Namaz
.....yoxdur və axtaran üçün onun axtardığı ilə yaxın olmaqdan böyük hədiyyə yoxdur. Allahın səltənətinə cəzb olunmuş hər kəsin ən böyük istəyi odur ki, tam sədaqətlə öz Məhbubuna üz tutmağa fürsət tapsın və beləliklə də Onun səxavət və xeyir-duasını axtarsın və dua və iman dəryasına qərq olsun. Bundan əlavə, namaz insanda ayıqlıq və huşyarlıq yaradır, onun imtahanlardan qorunmasına və hifz olmasına kömək edir”.
Həzrət Şövqi Əfəndi yazır:
“Gündəlik namazın sayı üçdür. Ən qısası bir ayədən ibarətdir və iyirmi dörd saatda bir dəfə, günorta vaxtı qılınmalıdır. Orta namaz gündə üç dəfə, səhər, günorta və axşam qılınmalıdır. Böyük namaz üç namazdan ən müfəssəlidir və iyirmi dörd saatda bir dəfə qılınmalıdır. Hər kəs meyli çəkdiyi vaxt onu qıla bilər. Mömin bu üç namazdan istənilən birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur və onları müşayiət edən hər hansı səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.
Namazla əlaqədar işlədilən “səhər”, “günorta” və “axşam” ifadələrinin mənası müvafiq olaraq, günçıxandan saat on ikiyədək, saat on ikidən günbatanadək və günbatandan iki saat keçənədək olan vaxtı bildirir. Namaz zamanı mömün üzünü xüsusi səmtə - Qibləyə (İsrail ərazisində yerləşmiş Bəhciyə – Həzrət Bəhaullahın bu dünyada sonuncu Vəhy məkanına) yönəldir.
Bu namazlar təklikdə Allahla ünsiyyətdə qılınır. Başqa dualar həm təklikdə, həm də başqa insanlarla bir yerdə olanda oxuna bilər. On beş yaşına çatmış hər bir bəhai üç vacib namazdan (böyük, orta, kiçik) birini seçməkdə sərbəstdir. Camaat namazı, yəni birinin bir ayə oxuması və digərlərinin cavab verməsi Bəhai dinində yoxdur. Vəfat edənlər üçün qılınan namaz yeganə Bəhai namazıdır ki, cəm halında oxunur; bu bir mömin tərəfindən oxunur, digər iştirakçılar isə sükutda dayanırlar. Bu İslamda dindarların imamın arxasında sıraya düzülüb onun istiqamәtlәndirmәsi ilə birgә ibadәt mәrasimindәn fәrqlәnir. Həzrət Bəhaullah buyurmuşdur ki, bu namaz vəfat edən on beş yaşından yuxarı olduqda qılınır və dəfndən qabaq oxunmalıdır. Namaz oxuyan zaman üzü qibləyə durmaq məcburi deyildir.