top of page

İqtisadi Çətinliklərin Ruhani Həlli

 Şübhәsiz kimsә hәddindәn artıq varlıdırsa, başqaları isә son dәrәcә yoxsuldursa, onda bu ifrat vәziyyәti tarazlaşdırmaq üçün qanunun olması vaçibdir. Hәm dövlәtliliyi, hәm dә yoxsulluğu mәhdudlaşdırmaq lazımdır. Hәr iki ifrat hәdd yaxşı deyildir. Biz yoxsulluğun faciәli nәticәlәrә gәtirib çıxarmasını görürüksә, bu o demәkdir ki, biz burada istibdadın әsl әlaməti ilә rastlaşırıq. İnsanlar qәti tәdbirlәr görmәli vә ifrat yoxsulluğa, çoxsaylı kütlәlәrin bәdbәxtliyinә sәbәb olan şәraiti yubanmadan dәyiş­mәlidirlәr. Hәdsiz varlanmaya vә ifrat yoxsulluğa dair xüsusi qa­nunlar verilmәlidir. Hamını eyni әdalәtlə tәmin etmәk üçün dövlәt qanunları İlahi qanunlara uyğun olmalıdır. Bunlar hәyata keçirilmәyincә, İlahi qanunlar bәrqәrar olmayacaqdır."

 

Hәzrәt Әbdül-Bәha tәklif edir ki, hәr bir şәhәr, kәnd vә әyalәt imkan daxilindә vә öz hüdudlarında öz maliyyә ehtiyatlarına sәrәncam vermәli vә ümumdövlәt xәrclәri üçün bu ehtiyatlardan müәyyәn pay ayırmalıdır. Gәlirin başlıca mәnbәlәrindәn biri dә mütәrәqqi gәlir vergisi olmalıdır. Әgәr hәr hansı bir şәxsin gәliri onun zәruri xәrclәrini ödәmәyә kifayәt etmirsә, onda hәmin şәxs heç bir vergi vermәmәlidir. Lakin gәlirin zәruri xәrclәrdәn artıq olduğu bütün hallarda hökmәn vergi qoyulmalıdır, hәm dә onun faizi gәlirin zәruri xәrclәrdәn artıqlığına müvafiq olaraq yüksәldilmәlidir. Digәr tәrәfdәn әgәr hәr hansı bir şәxs xәstәlik, mәhsu­lun azlığı, yaxud ondan asılı olmayan digәr sәbәblәr ucbatından özünü vә ailәsini lazımi sәviyyәdә tәmin etmәk üçün kifayәt qәdәr qazanc әldә edә bilmirsә, onda hәmin şәxsә özünü vә ailәsini dolandırmaq üçün ictimai fondlardan yardım göstәril­mәlidir.

Xәrclәrә gәldikdә isә kimsәsiz xәstәlәrin, yetimlәrin, karlar vә korlar mәktәblәrinin, hәmçinin ictimai sәhiyyәnin saxlanılması nәzәrdә tutulmalıdır. Belәliklә, ümumi rifah tәmin edilәcәkdir.

Hәzrәt Әbdül-Bәha 1919-cu ildә Sarsılmaz Sülh Tәşkilatı Mәrkәzinә göndәrdiyi mәktubda yazırdı:

 

"Hәzrәt Bәhaullahın Tәlimindәki bir müddәada deyilir ki, hәr bir adam başqasının mәnafeyini öz mәnafeyindәn üstün tut­malıdır: bu, bәrabәr­likdәn üstündür vә onun mәnası bundan ibarәtdir ki, insan özünü başqasından üstün tutmasın, әksinә, öz canını vә malını başqasına qurban versin. Lakin bu insanların sözsüz tabe olduqları qanun kimi mәcburi hәyata keçirilmәmәlidir, әksinә, onlar könüllü vә öz istәklәri ilә mallarını vә canlarını başqaları naminә qurban vermәli vә bәhailәr arasında İranda olduğu kimi ehtiyacı olanlara hәvәslә kömәk etmәlidirlәr".

 

Hәzrәt Bәhaullahın iqtisadi mәsәlәlәrә dair әn mühüm tövsiyәlәrindәn biri hökmәn faydalı әmәklә mәşğul olmaq­dır. İnsan cәmiyyәtindә tüfeylilәr vә başqasının hesabına dolananlar olmamalıdır. Hәzrәt Bәhaullah buyurur:

 

"Sizlәrdәn hәr birinizә hәr hansı bir işlә mәşğul olmaq әmri verilir. Sizin belә әmәklә mәş­ğul olmağınızı Biz Hәqiqi Allaha xidmәt saydıq. Düşünün, ey insanlar, Allahın mәrhәmәti vә Onun xeyirxahlığı haqqında düşünün vә gecә-gündüz Ona şükrlәr edin. Vaxtınızı tәnbәlliyә vә bekarçılığa sәrf etmәyin, hәm sizә, hәm dә başqalarına fayda gәtirәn işlәrlә mәşğul olun. Müdriklik vә Bәlağәt Günәşi şәfәqlәrinin üfüqlәrindәn nazil olan bu müraciәtnamәdә belә yazılıb! Allah qarşısında әn zәlil sayılan bәndә o kәsdir ki, oturub dilәnir. Bütün vasitәlәrin çeşmәsi olan Allaha tәvәkkül edәrәk, öz işinizdәn möhkәm yapışın".

