top of page

Şövqi Əfəndi ömrü boyu çox yazırdı

Şövqi Əfəndi məktublarını çox vaxt

“Sizin həqiqi qardaşınız Şövqi” kimi imzalayırdı

Şövqi Əfəndi məktublarını çox vaxt

“Sizin həqiqi qardaşınız Şövqi” kimi imzalayırdı

Həzrət Şövqi Əfəndinin Rəhbərlik və Tərcümələri

 

İstənilən dini sistemin prioritetlər siyahısında başda onun yazılarının prinsiplərinin müəyyən edilməsi və bu müqəddəs yazıların fərdin və icmanın həyat şərtlərinə tətbiqi olmalıdır. Həzrət Əbdül-Bəha tərəfindən Bəhai Yazılarının yeganə şərhçisi kimi səlahiyyətləndirilərək, Şövqi Əfəndi dünya hadisələrini Bəhai yazılarının işığında oxudu və bu təhlillərin nəticələrini məktublar formasında Bəhai icması ilə bölüşdü. Bu gün üçün icmanı parçalanmaqdan qoruyan anlayış birliyini təmin edərək müqəddəs mətnlərin şərhçisi kimi onun rolu Bəhai dininin inkişafı üçün ölçüyəgəlməz dərəcədə vacibdir.

 

Eyni zamanda, bütün dünyada körpə Bəhai təsisatları Şövqi Əfəndinin üzərinə çox geniş diapazonda suallar yağdırırdı. Bu suallara onun cavabları isə Həzrət Bəhaullahın Vəhyinin şərhinin böyük bir hissəsini təşkil etdi.

 

Təxminən 26,000 məktubda və minlərlə teleqramlarda Şövqi Əfəndi fərdlərə, qruplara və Bəhai təsisatlarına rəhbərlik verdi, onları ilhamlandırdı və təşviq etdi.

Bu məktubların təxminən yarısı fars və ərəb dillərində yazılırdı. Saysız-hesabsız mövzu və məsələlər arasında Şövqi Əfəndi zərif gözəllik və qüvvətli bir dillə Əmrin qanunlarını və təməl inanclarını aydınlaşdırdı; Ümumdünya Ədalət Evinin məsuliyyətlərinin səciyyəvi xüsusiyyətlərinin çərçivəsini verdi; yerli və milli məhfillərin seçilməsi və işləməsi üçün addımların atılmasını başlatdı; fərdi bəhailərin vəzifələrini aydınlaşdırdı.

 

Onun məktublarından bir neçəsi həcminə görə bütöv bir kitab təşkil edir. Onun ən mühüm məktub və müraciətlərindən ibarət bir neçə kitab tərtib olunmuşduir.1929 - 1936-cı illər arasında yazılmış bu məktublardan yeddisi “Həzrət Bəhaullahın Dünya Nizamı” adı altında toplanmışdır.

Bu məktubların təxminən yarısı fars və ərəb dillərində yazılırdı. Saysız-hesabsız mövzu və məsələlər arasında Şövqi Əfəndi zərif gözəllik və qüvvətli bir dillə Əmrin qanunlarını və təməl inanclarını aydınlaşdırdı; Ümumdünya Ədalət Evinin məsuliyyətlərinin səciyyəvi xüsusiyyət-lərinin çərçivəsini verdi; yerli və milli məhfillərin seçilməsi və işləməsi üçün addımların atılmasını başlatdı; fərdi bəhailərin vəzifələrini aydınlaşdırdı.

 

Onun məktublarından bir neçəsi həcminə görə bütöv bir kitab təşkil edir. Onun ən mühüm məktub və müraciətlərindən ibarət bir neçə kitab tərtib olunmuşduir.1929 - 1936-cı illər arasında yazılmış bu məktublardan yeddisi “Həzrət Bəhaullahın Dünya Nizamı” adı altında toplanmışdır.

