top of page

“Baxmayaraq ki, sizin gerçəkliyiniz geniş şərait müxtəlifliyi ilə formalaşır, lakin sizin həyatınızın bu mərhələsi üçün səciyyəvi olan konstruktiv dəyişiklik etmək arzunuz və mənalı xidmət üçün qabiliyyət - hər ikisi - nə hansısa bir irq və ya milliyyətlə məhdudlaşır, nə də maddi vəsaitlərdən asılıdır. Sizin payınız olan bu parlaq gənclik dövrünü hamı yaşayır – lakin bu qısadır və bir sıra sosial güclər tərəfindən döyəclənir. Ona görə də, çalışıb, Həzrət Əbdül-Bəhanın sözlərinə görə, “həyatın meyvəsini dərmiş” insanların arasında olmaq necə də vacibdir.”       -Ümumdünya Ədalət Evi

 

 Yeniyetmələrin Həyatına Diqqətcil

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4

Yeniyetmələrlə Yoldaşlıq

Erkən gənclik dövrünü yaşayanlar üçün xüsusi olaraq yaradılmış olan yeni gənclik proqramı, bu yaş qrupuna "kəskin bir ədalət duyğusu, kainatı öyrənmə mövzusunda istəklilik və daha yaxşı bir dünyanın qurulmasına iştirak etmə arzusuna sahib gənclər" olaraq baxan ekspertlər, dünyanın hər yerindən gələn təcrübələr işığında inkişaf etdirilməyə davam edən beynəlxalq bir proqramdır.

 

Sizə ən yaxın yeni gənclik işləri haqqında ətraflı məlumat və iştirak tələbləri üçün bizə müraciət edə bilərsiniz.

 

Yeniyetmə Dövrünün Əhəmiyyəti

Yeniyetməlik dövrü hər bir insanın həyatında xüsusi bir yaş dövrüdür. İnsan bu yaşda artıq uşaq deyil, eyni zamanda böyük də deyil. Bu dövrdə fərdlər sürətli fiziki, zehni və romantik dəyişikliklər keçirirlər. Bu qısa və böhranlı dövr ərzində yeniyetmələr öz həyatları və cəmiyyət haqqında düşünməyə başlayır, həmçinin həyatlarının sonrakı mərhələlərini formalaş-dıracaq bəzi fikirlər, vərdişlər və davranış modelləri əldə edərlər. Bu bir neçə il çox mühümdür, çünki insan bu dövrdə böyük olmağa hazırlaşır. Gələcəkdə onun həyatını müəyyən edəcək əsas dəyərlər və mühüm keyfiyyətlər məhz bu dövrdə formalaşır. Ona görə  də bu yaş dövrü əldən buraxılmamalıdır. Yeniyetməyə  kömək edilməlidir ki, özündə zəruri prinsiplər və vərdişlər formalaşdıraraq həyatının yetkinlik, yəni gənclik dövrünə hazır olsun.                                 davamı

 

Müasir Cəmiyyət və Yeniyetmələr

İnsanın ruhunda gizli olan qabiliyyətlərin inkişaf etdirilməsi və onun cəmiyyətin rifahı  naminə çalışması bir-birindən ayrılmazdır. İnsan İlahi keyfiyyətləri – insanlığa məhəbbət, şəfqət, mərhəmət, fədakarlıq, doğruçuluq, ismət və ədalət hissini üzə çıxartdıqca, onun cəmiyyətin mənəvi və maddi rifahi naminə fədakarcasına çalışması həyatının mənasına çevrilir. Gənclərin, həm öz fərdi inkişaflarının məsuliyyətini üzərlərinə götürmələri, həm də daha yaxşı cəmiyyətin qurulmasında iştirak etmək arzuları yeniyetməlik dövründə formalaşdırılan qabiliyyətlərdir. Bəşəriyyətin rifahı naminə çalışan yüksək mənəvi və intellektual qabiliyyətlərə malik gəncliyin yetişdirilməsi ailələrin və bütövlükdə cəmiyyətin məsuliyyətidir....                                        davamı

