Təmiz Qəlblilik
“Ey İnsan Oğlu! Könülünü xoş tut ki, Mənim görməyimə və Gözəlliyimə layiq olasan”.
“Ey Adəm Oğulları! Gözəl sözlər və təmiz əməllər Allahın izzət səmasına yüksələr; çalışın ki, əməlləriniz riya tozlarından, nəfs və arzu bulanıqlığından təmizlənib Allahın qəbul qatına girsin; çünki yaxında insan sərrafları Məbudun qarşısında xalis dindarlıq və təmiz əməldən başqa bir şey qəbul etməyəcəklər. Rəbbin iradə ağzından parlayan hikmət və məna günəşi budur. Nə xoşbəxt ona üz tutanlara!”
“Allahın aşkar və müqəddəs buyruğuna görə qeybət qadağandır; sülh və dostluq göstərmək buyurulmuşdur; bizdən dünyadakı bütün insanlara qarşı dürüst davranmağımız, doğru və həlim olmağımız istənilir”.
“Bir müqəddəs adam digər min adamdan daha yaxşıdır. Əgər bir neçə nəfər sevgi içində, İlahi duyğular, Allaha yönəlmiş sevgi, könül təmizliyi, tam bir müqəddəslik və paklıq içində toplanaraq bir-birləri ilə əbədi uyğunlaşma, qardaşlıq və sevinclə davransalar belə bir yığıncaq bütün dünyaya öz təsirini göstərəcək. Toplanan bu kəslərin vəziyyətləri, sözləri və davranışları əbədi xoşbəxtliyin işarəsi və mələkutin nümunəsini verəcəkdir”