 

Әgәr insanlar işi bir vәzifә hesab etsәydilәr vә Hәzrәt Bәhaullahın tәlәb etdiyi kimi bәşәriyyәt üçün faydalı olan fiziki vә zehni әmәklә mәşğul olsaydılar, onlar sağlam, tәminatlı vә alicәnab hәyat üçün zәruri olan hәr şeyә nail olardılar. Bu zaman yoxsullar yaşayan xarabalıqlar, aclıq, dilәnçilik, sәnaye kölәliyi vә sağlamlığı pozan ağır әmәk dә olmazdı.

Hәzrәt Bәhaullah "Kitab-i-Әqdәs"dә köləliyi qadağan edir, Hәzrәt Әbdül-Bәha isә göstәrir ki, nәinki köləlik, hәmçinin sәnaye köləliyi də Allahın qanununa ziddir. 1912-ci ildә O, Amerikada olarkәn amerika xalqına demişdi:

"1860 vә 1865-ci illәr arasında Siz böyük iş görmü­sünüz – köləliyi lәğv etmisiniz, indi isә daha әhәmiyyәtli iş görmәlisiniz, yәni sәnaye köləliyni də lәğv etmәlisiniz... Mәn görürәm ki, iqtisadi mәsәlәlәrin hәlli kapitalın әmәyә qarşı vә әmәyin kapitala qarşı mübarizәsindә deyildir; çәkişmәlәrdә vә münaqişәlәrdә deyil, hәr iki tәrәfin qarşılıqlı xeyirxah münasibәtindәdir. Yalnız belә olan halda әsl vә әdalәtli hәyat şәraitinә möhkәm tәminat yarana bilәr...Bәhailәr arasında başqasından pul qoparan, öz mәnfә­әtini güdәn, әdalәtsiz adamlar yoxdur, mövcud iqtidara qarşı üsyankar tәlәblәr, yaxud inqilabi çağırışlar yoxdur...Gәlәcәkdә heç kәsin başqasının әmәyi hesabına külli miqdarda sәrvәt toplamasına imkan olmayacaqdır. Adam­lar var-dövlәt toplamağa tәdricәn, tәbii surәtdә, öz arzuları ilә nail olacaqlar. Bu heç zaman müharibә vә qantökmә ilә әldә edilmәyәcәkdir"

 

Hәm әmәyin, hәm dә kapitalın mәnafeyinin qorunma­sının әn yaxşı üsulu tәrәflәrin dostcasına görüşlәri, gәlirlәrin bölünmәsindә onların әmәkdaşlığı, yoldaşlığı vә iştirakıdır. Dәhşәtli silah olan tәtillәr vә lokautlar nәinki sәnayeni, elәcә dә bütün cәmiyyәti sarsıdır. Buna görə dә, hökumәtin vәzifәsi mübahisәlәrin hәllindә belә vәhşi üsulların qarşısını alan vasitәlәr axtarıb tapmaqdan ibarәt olmalıdır. 1912-ci ildә Hәzrәt Әbdül-Bәha Dublindә söylәdiyi çıxışında demişdir:

"İndi mәn sizә Allahın qanunu barәsindә danışmaq istәyirәm. Allahın qanununa görə, muzdla işlәyәn şәxslәrin haqqının ödәnilmәsini yalnız bir әmәk haqqı ilә mәhdud­laşdırmaq olmaz, onlar hәmçinin müәssisәnin hәr bir gәlirindә ortaq olmalıdırlar. İctimailәşdirmә mәsәlәsi olduqca çәtindir. Onu tәtillәrlә hәll etmәk olmaz. Dünya dövlәtlәri yekdilliklә elә tәşkilat yaratmalıdırlar ki, hәm parlamentlәrdәn, hәm dә xalq arasından hörmәtli adamlar buraya üzv ola bilsinlәr. Onlar bütün sәylәri vә dәrrakәlәri ilә elә qanun işlәyib hazırlamalıdırlar ki, bir tәrәfdәn kapitalistlәr zәrәrә vә ziyana mәruz qalmasınlar, digәr tәrәfdәn dә fәhlәlәr gündәlik çörәyә möhtac olmasınlar. Bu qanunu tamamilә qәrәzsiz qәbul etmәk lazımdır. Sonra onlar hamıya elan etmәlidirlәr ki, fәhlәlәrin hüququ vә mәnafelәri qorunmuşdur. Eyni zamanda kapitalistlәrin dә hüquqları toxunulmaz qalır. Hәr iki tәrәfin razılığı ilә belә qanun qәbul edildikdәn sonra әgәr yenә tәtil baş verәrsә, onda bütün dünya höku­mәtlәri kollektiv surәtdә ona qarşı çıxmalıdırlar. Әks tәqdirdә vәziyyәt daha da gәrginlәşәr, xüsusilә Avropada faciәli hadisәlәr baş verә bilәr. Ümumavropa müharibәsini yaradan sәbәblәrdәn biri dә bu mәsәlә olacaqdır. Daşınmaz әmlak sahiblәri, mәdәn­lәrin, fabriklәrin vә zavodların mülkiyyәtçilәri müәs­sisәlәrin gәlirlәrini fәhlәlәrlә bölüşdürmәli vә gәlirlәrdәn onlara mü­әy­yәn pay vermәlidirlәr ki, onlar öz әmәk haqları ilә yanaşı, müәssisәnin ümumi gәlirindәn dә müәyyәn pay ala bilsinlәr vә işә can yandırsınlar".

 

bottom of page