Oruc
Həzrət Bəhaullah buyurur:
“Namaz və Orucdan bərk yapışın. Həqiqətən, Allahın dini səmaya bənzər; oruc onun Günəşi, namaz isə onun ayıdır. Əslində, onlar dinin sütunlarıdır ki, onların sayəsində möminlər Allahın qanunlarını pozanlardan ayrılmışdır”
Oruc tutan şәxs günəş çıxandan günəş batanadәk on doqquz gün әrzindә özünü hәr cür yemәkdәn vә içmәkdәn saxlamalıdır. Orucluq hәmişә mart ayında gecә ilә gündüzün bәrabәrlәşdiyi eyni bir vaxtda – yәni Şimal yarımkürәsindә bahar vә Cәnub yarımkürәsindә isә qış olduğu zaman qurtarır. Orucluq ayı heç zaman oruc tutmaq üçün üzücü olan yayın şiddәtli isti günlәrinә vә ya qışın sәrt soyuğuna düşmür. Bundan başqa, ilin bu dövründә yer kürәsinin insan yaşayan bütün mәntәqәlәrinin hәr yerindә günün çıxması vә batması vaxtı tәxminәn sәhәr saat 6-dan axşam saat 6-ya qәdәrdir.
Bәhai Tәliminә әsasәn, hәr il müntәzәm oruc tutmağın fiziki sağlamlıq üçün faydalı tәdbir olması barәsindә xeyli dәlillәr vardır. Lakin bәhailәrdә yemәyin mәqsәdi sadәcә olaraq qidalanmaq deyil, bizim ruhi qidamızı tәşkil edәn Allahın zikri olduğu kimi, bәhai orucunun mahiyyәti dә yalnız yemәkdәn imtina etmәkdәn ibarәt deyildir, hәrçәnd yemәkdәn imtina olunması bizim bәdәnimizin tәmizlәnmәsinә kömәk göstәrir; orucun әsl mәnası nәfsin istәklәrindәn imtina etmәk vә Allahdan başqa hәr şeydәn üz döndәrmәkdir. Bununla әlaqәdar olaraq Hәzrәt Әbdül-Bәha buyurur:
“Oruc-rәmzdir; o bütün nәfsani istәklәrdәn özünü saxlamaq demәkdir. Oruc tutmaq bu istәklәrdәn özünü saxlamağın rәmzi xatırlanmasıdır. Yәni insan özünü qida qәbul etmәkdәn saxladığı kimi, özünün bütün şәhvәt vә ehtiraslarından da imtina etmәlidir. Yalnız qida qәbul etmәkdәn özünü saxlamaq ruha tәsir göstәrmir; bu ancaq rәmzdir, xatırlamadır. Әks halda, oruc tutmağın heç bir әhәmiyyәti yoxdur. Bu mәqsәdlә oruc tutmaq yemәk-icmәkdәn özünü tamamilә saxlamaq demәk deyildir. Qidalanmanın qızıl qaydası – nә hәddindәn artıq çox, nә dә hәddindәn artıq az yemәk qәbul etmәmәkdir; orta hәddә riayәt etmәk vacibdir. Hindistanda yemәk-içmәkdәn özünü kәskin surәtdә saxlayan tәriqәt var: onlar tәdricәn qida qәbul etmәyi o qәdәr azaldırlar ki, axırda qida qәbul etmәdәn yaşayırlar. Әgәr insan qida qәbul etmәmәk nәticәsindә zәiflәmişdirsә, o nә fiziki, nә dә әqli cәhәtdәn Allaha ibadәt edә bilmәz. Belә adam sağlam düşünә bilmәz”.