top of page

Din və Elm

 

"Elm, Allahın insana bəxşişidir. Yaradılan hər şey maddi mükəmməlliyin potensialını içsə də zehni qabiliyyət və elmi araşdırma gücü yalnız insana xas daha yüksək bir xüsusiyyətdir. Digər varlıqlar və orqanizmlər bu gizli güçdən və bacarıqdan məhrumdur. "

 

Həzrət Əbdül-Bəha elmi "hər şeyin kəşfiyyatçısı" olaraq təyin etmişdir. Elm sayəsində cəmiyyət, həqiqəti təxəyyüldən ayırmışdır. Bundan əlavə, elmi metodların - müşahidə, ölçmə, eksperiment köməyi ilə fiziki dünyanı idarə edən qanunlar  kəşf olunmuş, eyni zamanda insan davranışını və cəmiyyət həyatını dəyişəcək biliklərin qazanılmasına köməkçi olmuşdur.

Elm və din birlikdə fərdlərin və cəmiyyətlərin təkamül etməsi üçün  prinsipləri ortaya qoyur. İnsan cəmiyyətində maddi və ruhani tərəflərə eyni dərəcədə əhəmiyyət verildikdə, həm elmi, həm ruhani təhsilə lazım olan diqqət yetirildikdə cəmiyətdə sabitlik, vəhdət, tərəqqi və firavanlıq onun əsas göstəricisinə çevrilir. Bu iki məlumat qaynağı fərdlərin və cəmiyyətlərin həm də cəhalət və passivlik tələlərinə düşməmələri üçün lazımlıdır. Mədəniyyətin irəliləməsi üçün elm və dinin hər ikisi həyatı əhəmiyyətlidir.

 

 

bottom of page