Axtarışın səviyyəsini eşq Məcnunu ilə ölçmək lazımdır. Bir gün Məcnunun torpağı əliyərək göz yaşı tökdüyünü gördülər. Dedilər: «Nə edirsən?» Dedi: «Leylini axtarıram». Dedilər: «Vay sənin halına, Leyli pak bir ruhdandır, sən isə onu torpaqda axtarırsan!» Dedi: «Mən onu hər yerdə axtarmağa çalışıram ki, bəlkə bir yerdə tapa bildim». Bəli, Rəbblər Rəbbini torpaqda aramaq aqil yanında qəbahətli bir iş olsa da, səy və axtarışın kamilliyinə dəlalət edir.