Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Siyasətə Qoşulmamaq, Dövlətə Sədaqət və İtaət

Həzrət Şövqi Əfəndi yazır:

“Ayrı-ayrı siyasi və dini təşkilatların bəzi prinsip və ideyaları ilə Bəhai Dininin istənilən şüurlu ardıcılı, şübhəsiz ki, razılaşardı. Bununla belə, o, təşkilatlardan heç biri ilə özünü eyniləşdirə bilməz, eləcə də onların əqidəsini, prinsiplərini və proqramlarını qeyd-şərtsiz qəbul edə bilməz”.

 

Ümumdünya Ədalət Evi qeyd edir:

“İstənilən siyasi partiyaya üzv olmaq mütləq Həzrət Bəhaullahın bəyan etdiyi ayrı-ayrı və ya bütün sülhsevərlik və birlik prinsiplərindən imtina etməklə nəticələnir”.

Bəhailər cəmiyyətin bütün təbəqələrindən olan insanlarla – ali hakimiyyət nümayəndələri və dövlət liderləri ilə, eləcə də sadə xalqla Din haqqında biliyi hamıya və hər kəsə çatdıraraq ünsiyyət edə bilər və etməlidirlər, lakin bu zaman  yol verməməlidir ki, onu siyasi məqsədlərlə və partiya proqramları ilə eyniləşdirsinlər. Əgər bəhailər seçkilərdə səs verirsə və ya dövlətin işlərində iştirak edirsə, bu, onun Dinin ən mühüm ruhani və sosial prinsiplərinə zidd olan proqram və fəaliyyətlərin müdafiəsinə çevrilməməlidir. Bəhailərin vətəndaş seçkilərində iştirakı və ya müəyyən vəzifəni tutmağa razılıq vermələri qətiyyən hansısa siyasi partiyanın proqramını qəbul etməsi demək deyildir. Bununla belə bəhailərin vəzifəsi – öz hökumətinə, onların apardığı siyasətdən asılı olmayaraq, həmişə tam loyal münasibət göstərməkdir. Bəhainin mövqeyi ikitərəfli olmalıdır: yaşadığı ölkənin hakimiyyət orqanlarına tamamilə tabe olmaq və siyasi məsələlərə və işlərə qarışmamaq. Həzrət Əbdül-Bəha Amerikada möminlərin qarşısında çıxış edərək deyirdi:

“Bəhai Dininə görə sosial quruluşun və iqtisadi şəraitin yaxşılaşması üçün hakimiyyət orqanlarının qoyduğu qanun və prinsiplərə əməl etmək zəruridir...Biz öz ölkəmizin hökumətinə tabe olmalı və onun xeyirxahları kimi çıxış etməliyik...”

 

Həzrət Şövqi Əfəndi yazır:

 

“Sözsüz əməl etməli olduğumuz əsas prinsip, .. – yaşadığımız ölkədə hakimiyyətdə olan hökumətə tabe olmaqdır..Beləliklə, iki şərtə əməl etməyimiz zəruridir: taun xəstəliyindən qaçan kimi siyasətdən qaçmaq və yaşadığımız ölkənin hökumətinə tabe olmaq....bizim üzərimizə, necə olmağından asılı olmayaraq, istənilən qanuni hökumətə tabe olmaq vəzifəsi qoyulur. Heç bir bəhai öz hökumətinin ədalətli olub- olmamasını mühakimə etməməlidir, çünki hər möminin, çox güman ki, bu məsələyə öz nöqteyi-nəzəri olacaq, bu isə ixtilafa gətirib çıxaracaq və bizim birliyimizi məhv edəcək”.

Bəhainin öz ölkəsinə məhəbbəti özünü siyasi partiyalarda iştirak etməkdə və ya diplomatik və siyasi fəaliyyətlə məşğul olmaqda deyil, öz ölkəsinin çiçəklənməsi üçün vicdanlı əməyində, dövlət və inzibati- təsərrüfat təsisatlarında işi ilə kömək etməyində göstərməlidir. Həzrət Şövqi Əfəndi yazır:
 

“Tamamilə aydın anlamaq lazımdır ki, bəhailərin mövqeyi heç vəchlə öz ölkəsinin rifahına laqeyd olmaq deyildir və cüzi də olsa, tanınmış, hakimiyyətdə olan hökumətin nüfuzuna qarşı durmağı nəzərdə tutmur. Nə də ki, o, öz hökumətinin və xalqının ali maraqlarının həyata keçirilməsinə ən fəal şəkildə kömək etməkdən imtina etməyi nəzərdə tutur. Bu mövqe Həzrət Bəhaullahın hər bir həqiqi və sadiq ardıcılının birliyin ali normalarından və Əmrin işinə sədaqətli olmaqdan əl çəkməyərək, öz ölkəsinin həyati maraqlarına təmənnasız, vicdanla və səmimiyyətlə xidmət etməsi deməkdir”.