Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Ümumdünya Ədalət Evi

Yerli 

Ruhani Məhfillər

Milli Ruhani Məhfillər

Qita

Müşavir

Heyəti

Köməkçi

Heyət

Üzvləri

Komitə

Bəhailər

İnstitut

Milli Ruhani Məhfillər

Qita

Müşavir

Heyəti

Yerli 

Ruhani Məhfillər

Komitə

Köməkçi

Heyət

Üzvləri

İnstitut

Bəhailər

Bəhailər

Bəhailər

Milli Ruhani Məhfillər

Milli Ruhani Məhfillər

Qita

Müşavir

Heyəti

Qita Müşavir Heyəti

Yerli 

Ruhani Məhfillər

Yerli 

Ruhani Məhfillər

Yerli 

Ruhani Məhfillər

Köməkçi

Heyət

Üzvləri

Köməkçi

Heyət

Üzvləri

Köməkçi

Heyət

Üzvləri

İnstitut

İnstitut

İnstitut

İnstitut

İnstitut

Milli Ruhani Məhfillər

Qita

Müşavir

Heyəti

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Komitə

Komitə

Komitə

Komitə

Komitə

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Bəhailər

Ümumdünya Ədalət Evinin Yazılarından Seçmələr

 

Müntəzəm əlaqəsi ilə Ümumdünya Ədalət Evi böyüməkdə olan qlobal Bəhai icmasına dünya sivilizasiyası qurmaqda iştirak etmək üçün kömək edərək təhlil, baxış və istiqamət verir. Ümumdünya Ədalət Evinin ən vacib müntəzəm əlaqələrindən biri Rizvan Bayramı zamanı (21 aprel-2 may) hər il yazdığı müraciətlərdir.

 

Ümumdünya Ədalət Evi həmçinin, arabir daha geniş ictimaiyyətə müraciətlər göndərir, burada cəmiyyətdəki müzakirələrə (diskurslara) töhfə vermək və konstruktiv hərəkətə ruhlandırmaq məqsədi ilə planetin rifahı üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər barəsində perspektiv verir.

 

Aşağıda Ümumdünya Ədalət Evinin müraciətlərindən bəzi çıxarışlar verilir:

 

Planeti belə şiddətlə döyəcləyən problemlərin məğzində ixtilaf dayanır. O, həyatın bütün sahələrindəki münasibətlərə nüfuz edir. Millətlərin və xalqların arasındakı böyük problemlərin mərkəzində məhz ixtilaf durur. Hələ daha ciddisi, dinlərin arasında və dinlərin içindəki münasibətlərdə olan ixtilaf və parçalanmadır ki, onların ruhani və əxlaqi təsirlərini gücdən salır, halbuki bu təsir, onların ən əsas məqsədidir. 

 

Bəhai icması Ədalət Evinin işə saldığı qlobal Planlar çərçivəsində ciddi-cəhdlə işləmiş və fərdin ruhani inkişafını irəlilədən və icmanın üzvlərinin kollektiv enerjisini cəmiyyətin ruhani canlanmasına yönəldən bir Bəhai həyat modelinin qurulmasına müvəffəq olmuşdur. Bu icma Müjdə ilə geniş sayda həssas ruhlara yetişmək, onları möhkəmlətmək, qəbul etdikləri Dinin əsasları barədə onların anlayışlarını dərinləşdirmək qabiliyyəti əldə etmişdir. Bu dinin Banisinin elan etdiyi məşvərət prinsipini kollektiv qərarçıxarma üçün səmərəli bir alətə çevirməyi və üzvlərini ondan istifadə etmək üçün təlim verməyi öyrənmişdir. Öz gənc üzvlərinin ruhani və əxlaqi təlim-tərbiyəsi üçün proqramlar tərtib etmiş və onu yalnız öz uşaqlarına və yeniyetmələrinə deyil, həm də geniş cəmiyyətə çıxarmışdır. İxtirayında olan istedad ehtiyatı ilə, o müxtəlif dillərdə həm öz ehtiyaclarına, həm də ictimaiyyəin maraqlarına cavabverən zəngin bir ədəbiyyat toplusu yaratmışdır. O getdikcə daha çox cəmiyyətin işlərinə daxil olmuş, xeyli sayda sosial-iqtisadi inkişaf layihələri həyata keçirmişdir… O, icmanın təməl səviyyəsinə çatan təlim proqramları vasitəsilə insan resurslarını dəfələrlə artırmaqda əhəmiyyətli addımlar atmış və dayanıqlı böyümə modeli qurmaqda metod və alətlər aşkar etmişdir.

