top of page

Yeniyetmələrin Ruhani və Intellektual 

Gücləndirilməsi Proqramı

.....kömək edəcək. Ruhani güclənmə isə həyata və cəmiyyətə dair ümid dolu bir baxışa sahib olmalarına, cəmiyyətə təvazökar və fədakar şəkildə xidmət etmələrinə, rəqabət yerinə həmrəylik və əməkdaşlığı seçmələrinə kömək edəcəkdir.

Bu proqramın hər bir ili vacibdir, çünki proqram yeniyetmə dövrünün hər ili üçün onların tələbatını nəzərə almaqla hazırlanmışdır. Proqramda yeniyetmələrın kiçik qruplarda (10 nəfərə kimi) kitablar keçməsi nəzərdə tutulur. Bu kitablar 11-15 yaşarası dövrü nəzərə almaqla hazırlanmışdır və ümumi sayı 18-dir. Kitablar yeniyetmələrə öz fikirlərini aydın ifadə etmək qabiliyyətini inkişaf etdirməyə, cəmiyyətlə qarşılıqlı fəaliyyət göstərməkdə onlara kömək etməyə yönəlmişdir.

 

Kitablardakı materiallar ruhani prinsiplərə əsaslanmışdır. Belə ki, birinci “Təyid Nəsimləri” kitabında yeniyetmələr gələcəkdə kim olacaqları və cəmiyyətə necə xidmət edəcəkləri barədə düşünən dörd yeniyetmənin hekayəsi ilə tanış olurlar. Məqsədə çatmaq üçün səy qoymaq fikri hekayədə bir qırmızı xətt kimi keçir. Yeniyetmələr özlərini bu kitabda tanıyır və öz gələcəkləri barədə düşünürlər. Kitabda bundan əlavə hər hekayənin sonunda çalışmalar verilir ki, bunlar da sözlərdən necə istifadə etməkdə, bəzi yeni sözlərin mənasını bilmək və üzərində düşünməkdə onlara kömək edir.

 

Kitabları öyrənməklə yanaşı yeniyetmələr yaradıcılıqla məşğul olur, məhəllərində və kəndlərində xeyirxah işlər planlaşdırır, idmanla məşğul olurlar. Qrup həftədə bir dəfə görüşür.

bottom of page