Yeniyetmələrin Ruhani və Intellektual

Gücləndirilməsi Proqramı

Yeniyetmələr üçün bizim təklif etdiyimiz proqram üç il davam edən “Yeniyetmələrin Ruhani Gücləndirilməsi Proqramı” adlanır. O, 11-15 yaş qrupu üçün xüsusi olaraq yaradılmışdır və   "kəskin bir ədalət duyğusu, kainatı öyrənmək istəyi və daha yaxşı bir dünyanın qurulmasına iştirak etmə arzusunda olan gənclər" in formalaşdırılmasına xidmət edən beynəlxalq bir proqramdır. Proqramda əsl məqsəd, yeniyetmələrin intelektual və ruhani güclərini ortaya çıxarmaq və onları yaşadıqları cəmiyyətə və insanlığa xidmətə istiqamətləndirməkdir. İntellektual güclənmə - gənclərin ətraflarındakı dünyanı dərindən dərk etməyə, cəmiyyəti formalaşdıran gücləri tanımalarına, ifadə güclərini artırmalarına....                                         davamı

Yeniyetmə Proqramın Məqsədi

Proqramda əsl məqsəd, şən və yoldaş canlısı bir qrup mühitində yeni gənclərin zehni və ruhani güclərini ortaya çıxarmağa və onları insanlığa xidmətə istiqamətləndirməkdir. Bunlardan ilki olan zehni güclənmə; yeni gənclərin ətraflarındakı dünyanı dəqiq bir şəkildə anlamalarına, cəmiyyəti formalaşdıran gücləri tanımalarına, ifadə güclərini artırmalarına kömək edər. Ruhani güclənmə isə həyata və cəmiyyətə dair ümid dolu bir baxışa sahib olmalarına, cəmiyyətə təvazökar şəkildə xidmət etmələrinə, rəqabət yerinə həmrəylik və əməkdaşlığı seçmələrinə kömək etməkdir.                                                                                                                                     davamı      

Proqramın İşləməsi və İştirak

Hər kəsə açıq olan proqram, bütün dünyada özünü düşünmədən cəmiyyətlərinə xidmət etməyə çalışan fərdlərlə könüllü olaraq həyata keçirilir. Hər qrupda, o qrupun gənclərinə bir dost vəzifəsi görəcək və onları, öz imkanlarını inkişaf yolunda rəhbərlik edəcək yaşca daha böyük fərdlərə ehtiyac vardır. Bu mövqedə vəzifə alan fərdlər, yeni gənclik qruplarının animatorlarıdır. Onların varlığı, yeni gənclərin, özlərini əhatə edən və parçalanmaqdan olan bir cəmiyyətin mənfi təsirlərinə qarşı qoruna bilmələrinin yanında cəmiyyətin yaxşılaşmasına da iştirak etmə ümid və inanclarının canlı qalmasını asanlaşdırır.

 

Həzrət Əbdül-Bəha yeniyetməlik dövrünün vacibliyi haqqında buyurur: “İnsan həyatının bahar çağı var və bu dövrə heyrətamiz gözəllik bəxş edilmişdir. Yeniyetməlik dövrünə güc və enerji xasdır və bu insanın həyatında ən yaxşı dövrdür. Ona görə də siz gecə və gündüz elə çalışmalısınız ki, pak niyyətlə və Onun səmavi qüdrəti, ilahi mərhəməti və köməyi ilə insan aləminin bəzəyi olasınız...”

 

Biz etiraf etməliyik ki, ətraf mühitin yeniyetmələrə mənfi təsiri böyükdür və onları gələcəkdə gözləyən təhlükələr də realdır. Yeniyetmələr üçün bizim təklif etdiyimiz proqram üç il davam edən “Yeniyetmələrin Ruhani və İnellektual Gücləndirilməsi Proqramı” adlanır. Bu proqramın hər bir ili vacibdir, çünki proqram yeniyetmə dövrünün hər ili üçün onların tələbatını nəzərə almaqla hazırlanmışdır. Proqramda yeniyetmələrın kitablar keçməsi nəzərdə tutulur. Bu kitablar 11-15 yaşarası dövrü nəzərə almaqla hazırlanmışdır və ümumi sayı 18-dir.

 

Qrup həftədə bir dəfə görüşür.

 

 

bottom of page