Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Təvazökarlıq və Güvən

“İnsan yerdə və göydə olanlardan büsbütün əl çəkmədikcə irfan dənizi sahilinə çata bilməyəcəkdir. Ey yer üzündə yaşayanlar! Ruhlarınızı təmizləyin ki, Allahın sizin üçün təqdir buyurduğu mövqeyə çatıb Bəyan göylərində qurdurduğu otağa girə biləsiniz ... İman yolunda gedib tam əminlik qədəhindən içmək istəyənlər, bütün dünya bağlarından təmizlənməlidirlər; yəni, qulaqlarını onun- bunun sözlərindən, könüllərini həqiqətə pərdə çəkən boş fikirlərdən, ruhlarını aldadıcı maddi zinətlərdən və gözlərini fani sözlərə baxmaqdan uzaq tutmalıdırlar. Onlar, Allaha təvəkkül edib, Ona yapışaraq, Onun yolu ilə getməlidirlər."

"Ey Bəndəm! Dünya bağını qopar, nəfs zindanından çıx. İmkanları qənimət bil. Bu vaxtı bir daha görə bilməzsən; bu fürsəti əsla tapa bilməzsən. "

"Təvazökarlıq insanı izzət və yüksəklik göylərinə qaldırar, məğrurluq isə zillət və alçaqlığın dibinə endirər."

"Başına gələn bəladan ötrü kədərlənmə; hər şeyi bilən qüdrətli və hikmətli Allaha təvəkkül et. Evini ilahi sözlərin təməli üzərində qur və sonra Rəbbini ara. O, sənə kifayətdir."

Allaha güvənin! Çünki Onun məhrəməti hədsizdir və Onun İnayətlərinə etimad edin, çünki o inayətlərlə zəngindir! İnancınız Ucalar Ucasına olsun, çünki O süqut etmir və Onun ehsanı əbədidir! Onun Günəşi davamlı İşıq verir və Onun Mərhəməti buludla, Ona güvənənlərin ürəklərini suladığı Şəfqət sularıyla doludur. Onun canlandırıcı nəsimi insanların qovrulmuş ruhlarına hər zaman şəfa verir!"

"Bu gün insanlığın boynu zillət, iztirab və kədərlə bükülmüşdür, kimsə qaçıb xilas ola bilməz. Dünya göz yaşları ilə islanmışdır; ancaq Allaha şükür, çarə qapımızdadır. Gəlin, ürəklərimizi maddi dünyadan çevirək və ruhani dünyalara üz tutaq! Bizi azad edəcək şey ancaq budur! Əgər çətinliklərlə əhatə olunsaq Allaha müraciət yetər və Onun uca mərhəməti ilə kömək görərik.

Əgər başımıza bir iztirab və çətinlik gələrsə üzümüzü Mələkuta tutaq, beləcə səmavi təsəlli üzərimizə yağacaq. Əgər xəstə və dərdliyiksə Allahın şəfası üçün yalvaraq, beləcə O, duamızı cavablandıracaqdır. Düşüncələrimiz bu dünyanın xoşagəlməzlikləri ilə dolduqda gözlərimizi Allahın mərhəmətinin şirinliyinə çevirək, O, bizə səmavi dinclik göndərəcək! Maddi dünyada zindanda olsaq belə, ruhumuz Göylərdə süzə bilər və həqiqətən də azad ola bilərik! Günlərimiz sona çatarkən əbədi aləmləri düşünsək, beləcə sevinclə dola bilərik!"

Eqoistlik xarakterin qəribə xüsusiyyətidir və o, bir çox əhəmiyyətli ruhların məhvə səbəb olmuşdur. Əgər bir nəfərdə bütün yaxşı xüsusiyyətlər cəmləşibsə, amma eqoistdirsə, digər bütün qabiliyyətləri solar və ya ölüb gedər və insan gec-tez daha pisləşər"