Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

“Tələblər nədir? İnsanlığa sevgi, hamıya səmimiyyət, bəşərin birliyi üzərində düşünmək, xeyirxahlıq, Allaha məhəbbət atəşi ilə yanmaq, Allahı tanımaq və insan rifahına kömək edən şeylərə nail olmaq.”   -Həzrət Əbdül-Bəha

 

Dünya Birliyində Fəal Əməkdaş

Fərd  və Cəmiyyət

Bəhai təliminə görə, insanın qəlbi yaşadığı cəmiyyətlə vəhdət təşkil edir. Bu baxımdan insan qəlbinin təmizlənməsi və xasiyyətinin cilalanması cəmiyyətin mənəvi tərəqqisinə, ruhani transformasiyasına paralel olaraq getməlidir. Bu ikili tərəqqi dünya miqyasında kamil insanların sevgi, şəfqət, qardaşlıq, birlik mühitindən yaşadığı daha yaxşı bir cəmiyyətin – Yeni Sivilizasiyanın qurulmasına gətirib çıxaracaqdır. Həzrət Şövqi Əfəndi yazır: “Biz insanın ürəyini bizi əhatə edən mühitdən ayırıb deyə bilmərik ki, əgər bunlardan biri islah olundusa, hər şey yaxşılaşacaq. İnsan dünya ilə üzvi şəkildə bağlıdır. Onun daxili həyatı.......            davamı

 

Xidmət Yolunda Addımlayarkən

Həzrət Bəhaullah yazır: “Qoy hər səhər axşamdan daha yaxşı, hər sabah dünəndən daha zəngin olsun”.  Bəhai təlimləri, hər fərdin öz ruhani inkişafına məsul olduğunu vurğulayır. Təsisatlar icmanın enerjisinı azad etmək və istiqamətləndirmək üçün mövcud olsa da, bəhai icma həyatı səmimi məşvərət və qarşılıqlı təşviq mühiti ilə səciyyələnir, ruhani inkişaf üçün məsuliyyət son nəticədə hər bir fərdin öz üzərinə düşür. Həm fərdi, həm də kollektiv şəkildə dinamik ruhani bir yolla getmək - fəaliyyət və məşvərətlərində bəhailərin daim araşdırdıqları bir mövzudur. Müəyyən cəhətlər aydındır: fərdin sadəcə özü üzərində fokuslanması....                             davamı

 

İlahi Kəlamların Birgə Öyrənilməsi

İkili məqsəd - həm fərdin ruhani inkişafına, həm də daha yaxşı bir cəmiyyət – Yeni Sivilizasiyanı qurmağa kömək etməkdən ötrü bir vasitəyə ehtiyac var idi. Bu məqsədlə Ümumdünya Ədalət Evi 1995-cı ildə Bəhai Birliyinə dərnəklər şəkilində keçirilən xüsusi təlim proqramını təqdim etdi.  Azərbaycanda və dünyanın hər yerində tətbiq edilən bu proqramın məqsədi fərdlərin ruhani tranformasiyasına, Bəhai təlimlərinə dair anlayışlarını dərinləşdirmələrinə və daha yaxşı bir cəmiyyət qurmaq səylərində lazım olacaq ruhani anlayış və bacarıqları qazanmalarına köməkçi olmaqdır.....                                                                      davamı

 

Daha Yaxşı Cəmiyyət Qurmaqdan Ötrü Təlim Proqramı

Həzrət Bəhaullahın Müqəddəs Yazıları fərdin, cəmiyyətin və bütövlükdə Bəşəriyyətin ruhani kamilləşməsinə və maddi tərəqqisinə gətirib çıxaracaq gücə malikdir. Ruhani kamilləşmə fərdin yalnız özünə yönəlmiş təcrid olunmuş proses deyildir. Müqəddəs Yazılar vasitəsilə fərddə ədalət, mərhəmət, şəfqət, səxavət, fədakarlıq, ismət, cəmiyyətə təmənnasız xidmət və Bəşəriyyətə məhəbbət kimi ruhani keyfiyyətlərin üzə çıxması maddi və ruhani baxımdan inkişaf etmiş yeni qlobal Silizasiyanın yaranmasına gətirib çıxaracaq. Bəhai təlim proqramında Müqəddəs yazıların araşdırılması fərdlərin ruhani kamilləşməsinə və sosial......                 davamı