 

Bütün insan ailəsinin müxtəlifliyini əhatə edən minlərlə insan, eyni dərəcədə həm ciddi, həm də ruhlandırıcı olan bir mühitdə Yaradıcı Sözü öyrənməklə məşğuldurlar. Beləliklə əldə etdikləri anlayışları hərəkət, düşünmə və məşvərət prosesi vasitəsilə tətbiq etməyi öyrəndikcə, onların Əmrə xidmət qabiliyyətlərinin yeni səviyyələrə qalxdığının şahidi olurlar. Hər bir ürəyin öz Xaliqi ilə ən batini arzusuna cavab verərək onlar müxtəlif şəraitlərdə başqaları ilə birlikdə dua edərək, ruhani həssaslığı oyadaraq, ruhani xarakteri ilə fərqlənən bir həyat tərzi formalaşdıraraq onlar kollektiv ibadət hərəkətləri yerinə yetirirlər. Onlar bir-birinin evinə baş çəkdikcə və ailələrini, dostlarını, tanışlarını ziyarət etdikcə, ruhani əhəmiyyətə malik olan mövzularda söhbətlər aparır, Əmr haqqında biliklərini dərinləşdirir, Həzrət Bəhaullahın müjdəsini paylaşır, sayı artan insanları qüdrətli ruhani bir təşəbbüsə qoşulmağa dəvət edirlər. Dünyanın uşaqlarının arzularından və onların ruhani təlim-tərbiyəyə olan ehtiyaclarından agah olmaqla, onlar səylərini genişləndirirlər ki, səyi daim artan iştirakçıları gənclər üçün cəzbetmə mərkəzinə çevrilən dərslərə cəlb etsinlər və Əmrin cəmiyyətdə köklərini möhkəmlətsinlər. Onlar yeniyetmələrə həyatlarının mühüm mərhələsində lazımi istiqamət tapmaq və enerjilərini sivilizasiyanın irəliləməsinə yönəltmək üçün güc əldə etməkdə kömək edirlər. Xeyli sayda insan resurslarına malik olmaq kimi bir imtiyazla, onların getdikcə artan sayı bəşəriyyətin həm ruhani, həm də maddi çərçivədə ehtiyaclarını qarşılayan səylər dalğasının qalxması ilə imanlarını ifadə edə bilirlər.

 

Uşaqlar icmanın malik ola biləcəyi ən qiymətli sərvətidir, çünki gələcəyin ümidi və təminatı onlardır. Onlar, əsasən, icmanı təşkil edən böyüklərin uşaqlarla bağlı etdikləri və etmədikləri ilə formalaşan gələcək cəmiyyətin xarakterini müəyyən edəcək toxumların daşıyıcılarıdırlar. Onlar elə bir əmanətdirlər ki, heç bir icma onlara cəzasız qalmaqla etinasız yanaşa bilməz. Uşaqlara hərtərəfli sevgi, onlarla rəftar tərzi, onlara göstərilən diqqətin keyfiyyəti, onlara münasibətdə böyüklərin davranışının ruhu – bütün bunlar zəruri münasibətin ən mühüm cəhətləri arasındadır. Məhəbbət intizam, uşaqları çətinliklərə öyrətmək cəsarəti tələb edir, yoxsa onların şıltaqlığına yol vermək və ya tamamilə onları özbaşlarına buraxmaq deyil. Elə bir mühit yaratmaq və saxlamaq lazımdır ki, uşaqlar özlərinin icmaya mənsub olduqlarını hiss etsinlər və onun məqsədini bölüşsünlər.

 

Cəhalətin daim saxlanması zülmün ən ağır formasıdır; o, Həzrət Bəhaullahın Vəhyinin eyni zamanda həm məqsədi, həm də hərəkətverici prinsipi olan bəşəriyyətin birliyinin gerçəkləşdirilməsi yolunda əngəl kimi duran təəssübkeşlik divarlarını daha da möhkəmləndirir. Biliyə çıxışın olması hər bir insan varlığının haqqıdır, onun yaradılmasında, tətbiqində və yayılmasında iştirak isə bir məsuliyyətdir ki, firavan bir dünya sivilizasiyasının qurulmasında hər kəs – hər bir fərd öz istedadı və qabiliyyətlərinə uyğun olaraq onu üzərinə götürməlidir. Beləliklə, ictimai-sosial fəaliyyət hansısa bir formada mal və xidmət təchizatını nəzərdə tutsa da, onun birinci dərəcəli qayğısı daha yaxşı dünya qurmaqda iştirak etmək üçün konkret bir əhalidə qabiliyyət yaratmaqdır.

