Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Müasir Cəmiyyət və Yeniyetmələr

 

.....Müasir cəmiyyətdə yeniyetmələrə lazımi diqqət ayırmır. Onlara çox vaxt  uşaq kimi baxırlar və bu baxışdan irəli gələn münasibət göstərirlər. Mühüm dövr əldən buraxılır və böyüklər bu yaşın tələblərinə cavab verə bilmirlər.

Biz ətraf mühitin yeniyetmələrə mənfi təsirini etiraf etməyə bilmərik, nə də onları gələcəkdə gözləyən təhlükələrdən qoruya bilərik. Amma biz yeniyetmələrdə elə bir möhkəmlik yaratmaqda kömək edə bilərik ki, bu nəinki çətinlikləri həll etməkdə onlara yardımçı olsun, həm də onlar öz ətraflarına fəal təsir edə bilsinlər və onu yaxşıya doğru dəyişsinlər. Biz həmçinin onlara analiz etməyi, öz hərəkətlərinin nəticələrini əvvəlcədən görməyi və yalanı doğrudan ayırmağı öyrənməkdə kömək edə bilərik. Həzrət Əbdül-Bəha yeniyetməlik dövrünün vacibliyi haqqında buyurur:

“İnsan həyatının bahar çağı var və bu dövrə heyrətamiz gözəllik bəxş edilmişdir. Yeniyetməlik dövrünə güc və enerji xasdır və bu insanın həyatında ən yaxşı dövrdür. Ona görə də siz gecə və gündüz elə çalışmalısınız ki, pak niyyətlə və Onun səmavi qüdrəti, ilahi mərhəməti və köməyi ilə insan aləminin bəzəyi olasınız...”