top of page

Ruh -  Allahın Əlamətidir

Allah xəlq etdiklərinin hər birinin batini həqiqətinə öz adlarından birinin nurunu səpmiş və Onu Öz sifətlərindən birinin Əzəmətini əks etdirən etmişdir. Lakin insanın mahiyyətində O, Özünün bütün adlarının və sifətlərinin şöləsini cəmləşdirmiş və onu Özünün güzgüsü etmişdir. Bütün xəlq edilmişlərdən yalnız insan belə böyük fəzl, belə əzəli mərhəmət üçün seçilmişdir”.

 

Hər bir insana yüksək ruhani təbiət xasdır. İnsan onu inkişaf etdirməlidir ki, Allahı dərk edə bilsin və Onu sevsin. Yerdəki fiziki mövcudluq – hər bir ruh üçün vacib təcrübədir. Bu mərhələdə insan özündə Allahın onda cəmləşdirdiyi mərhəmət, məhəbbət, şəfqət, səxavətlilik, ədalət kimi ruhani qabiliyyətlərinin inkişafı üçün imkan əldə edir. Bu keyfiyyətlər insana fiziki mövcudluğu sona yetdikdən, ölümdən sonrakı həyatda da lazımdır. Bizim o biri dünyadakı inkişafımız bizim indi ruhani yüksəliş üçün sərf etdiyimiz cəhdlərdən asılı olacaqdır. Ana bətnində uşağın gözü, burnu, əli və ayağı inkişaf etdiyi kimi, bu ruhani keyfiyyətlər də insanın Yerdəki həyatı zamanı inkişaf edir. Ana bətnində uşağa bu orqanlar lazım deyildir. Lakin həyatda insan onlarsız çox ağır vəziyyətə düşə bilər. İnsanın ana bətnindəki həyatı doğumdan sonrakı həyatından fərqləndiyi kimi, ruhun ölümdən sonrakı həyatı da bu dünyadakı həyatından kəskin şəkildə fərqlənir. Həzrət Əbdül-Bəha yazır:

 

“İnsan öz bəşər həyatının başlanğıcında ana bətni dünyasında  rüşeym halında idi. Orada o, bəşər mövcudluğu dünyası üçün qabiliyyət və istedad almışdır. Bu dünya üçün zəruri olan güc və qüvvət ona o məhdud şəraitdə bəxş edilmişdir. Bu dünyada ona gözlər lazım idi; o onları əvvəlcədən o biri dünyada almışdı. Ona qulaqlar lazım idi; o, öz yeni mövcudluğuna hazırlaşmaq üçün onları orada əldə etmişdi. Bu dünyada lazım olan güc ona ana bətnində əta edilmişdi..Ona görə də o, bu dünyada özünü sonrakı həyat üçün hazırlamalıdır. Mələkut aləmində lazım olanlar bu dünyada əldə edilməlidir. Bu dünya üçün zəruri olan gücü toplamaqla özünü ana bətni dünyasında hazırladığı kimi, eləcə də Mələkut aləmi üçün zəruri olan gücü bu dünyada  əvvəlcədən  toplamalıdır”

 

Bədəndən azad olmuş ruh qəfəsdən azad olmuş quş kimi öz inkişafını və Allaha doğru hərəkətini davam etdirir. Həzrət Əbdül-Bəha yazır:

 

"Bədənin ölməsiylə birlikdə ruhun da öldüyünə inanmaq qəfəsin qırılmasıyla içindəki quşun da öldüyünə inanmağa bənzər....Bədən qəfəs, ruh isə onun içindəki quş kimidir ... qəfəs qırılsa belə quş mövcud olacaqdır; hətta bu halda onun duyğuları artacaq, anlayışı genişlənəcək, daha çox təravətlənəcəkdir... "

bottom of page