Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Həzrət Şövqi Əfəndinin Yazılarından Seçmələr

 

Şövqi Əfəndinin yazılı işlərı insan fəaliyyəti və düşüncəsinin, demək olar, hər bir cəhətinə toxunur. Onun məktublarında dövri olaraq rast gəlinən mövzular: ümumdünya bəhai icmasının inzibati institutlarının inkişafı; şəxsi ruhani həyatın bəslənməsi; Bəhai dininin dünya səviyyəsində genişlənməsi və möhkəmlənməsi; onun qanunlarının, təlimlərinin və prinsiplərinin izahı; Dinin tarixi, o cümlədən, onun Mərkəzi Simalarının məqamları; və dünya sivilizasiyasının tarixi və onun inkişafına təkan verən güclər. Şövqi Əfəndinin yazılarından aşağıda bəzi çıxarışlar verilir:

 

Həzrət Bəhaullahın Vəhyi necə də genişdir! Onun bəşəriyyətin üzərinə yağdırdığı nemətlər necə də böyükdür! Və bununla belə, onların əhəmiyyəti və yüksəkliyi barədə bizim anlayışımız necə də kasad və uyğunsuzdur. Bu nəsil belə bir nəhəng Vəhyə çox yaxındır ki, Onun Dininin sonsuz imkanlarını, Onun Əmrinin indiyə kimi bərabəri olmayan xarakterini və Onun İnayətinin sirli dövrlərini bütün tamlığı ilə qiymətləndirə bilsin. 

 

Allahın məqsədi uzun əsrlər boyu parçalanmış, iztirab çəkmiş bəşəriyyəti, tam əhəmiyyətini yalnız Özü bildiyi və yalnız Özünün həyata keçirdiyi yollarla o Böyük, Qızıl Əsrə doğru aparır. Onun indiki vəziyyəti, hətta onun lap yaxın gələcəyi çox qaranlıqdır, müsibətli dərəcədə qaranlıqdır. Onun bir az uzaq gələcəyi isə parlaqdır, ehtişamlı dərəcədə parlaqdır, elə parlaq ki, heç bir xəyal gücü onun parlaqlığını təsəvvür edə bilməz.

 

Bizim cəsarət edib ağılla edəcəyimiz cəhd yalnız o ola bilər ki, çalışaq və zamanı gəldikdə, vəd olunmuş Dan yerinin, dünyanı bürümüş qaranlığı qovan ilk şəfəqlərini görə bilək.

 

Həzrət Bəhaullahın, bütün millətlərin hamısının üzvi və ruhani birliyinə nail olmaqdan başqa bir ali missiyası olmayan Vəhyi, əgər biz onun mənasına sədaqətli olsaq, öz gəlişi ilə bütün insan nəslinin yetkinliyə çatması dövrünün gəlməsini xəbər verir.

 

Qoy burda heç bir anlaşılmazlıq olmasın. Bəşəriyyətin birliyi Prinsipi - Həzrət Bəhaullahın bütün təlimləri bu mərkəzi ox ətrafında fırlanır - nə sadəcə dayaz bir emosional coşqu, nə də dumanlı və alicənab bir arzudur. Bunu sadəcə insanlar arasında xoşməramlılığın və qardaşlıq ruhunun oyanması ilə də nə eyniləşdirmək olar, nə də ki, bu ayrı-ayrı xalqlar və millətlər arasında ahəngdar əməkdaşlıq ruhu yaratmaq məqsədi daşıyır. Onun nəticələri daha dərindir, iddiaları isə keçmiş Peyğəmbərlərin irəli sürdükləri hər hansı iddiadan daha yüksəkdir. Onun əsas ideyası yalnız fərdlərə ünvanlanmayıb, bu, ilk növbədə bütün millətləri və dövlətləri bir insan ailəsinin üzvü kimi bir-birinə bağlayan mühüm münasibətlərin mahiyyətinə təsir göstərməyi nəzərdə tutur. O, həm də sadəcə idealı elan etmir, həm də, bu idealın həqiqətini təcəssüm etdirən, onun yetərliliyini nümayiş etdirən və təsirliliyini əbədiləşdirən adekvat təsisatla ayrılmaz şəkildə bağlıdır. O, bugünkü cəmiyyətin strukturunda üzvi dəyişikliyi nəzərdə tutur, elə bir dəyişiklik ki, bənzərini dünya hələ təcrübə etməyib.

 

Bəşəriyyətin birləşməsi bəşərin təkamülünün zirvəsidir - bir təkamül ki, özünün başlanğıcını ailə həyatının yaranmasından götürdü, daha sonra qəbilə birliyində növbəti inkişafına çatdı, sonra öz növbəsində şəhər-dövlətin yaranmasına gətirdi və daha sonra genişlənərək, müstəqil və suveren dövlətlərin yaranması ilə nəticələndi.

 

Bütün bəşərin birləşməsi insan cəmiyyətinin indi yaxınlaşdığı mərhələnin meyarıdır. Ailənin, tayfanın, şəhər-dövlətin və millətin birliyinə müvəffəqiyyətlə cəhd edilmiş və tamamilə bərqərar olmuşdur. Dünya birliyi bir hədəfdir ki, üzülmüş bəşəriyyət onun istiqamətində çalışır.

 

Qoy burada Həzrət Bəhaullahın ümumdünya qanununun canlandırıcı gücü və məqsədi barədə bir narahatlıq olmasın. Cəmiyyətin mövcud fundamentini devirmək məqsədindən çox uzaq olmaqla, o, bunun əsaslarını genişləndirmək və hər zaman dəyişən dünyanın ehtiyacları ilə səsləşən bir şəkildə onun təsisatlarına yeni forma vermək məqsədi daşıyır. Bu nə ağıllı tərəfdarlıqla ziddiyyətə girir, nə də sədaqətliliyin ilkin və mühüm elementlərini dağıdır. Bunun məqsədi nə odur ki, insanların ürəyində sağlam və ağıllı vətənpərvərlik alovunu söndürsün, nə də ifrat mərkəzləşmədən qaçmaq üçün bu qədər mühüm olan milli muxtariyyət sistemini ləğv etsin. O, dünya xalqlarını və millətlərini bir-birindən fərqləndirən etnik mənşənin, iqlim, tarix, dil və ənənə, fikir və adətlərin müxtəlifliyini nə rədd edir, nə də ki, onu boğur. O, daha geniş bir sədaqətliliyə çağırır, insanlığı indiyə kimi ruhlandıran hər hansı bir cəhddən daha yüksəyinə səsləyir. O, milli maraq və motivləri, birləşmiş dünyanın zəruri iddialarına tabe etməkdə təkid edir. O, bir tərəfdən ifrat mərkəzləşməni rədd edir, digər tərəfdən isə yeknəsəkliyə aparan cəhdləri inkar edir. Onun şüarı Həzrət Əbdül-Bəhanın izah etdiyi kimi, müxtəliflikdə birlikdir.

 

Davranışın dürüstlüyü, özünün ədalət, bərabərlik, doğruluq, düzlük, insaflılıq, etibarlılıq, əminlik kimi mənaları ilə, Bəhai icmasının həyatının hər bir mərhələsini fərqləndirməlidir. “Həzrət Bəhaullahın Özü buyurmuşdur ki: “Allahın dostları bu gün dünyanın xalqlarını qıcqırdan mayadırlar. Onlar elə etibar, elə düzlük və əzimlik, elə əməl və xasiyyət göstərməlidirlər ki, insanlıq ondan fayda götürə bilsin."