Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

İlahi Qanun

Burada əsas məqsəd "insanlıq dünyasını işıqlandırmaq, torpaqdan olan dünyanı səmavi qılmaq, insan aləmini mələklər aləmi etmək, ürəkləri birləşdirmək, sevginin işığını insan ruhlarında yandırmaqdır; belə ki bu ruhlar, tam birliyə və dostluğa çataraq, Allaha yönələrək, İlahi Səltənətə girərək, Allahın hədiyyə və lütflərini, səmavi qidadan pay alaraq müstəqil hala gəlsinlər.

 

Fərdin ictimai və ruhani həyatı ilə əlaqədar Həzrət Bəhaullahın qanunlarının çoxu Kitab-i-Əqdəsdə (Ən Müqəddəs Kitab) nazil olmuşdur. Bu kitabda namaz, oruc, evlilik, miras qaydaları, həmçinin spirtli içkilərdən və narkotikdan istifadəyə qadağa haqqında hökmlər də yer almışdır. Kitabda Həzrət Bəhaullah peşəkar ruhaniliyi, köləliyi,  tərki-dünyalığı və  heyvanlara əzab verməyi qadağan etmiş, qeybəti qınamış, elm, sənət və incəsənətlə  məşğul olmağın əhəmiyyətini göstərmiş, uşaqlar üçun təhsilin vacibliyini vurğulamış, fərdlərə yaşadıqları dövlətin qanunlarına itaət etməyin məsuliyyətini yükləmiş, bəhailərə bütün dinlərin ardıcılları ilə dostluq ruhunda davranmalarını nəsihət etmiş, dürüstlüyü, etibarlılığı, gonaqpərvərliyi, nəzakəti, dözümlülüyü, insafı olmağı və ədaləti vurğulamışdır. Bu və digər qanuna itaətin əhəmiyyəti sözsüzdür, lakin bəhailər İlahi qanuna yalnız ediləcək və edilməyəcək əməllərin sadə bir siyahısı kimi  baxmırlar. Kitab-i-Əqdəsdə Həzrət Bəhaullah bəhailərə Onun əmrlərini "bir sıra hökmlər" səviyyəsinə endirməməyi tövsiyə edir. Burada ən əhəmiyyətli olanı fərdin qəlbini və davranışlarını cilalayan, bütün insanların ruhlarını ucaldan, insanlığın kolletiv həyatını təşkil edən, mədəniyyətə forma verən, cəmiyyətin strukturlarını canlandıran və sonda Sivilizasiyanın inkişafını təmin edən  Vəhyin canlandırıcı gücüdür. Həzrət Bəhaullah yazır:

“Dünyanın tərəqqisi, millətlərin inkişafı, xalqların asayişi və yer üzündə yaşayanların hamısının əmin-amanlığı Allahın prinsip və hökmləri arasındadır”.

“Həqiqətən, Din dünyada qayda –qanunun və onun xalqları arasında əmin-amanlığın yaradılması üçün başlıca alətdir”.