top of page

Qadın və Kişi Bərabərliyi

 

......gündəlik həyatda əks etdirilməsi bir zərurətdir. Həzrət Əbdül-Bəha 1913-cü ilin yanvarında Londonda keçirilәn Qadın Azadlığı İttifaqının iclasında demişdir:

 

“Bәşәriyyәt iki qanadı olan quşa bәnzәyir: qanadlar­dan biri – kişi, digәri – qadındır. Hәr iki qanad güclü olmasa vә eyni bir qüvvә ilә hәrәkәtә gәtirilmәsә quş sәmaya uça bilmәyәcәkdir. Zamanın ruhuna uyğun olaraq qadınlar kamillәşmәli, hәyatın bütün sahәlәrindә özlәrini göstәrmәli, kişilәrlә bәrabәrlәşmәli, onların sәviyyәsinә yüksәlmәli vә onlarla eyni hüquqlardan istifadә etmәlidirlәr. Bu mәnim dilәyim vә Hәzrәt Bəhaullahın әsas prinsiplәrindәn biridir. Bәzi alimlәr belә mülahizә irәli sürürlәr ki, kişilәrin beyninin çәkisi qadınların beyninin çәkisindәn ağırdır vә onlar bunu kişilәrin üstünlüyünә dәlil sayırlar. Lakin biz hәyatda başı kiçik olan kişilәrә rast gәlirik ki, onların beyinlәrinin çәkisi azdır, lakin onlar böyük ağıl vә geniş idrak gücü nümayiş etdirirlәr. İri başı vә ağır beyni olan kişilәr vardır ki, әqli cәhәtdәn inkişaf etmәmişlәr. Buna görә dә beynin çәkisi ağlın inkişafı vә ya üstünlüyü üçün hәqiqi meyar deyildir. Öz üstünlüklәrini sübut etmәyә çalışan kişilәr ona da istinad edirlәr ki, qadınlar kişilәr kimi böyük xarüqәlәr yaratmayiblər. Zәif vә әsassız dәlildir, belә ki, tarixi fakt­lara ziddir. Әgәr həmin kişilәrin tarixdәn mәlumatı bir az çox olsaydı, onda bilәrdilәr ki, keçmiş zamanlarda mühüm işlәr görmüş qadınlar olmuş və onların fәaliyyәti bir çox cәhәtdәn böyük hadisәlәri hazırlamışdır, indiki dövrdә dә özlәrini ciddi işlәrә hәsr edәn çoxlu qadınlar vardır”.

 

O, həmçinin deyir ki, qadınlar sülhlə bağlı məsələlərdə hərtərəfli və bərabər hüquqda iştirak etdiyi zaman müharibələrə son qoyulacaqdır. Bu dəyişikliklər öz-özünə baş verməyəcəkdir. Potensial­larının tam inkişafı üçün qadınların özləri cəhd etməlidirlər. Həzrət Əbdül-Bəha buyurur:

 

“Daha yüksək kamilliyə çatmaq, bütün məsələlərdə kiş­i­lərlə bərabər olmaq, ənənəvi olaraq geri qaldıqları bütün sahə­lərdə irəli getməsi və kişilərin onları qabiliyyət və vərdiş­lərinə görə bərabərliyi tanımasından ötrü qadınları mübarizə gözləyir.. Qadınlara öz qabliyyətlərini yüksək dərəcədə inkişaf etdirmək imkanı verilməyincə, kişilər də malik ola biləcəkləri yüksəkliyə çata bilməyəcəklər”.

 

O, bildirirdi ki, qadınların təhsili kişilərin malik olduğu təhsilin standartlarına uyğun gəlməlidir, yəni qadın­lar və kişilər cəmiyyətdə bərabər təhsil hüququna malik olmalı­dırlar. Əgər ailənin həm oğlan, həm də qızının təhsili üçün pulu yoxdursa, valideynlərə pulu qızın təhsilinə sərf et­məyi məsləhət görülür, çünki o potensial ana və gələcək nəsillərin tərbiyəçisidir. Həzrət Əbdül-Bəha başqa bir yazısında, qadınlar cəmiy­yətdə həqiqi yer tutduqdan sonra nələr baş verəcəyini belə izah etmişdir:

 

“Keçmişdə dünya qüvvə vasitəsilə idarə olunurdu və kişi özünün güclü və təcavüzkar, həm fiziki, həm də əqli keyfiyyətləri hesabına qadın üzərində üstünlüyə malik idi. Lakin bu müvazinət artıq pozulmaqdadır: qüvvə öz üstünlüyünü itirdiyi halda, qadında üstün olan əqlin çevikliyi, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Ona görə də yeni era az dərəcə kişi erası olub, qadın ideyaları ilə daha çox doydurulmuş olacaqdır; dəqiq desək, bu sivilizasiyanın kişi və qadın əsaslarının müvazinətdə olduğu dövr olacaqdır”.

bottom of page