimi səndə gördüm, səni yaratdım. Və səni öz surətimdə yaratdım və öz gözəlliyimi səndə əks etdirdim”

İlahi keyfiyyətlətlər və səmavi sifətlər əldə etməyə qadir ola ruh, bədəndən ayrıldıqdan sonra tərəqqisini əbədiyyətə qədər davam etdirir. Həzrət Bəhaullah yazır:

“İndi də insanın ruhu və onun əbədiliyi haqqında sənin sualına dair. Bu həqiqəti bil ki, ruh, bədəndən ayrıldıqdan sonra öz tərəqqisini, ta Allahın hüzuruna yetişənə kimi elə bir halda və şəraitdə davam etdirir ki, nə dövrlərin və əsrlərin gərdişi, nə də bu dünyanın dəyişiklik və hadisələri onu dəyişə bilməz. Allahın Mələkutu, Onun Səltənəti, Onun Cəbərutu və Qüdrəti mövcud olduqca, ruh da mövcud olacaqdır. O, Allahın nişanələrini və Onun sifətlərinin zahir edəcək və Allahın inayətini və lütfünü aşkar edəcəkdir”

bottom of page