top of page

Ruhaniyyət və Maddiyyat Arasında Vəhdət

Bu mövzu ilə əlaqədar Həzrət Əbdül-Bəha belə yazmışdır: 

 

"Maddi mədəniyyət, insanlıq dünyasının inkişafı vasitələrindən biri olmasına baxmayaraq, İlahi cəmiyyətə birləşmədikcə insanın xoşbəxtliyinin istənilən nəticəsinə çatmaq mümkün deyil. Maddi sivilizasiya, çırağın şüşəsinə və İlahi sivilizasiya isə, bu çırağın işığına bənzər; şüşə, işıqsız qaranlıqdır.  Maddi sivilizasiya bədən kimidir. Bu bədən sonsuz gözəllik, incəlik və təzəlikdə olsa belə yenə ölüdür. İlahi sivilizasiya isə ruha bənzər, bu bədən bu ruhla diridir, əks halda bir cəsəd halına gəlir.  İnsanlıq dünyası da Ruhulqüds nəsimlərinə möhtacdır. Bu ruh olmasa bəşəriyyət ölüdür. Bu işıq olmasa dünya qaranlığın içərisindədır.”

 

​Mədəniyyətin maddi və ruhani tərəflərinin vəhdətli bir şəkildə irəliləməsi üçün rifah anlayışının yenidən araşdırılması lazımdır. Rifah, yalnız fərdin maddi zənginliyini artırmaq deyildir. Ruhani mədəniyyətin dəyərlərindən məhrum fərdin dünyagörüşü qaçılmaz olaraq təmin edilə bilməz arzularla dolar və parazit həyata qarşı meyilli olar. Maddi və ruhani mədəniyyətin inkişafına kömək etmək üçün maddi vasitələrin uca məqsədlərə xidmət etməsi lazımdır. 

 

Lakin həqiqi ruhaniyyət insanın yaranmasının köklərinə qədər gedib çıxır. O, insanı hərəkətə gətirir, həm fərdi, həm də kollektiv səyləri cəmiyyətin yaxşılaşdırılmasına yönəldir, onu ibadət səviyyəsinə ucaldır,  eqoist istəklərin nəzarət altına alınmasını təmin edir, insanlığın birliyini vurğulayır, comərdliyi və təvazökarlığı canlandırır, müxtəlifliyi təqdir etməyi və gözəlliyə cəzb olmağı bəsləyir.

 

bottom of page