 

Bu məktublarda Şövqi Əfəndi Bəhai dininin mərkəzində dayanan ehkam prinsipləri aydınlaşdırdı, onun dünyada missiyasını araşdırdı, Onun Mərkəzi Simalarının həqiqi məqamlarını izah etdi, Bəhai təsisatlarının strukturunu və səlahiyyətlərini təqdim etdi.

 

Şövqi Əfəndinin “İlahi Ədalətin Gəlişi”(25 dekabr 1938) adı ilə nəşr olunmuş başqa bir məktubu bəhailəri iman və dil birliyinə, icmanın qarşısında duran vəzifələri yerinə yetirmək üçün zəruri olan davranışın dürüstlüyünə çağırdı. Üç il sonra, dünyanı münaqişə tutanda, “Vəd Olunmuş Gün Gəldi” (28 mart 1941) adı ilə nəşr olunmuş məktub bəşəriyyətin yaşamaqda olduğu “nəhəng çevrilişin” mənbəyi, gedişi və zəruriliyi barədə bəhailərə qaneedici fikirlər aşıladı.

Allah Yanımızdan Keçir

1940-cı illərin əvvəllərində Şövqi Əfəndi diqqətini Bəhai tarixi üzərində topladı və 1944-cü ildə Həzrət Babın bəyanının yüzillik yubileyi münasibətilə, Həzrət Babın Öz missiyasını ilk dəfə elan etməsindən birinci “Yeddi İllik Plan” ın bitməsinə qədər bütöv bir əsri əhatə edən, son dərəcə müfəssəl bir tədqiqat işi – “Allah yanımızdan keçir” kitabını buraxdı.

 

Bununla eyni zamanda Şövqi Əfəndi, həmçinin, fars dilində də paralel bir əsər yazdı –burada da Bəhai dininin tarixinin icmalını verdi və Həzrət Bəhaullahın Yazılarında həkk olunmuş Dünya Nizamının xüsusiyyətlərini izah etdi.

Tərcümə İşi

Şövqi Əfəndi Bəhai Yazılarının əsas tərcüməçisi kimi xidmət etdi. O, ingilis dilini erkən uşaqlıq yaşlarında öyrənmişdi və gənc bir oğlan ikən, təhsilini Beyrutdakı Amerika Univeristetində, daha sonra isə Oksford Universitetində davam etdirmiş və burada Həzrət Əbdül-Bəhanın 1921-ci ildə vəfatına qədər qalmışdı. Onun Mühafizlik dövrünün ilk böhranlı onilliklərində Əmrin əsas inzibati təsisatları ingilis dilli ölkələrdə yerləşdiyindən, Şövqi Əfəndinin Bəhai anlayışlarını ingilis dilində təqdim etmək qabiliyyəti Əmrin Qərb dünyasında ardıcıllarına qiymətsiz bir rəhbərlik mənbəyi verdi.

 

Şövqi Əfəndinin çox yüksək səviyyədə dil bilməsi və onun çox dəqiqliklə sözləri seçməsi ondan sonrakı bütün bəhai tərcümələri üçün bir meyar qoydu. O, Həzrət Bəhaullahın “Sirli Sözlər” (1929), “Kitab`i-İqan”(1931) və “Qurdun oğluna məktib” (1941) kimi əsas yazılarını ingilis dilinə çevirdi və onlardan çıxarışlardan və digər parçalardan “Həzrət Bəhaullahın Yazılarından seçmələr”(1935) və “Həzrət Bəhaullahın dua və meditasiyaları”(1938) adlı antologiyaları təşkil etdi. O, Həzrət Bəhaullahdan, Həzrət Babdan və Həzrət Əbdül-Bəhadan saysız dualar və parçalar tərcümə etdi və onları öz məktublarına daxil etdi. Şövqi Əfəndi, həmçinin, Əmrin erkən tarixinin mötəbər nəqli olan və “Dan yerinin şəfəqləri” kimi tanınan kitabı da ingilis dilinə çevirdi (1932).

bottom of page