top of page

İnsanlığa Xidmət İbadətdir

...Hәzrәt Bәhaullahın әn mühüm tövsiyәlәrindәn biri hökmәn faydalı әmәklә mәşğul olmaqdır. İnsan cәmiyyәtindә tüfeylilәr vә başqasının hesabına dolananlar olmamalıdır. Hәzrәt Bәhaullah buyurur:

"Sizlәrdәn hәr birinizә hәr hansı bir işlә mәşğul olmaq әmri verilir: sәnәtlә, ticarәtlә vә i. a. Sizin belә әmәklә mәşğul olmağınızı Biz Hәqiqi Allaha xidmәt saydıq. Düşünün, ey insanlar, Allahın mәrhәmәti vә Onun xeyirxahlığı haqqında düşünün vә gecә-gündüz Ona şükrlәr edin. Vaxtınızı tәnbәlliyә vә bekarçılığa sәrf etmәyin, hәm sizә, hәm dә başqalarına fayda gәtirәn işlәrlә mәşğul olun. Müdriklik vә Bәlağәt Günәşi şәfәqlәrinin üfüqlәrindәn nazil olan bu müraciәtnamәdә belә yazılıb! Allah qarşısında әn zәlil sayılan bәndә o kәsdir ki, oturub dilәnir. Bütün vasitәlәrin çeşmәsi olan Allaha tәvәkkül edәrәk, öz işinizdәn möhkәm yapışın".

İşləmək və inkişaf etmək yalnız özümüz üçün deyil, bütün dünyada zənginlik yaratmaq üçün lazımlıdır. Hәzrәt Bәhaullahın Tәliminә görə, halal yolla qazanılmış vә düzgün xәrclәnәn sәrvәt hörmәtә vә tәrifә layiqdir. Həzrət Əbdül-Bəha buyurmuşdur:

 

"Zənginlik, bütün cəmiyyət zəngin olduğu zamanda tərifə layiqdir. Lakin, əgər bəziləri hədsiz şəkildə zənginləşərkən qalanlar yoxsullaşırsa və bu zənginlikdən heç bir səmərə və fayda əldə edilmirsə, bu zənginlik yalnız sahibi üçün bir yükdür."

 

İşləmək bəşəriyyətə xidmət məqsədi daşıdıqda Allahın nəzərində ibadətə çevrilir. Bəşəriyyətə xidmət ruhunda görülən istənilən iş ibadətdir. Həzrət Əbdül-Bəha belə buyurmuşdur:

 

“Bәhai Tәlimindә incәsәnәtlә, elmlә vә sәnәtlә mәşğul olmaq ibadәtә bәrabәr tutulur. İnsan yüksәk keyfiyyәtli bir parça kağız düzәltmәk üçün bütün sәyini toplayıb vicdanla çalışırsa, bununla Allahı mәdh edir. Ümumiyyәtlә, insanın sәmimi qәlbdәn etdiyi bütün çalışmalar vә sәylәr, әgәr onlar yüksәk ideallar naminә vә bәşәriyyәtә xidmәt etmәk arzusu ilә görülürsә, Allaha xidmәt etmәk deməkdir. Allaha xidmәt etmәk–bәşәriyyәtә xidmәt etmәk vә insanlara onların ehtiyaclarında kömәk etmәk demәkdir. Xidmәt - ibadәt deməkdir. Xurafatdan uzaq olan vә bәşәriyyәtin hәmrәyliyinә inanan, xәstәyә hәssaslıqla vә qayğıkeşliklә yanaşan hәkim Allahı mәdh edir”.

 

Allaha ibadətin bir forması kimi xidmət anlayışı, həm fərdi həm də kollektiv Bəhai həyat - tərzinin mərkəzində durur. Həzrət Əbdül-Bəha yazır:

 

"Sizlər yetimlərə sevgi dolu ata, acizlərə sığınacaq, kasıblara xəzinə, xəstələrə çarə olun..Sizlər, hər bir zülm qurbanının köməkçisi, zərər çəkmiş uşaqların dəstəkçisi olun. Sizlər hər zaman, insan irqinin hər bir üzvünə xidmət etməyi düşünün. Diqqətinizi nifrət, inkar, kiçik hesab etmə, düşmənçilik və ədalətsizliyə verməyin, tam tərs istiqamətdə hərəkət edin. Sizlər, yalnız görünüşcə deyil, səmimiyyətlə nəzakətli olun. Allahın sevdiklərinin diqqətlərini, Allahın lütfü və inayətlərinə çəkin. Qarşılaşdığı hər kəs üçün yaxşı bir şeylər etməsinə və ona fayda verməsinə köməkçi olun. Hər birimizin və hamımızın xarakterini inkişaf etdirməsinə və insanların düşüncələrinə istiqamət verməsinə köməkçi olun. Beləcə, İlahi Yol Göstəricinin işığı gələcəyə doğru parlayacaq və Allahın inayəti bütün insanlığı qoruyacaq: sevgi işıqdır haranı məskən tutarsa ​​tutsun, nifrət qaranlıqdır haranı yuva edirsə etsin."

bottom of page