top of page

Daha Yaxşı Cəmiyyət Qurmaqdan Ötrü Təlim Proqramı

fəaliyyətlər vasitəsilə yaşadıqları cəmiyyətə təmənnasız xidmət üçün onlarda qabiliyyət və bacarıqların yetirişdirilməsinə xidmət edir. Bununla da Müqəddəs Yazıların araşdırılması ikili məqsəd daşıyır: birinci məqsəd – fərdlərə ruhani keyfiyyətlərini üzə çıxarmaqda kömək etmək və onlarda cəmiyyətə təmənnasız xidmətdən ötrü qabiliyyət və bacarıqlar yetişdirmək; ikinci məqsəd isə – fərdlərə bu keyfiyyətləri, həmçinin bacarıq və qabiliyyətləri cəmiyyətin rifahı və çiçəklənməsi naminə tətbiq etmək yollarını öyrətməkdir.  

 

Təlim prosesi hazırda səkkiz kursdan (Ruhi kitablardan) ibarətdir. Sonradan onların sayının 18-ə çatdırılması nəzərdə tutulmuşdur. İştirakçılar bu kursları ardıcıl keçdikcə ruhani kamilliklər, bilik və xidmət bacarıqları əldə edir və onlarda cəmiyyətin tərəqqisi və Yeni Sivilizasiyanı qurmaq naminə təmənnasız xidmət etmək qabiliyyətləri  yaranır.

Birinci kitabRuhun Həyatı Haqqında Düşüncələr” adlanır. Silsilədəki ilk kitab böyük nisbətdə şəxsiyyət mövzusu ilə əlaqədardır. "Mən bir xidmət yolunda gedirəm" cümləsindəki "Mən" in gerçək şəxsiyyəti nədir? Kitab bu problemin cavabını axtararkən, şəxsiyyətimizin üç fərqli istiqaməti Bəhai dünyagörüşüylə araşdırılmaqdadır. Bu kursda iştirakçılar insan ruhunun təbiəti, ona bəxş edilmiş keyfiyyətlər haqda biliklər alır, həyatın mənası və məqsədləri üzərində düşünür, dua və onun insan həyatında necə mühüm təsirə malik olması, insan ruhu və onun ölümdən sonrakı həyatı haqda məlumatlar əldə edirlər. Kursun gedişində iştirakçılar aldıqları bilikləri praktikada tətbiq edir, onları başqa insanlarla dua görüşlərini təşkil etməyi öyrənirlər.

 

İkinci kitabXidmətə Qalxmaq.  Silsilənin ikinci kitabı bir xidmət yolunun təbiətini və o yolun necə gedilməsi lazım olduğunu öyrənir.  İştirakçılar cəmiyyətə təmənnasız xidmətin ruhani mahiyyətini daha dərindən araşdırır və aldıqları bilikləri dostları, tanışları, qohumları ilə bölüşmək qabiliyyəti əldə edirlər.

 

Üçüncü kitab 5-10 yaşlı uşaqların ruhani tərbiyəsinə həsr olunmuşdur. Bu kitabı öyrənənlər uşaqlarla sadə məşğələlər (dua etmək, rəsm çəkmək, mahnı oxumaq, hekayə danışmaq, oyunlar) aparmağı öyrənir və onlara ruhani keyfiyyətlərini inkişaf etdirməkdə kömək etməyin yollarını mənimsəyirlər. 

 

Dördüncü kitabda "Qoşa Məzhərlər" iştirakçılar Öz İlahi Təlimləri ilə bəşəriyyətin həyatında yeni eranın əsasını qoymuş iki Allah Elçisinin həyatı ilə tanış olur, böhran və qələbə konsepsiyası və Bu Günün əhəmiyyəti barədə anlayışlar əldə edirlər. Silsilədəki dördüncü kitab yenə "Mən bir xidmət yolunda gedirəm" cümləsindəki "Mən" anlayışına, yəni şəxsiyyət məsələsinə geri dönür. Tarix, fərdlərin yanında cəmiyyətlərin şəxsiyyətlərini böyük ölçüdə formalaşdırmaqdadır. Kitabın ikinci və üçüncü modulları Bəhai Dininin Peyğəmbəri Həzrət Bəhaullahın və Onun Müjdəçisi Həzrət Babın həyatını araşdırır.

