top of page

Doğruçuluq, Etibarlılıq və Ədalət

"Allahın sevdiyi fəzilətlər və məziyyətlər gün kimi aydındır. Bunlar bütün Səmavi Kitablarda açıq aşkar yazılmışdır. Etibarlılıq, doğruçuluq,....təmiz ürəklilik, qəzaya razılıq, Allahın verdiyinə qənaət, fəlakətə səbr, hətta şükür etmək və hər hansı şərt altında olursa olsun Haqqa güvənmək bunlar arasındadır. Allahın yanında bunlar ən yüksək və ən gözəl xasiyyətlərdən sayılır."

“Çəkinin, ey insanlar, heç kəsə xəyanət etməyin və camaatın arasında Allahın etibarlı kəsləri və Onun səxavət nişanələri kimi tanınaraq, yaxşılardan olun...Sözləri ilə əməlləri uyğun gəlməyən adamların yolu ilə getməyin... Haqq ondan ötrü zühur edib ki, insanları düzgünlüyə, saflığa, möminliyə, etibara, Allahın iradəsinə təslim olub onunla razılaşmağa, dostluğa, mehribanlığa, dürüstlüyə və müdrikliyə dəvət etsin. Onun məqsədi hamını bəyənilmiş xasiyyətlərin və pak əməllərin libası ilə zinətləndirməkdir”.   

"Etibarlılıq, xalqın rahatlığı və təhlükəsizliyi üçün ən böyük qapıdır. Hər şeyin dayağı ona bağlıdır. İzzət, böyüklük və sərvət dünyaları onun nuru ilə işıqlanır və şölə saçır."

Ey Ruh Oğlu! Ən çox sevdiyim şey insafdır. Məni isəyirsənsə ondan üz çevirmə; Ondan qafil olma ki, Mənim yanımda əmin tanınasan. Bunun köməyi ilə sən başqalarının gözü ilə deyil, öz gözünlə görərsən və heç kəsin biliyi ilə deyil, öz biliyin ilə tanıyarsan. Bunu ürəyində düşün, gör sən necə olmalısan. Həqiqətən, insaf mənim sənə bir bəxşişimdir və sənə sevgi və lütfümün əlamətidir. Onu gözünün önündə saxla"

"Heç bir işıq ədalət işığına bərabər ola bilməz. Dünyada nizamın və insanlığın rahatlığının vasitəsi budur."

“İnsanın nuru ədalətdir. Onu zülm və istibdadın müxalif küləkləri ilə söndürməyin. Ədalətin məqsədi insanlar arasında birliyin yaranmasıdır”.

“Heç bir nur ədalət nuru ilə müqayisə oluna bilməz. Dünyanın təşkili və bəşəriyyətin rahatlığı ondan asılıdır."

"Dürüstlük bütün insan məziyyətlərin təməlidir. Dürüstlük olmadan, Allahın heç bir aləmində heç bir ruh üçün tərəqqi və yüksəliş mümkün olmaz. Bu müqəddəs xüsusiyyət insanda yarananda, bütün İlahi üstünlüklər də əldə ediləcək."

"Dürüstlük, doğruluq və əxlaqlılıq, ləyaqətlilik təmizlərin fərqləndirici xüsusiyyətləridir. Dürüstlük digər bütün qabliyyətləri içinə aldığı üçün xüsusiyyətlərin ən qabaqda gələnidir. Dürüst bir insan bütün əxlaqi bəlalardan qorunacaq, hər pis davranışdan çəkinəcək və hər alçaq hərəkətdən uzaqlaşacaqdır. Çünki bütün əxlaqsızlıqlar və qəbahət dürüstlüyə ziddir və dürüst bir insan bunlardan qəti surətdə diksinmə duyacaq."

 

bottom of page