 

Bütün tarix boyunca, fərdlər, təsisatlar və cəmiyyət arasındakı qarşılıqlı hərəkətlər hər bir mərhələdə çətinliklə dolu olmuşdur - azadlıq tələb edən fərd, tabeçilik tələb edən təsisat, üstünlük iddiasında olan cəmiyyət. Hər bir cəmiyyət bu və ya başqa bir yolla, təbədüllat çulğalaşmış sabitlik dövrləri yaşamaqla bu üçü arasında münasibətləri müəyyən etmişdir. Bu gün isə, bu keçid dövründə, bəşəriyyət özünün kollektiv yekinliyinə yetişmək üçün çalışdıqca, bu münasibətlər – xeyr, fərd, təsisat və cəmiyyət konsepsiyasının özü – həddən artıq çox olan böhranların hücumuna məruz qalmaqda davam edir. Bütün dünyada hakimiyyət böhranı kifayət qədər sübut verir. Onun sui-istifadəsi o qədər ağırlaşmış, elə dərin şübhə və etibarsızlıq, acıq şiddət yaradıb ki, dünya getdikcə idarəedilməz olur – elə bir vəziyyət yaranıb ki, cəmiyyət bağlarının zəifləməsi ilə daha da təhlükəli olur.

 

Həzrət Bəhaullahın hər bir ardıcılı bilir ki,Onun Vəhyinin məqsədi yeni bir məxluq yaratmaqdır. “Onun dodaqlarından Birinci Nida səslənən kimi bütün xilqət dəyişdi və göylərdə və yerdə olanların hamısı bütün varlığı ilə silkələndi.” Fərd, təsisat və icma – İlahi Planın üç iştirakçısı – Onun Vəhyinin bilavasitə təsiri altında formalaşmaqdadır, hər biri haqqında, yetkinlik yaşına çatmış bəşər üçün uyğun olan yeni bir konsepsiya meydana çıxmaqdadır. Onları bir-birinə bağlayan münasibətlər də, ancaq Onun hökmünə uyğun olmaqla azad oluna bilən sivilizasiya qurucu qüvvələrin meydana çıxmasına gətirərək, dərin transformasiyaya məruz qalır.

 

Bütün əsrlər boyu xoşməramlı insanların ürəklərinin meyl etdiyi, müdriklərin və şairlərin, saysız-hesabsız nəsillərinin xəyal etdiyi və qədimdən bəri bəşəriyyətin müqəddəs yazılarının hər zaman vəd etdiyi Böyük Sülh, nəhayət ki,millətlərin əlinin yetişəcəyi bir yaxınlıqdadır. Tarixdə ilk dəfə hər bir kəsə bütün planeti, onda sakin olan saysız-hesapsız müxtəlif xalqları ilə birlikdə bütöv bir mənzərə kimi görmək imkanı yaranmışdır. Dünya sülhü nəinki mümkündür, o hətta qaçılmazdır. Bu, planetin təkamülündə növbəti mərhələdir...

 

Nüvə silahlarının, zəhərli qazların və ya bakterioloji silahların istifadəsinin qadağan edilməsi müharibənin köklü səbəblərini aradan qaldırmayacaq. Sülh yaratma prosesinin elementi olaraq bu cür praktiki tədbirlərin nə qədər mühüm olması göz önündə olsa da, özlüyündə bunlar çox səthi tədbirlərdir və davamlı və qalıcı təsir göstərə bilməz....Əsl ümumdünya planı qəbul edilməlidir.

 

Keçən hər günlə, dini təəssübkeşlik ocaqlarının alovlanma təhlükəsi böyüyür ki, bu, nəticələri təsəvvürə gəlməyən dünya miqyaslı böyük yanğına çevrilə bilər. Belə bir təhlükə hökumət tərəfindən təkbaşına aradan qaldırla bilməz. Biz özümüzü də aldatmalı deyilik ki, qarşılıqlı dözümlülüyə edilən çağırışlar öz-özlüyündə İlahi xeyir–dua alması iddiasında olan düşmənçilik təzahürlərini söndürəcəkdir. Bu böhran dini liderlərdən, cəmiyyətin diqqətini eyni dərəcədə dağıdıcı olan irqi, milli və cinsi təəssübkeşliyə yönəldənlər kimi, keçmişdən qətiyyətlə ayrılmağı tələb edir. Vicdan məsələlərində başqalarına təsir göstərməyin imkan verilən yeganə səbəbi ancaq insan rifahına xidmət ola bilər. Sivilizasiyanın bu əzəmətli dönüş mərhələsində, belə xidmət üçün tələblər bundan da artıq aydın ola bilməz. “Bəşəriyyətin birliyi tamamilə bərqərar olmayınca,” Həzrət Bəhaullah inandırır, “onun rifahına, əmin-amanlığına və təhlükəsizliyinə nail olmaq qeyri-mümkündür.”