 

Beşinci kitab yeniyetmələrin ruhani və intellektual tərbiyəsinə həsr olunmuşdur. Bu kitabda iştirakçılar yeniyetmə dövrünün bəzi xüsusiyyətləri haqqında biliklər əldə edir, yeniyetmələrə ruhani, intellektual və fiziki qabiliyyətlərini inkişaf etdirərək gələcək Yeni Sivilizasiyanın fəal hərəkətverici qüvvəsi olmaqda kömək etməyi, yeniyetmə qrupları yaratmağı və onlarla işləməyi öyrənirlər. Təlim İnstitutu ardıcıllığında bu kitabın xüsusi bir yeri vardır. Bəhai təlimlərinə görə fərd 15 yaşına çatdığında yetkinliyə çatır və beləcə, ruhani və əxlaqi öhdəliklər məcburi hala gəlir. Bu səbəblə 15 yaşından dərhal əvvəlki yaşlar fərqli bir əhəmiyyətə malikdir. Bu illər, uşaqlıq vərdişlərini geridə buraxmağa çalışan yeniyetmələrin ağlında fərdi və kollektiv həyata  dair təməl anlayışların formalaşdığı dövrdür. 12 ilə 15 yaşları arasında olan gənclərin söyləyəcək çox şeyi vardır və hər kim onlara uşaq kimi davranarsa düzgün bir şəxsiyyət meydana gətirmələrinə kömək etmək fürsətini qaçırır. Kitab 5-i meydana gətirən üç modul, təcrübələrin göstərdiyi qədəriylə yeniyetmələrin ruhani gücləndirmə proqramını tətbiq etmək istəyənlərin ehtiyac duyacağı bəzi anlayışlara, bacarıqlara, xüsusiyyətlərə və qabiliyyətlərə diqqət yetirir.

 

Altıncı kitab iştirakçılara İlahi biliklərin insanlara çatdırılmasına və Yeni Sivilizasiyanın qurulmasına ruhani proses kimi baxmağa kömək edir. İştirakçılar başqalarının da Yeni Sivilizasiyanın qurulmasında onlara qoşulmağa və cəmiyyətin dəyişdirilməsi prosesində iştiraka dəvət etməyin metodlarını mənimsəyirlər.

 

Yeddinci kitab iştirakçılara bu kursların Ruhi kitablarının aparıcısı kimi hansı keyfiyyət və qabiliyyətlərə malik olmaq haqqında məlumat verir, başqalarını cəmiyyətə xidmətdə necə müşayət etməyi və onlarla birlikdə addımlamağı öyrədir. Cəmiyyətə yönəlik bir xidmət yolunda fərdlərin bir-birlərinə yoldaşlıq etmələri, kurslarla hərəkətə keçirilən qabiliyyət yaratma prosesinin mərkəzində dayanır. Kitabın ilk modulu olan "Ruhani Yol", bir xidmət yolunda irəliləmənin ruhani dinamikasına dair maarifləndirmə yaradır və bu proseslərdə işləyən güclərə dair anlayışı artırır.

 

Səkkizinci kitab kurslar ardıcıllığının son kitabıdır. İştirakçılar bu kursda Yeni Sivilizasiyanın qurulmasının tarixi mərhələləri, böhran və qələbələrin tarixi ardıcıllığı ilə tanış olurlar.

 

Təlim prosesi təcrübəli aparıcıların iştirakı ilə 3-10 nəfərlik qruplarda kollektiv araşdırma-öyrənmə formasında həyata keçirilir. İştirakçılar bir yerə toplanır, materialı öyrənir və sitatlar üzərində birlikdə düşünürlər. Burada təlim mühazirəçi-dinləyici prinsipi ilə aparılmır. Öyrənmə prosesində həm aparıcı, həm iştirakçı öyrənir. Aparıcı sadəcə bu prosesi yönəldir və iştirakçıları xidmətlərində müşayiət edir.

 

Dinindən, etnik mənsubiyyətindən, ixtisasından və yaşından asılı olmayaraq cəmiyyətin rifahı və Yeni Sivilizasiyanın qurulması naminə xidmət etmək və öz ruhani keyfiyyətlərini kamilləşdirmək istəyən hər bir kəs bu təlimlərin iştirakçısı ola bilər.

 

Əgər siz bu kurslarda iştirak etmək istəyirsinizsə, ümumilikdə buna 300 saat vaxt ayırmalısınız. Bu kursları keçməyin bir neçə yolu var – bir aydan bir ilədək. Sizin necə keçməyinizə məhz özünüz qərar verə bilərsiniz. Ən effektli üsul intensiv kurslardır. Bu zaman məşğələlər gündəlik 7-8 saat olmaqla hər gün keçirilir. Bu halda birinci kursu üç gün ərzində tamamlamaq olar və bütün kurslar ardıcıllığını keçmək üçün bir ay və ya ay yarım lazım olar. Digər üsul həftədə 20 saatdır – iş günlərində günaşırı 2 saatlıq görüşmək və həftə sonları isə bütün günü 7-8 saat olmaqla həsr etmək. Bütün kursları üç ay yarım-dörd aya bitirmək olar. Kursları həmçinin, həftədə altı və ya on saat məşğul olmaqla bir il və ya səkkiz ay ərzində bitirmək mümkündür.

bottom of page