top of page

İman və Ağıl

 

İman və ağıl birlikdə, fərdlərin və bütün insanlığın içində gizli olan güclərin, imkanların kəşf edilməsini mümkün edir və insanların bu potensialı reallaşdırılmasına imkan verir.İnam və ağıl arasında ziddiyyət olduğu, ürək ilə ağılın davamlı qarşıdurma halında olduqları tez-tez iddia edilir. Həqiqətdə, inam və ağıl insanın bir-birini tamamlayan vasitələridir, onlar birlikdə həqiqətin başa düşülməsini mümkün edir. İkisi də cəmiyyətin həqiqəti dərk etməyə imkanını təmin edən vasitələrdir. Həzrət Əbdül-Bəha belə yazır: 

"Əgər din, ağla və elmə qarşıdırsa, inanc qeyri-mümkündür; İlahi dinə inanc və güvən ürəkdə yoxdursa, heç bir ruhani müvəffəqiyyət əldə edilə bilməz."

 

İman sahibi olmaq, yalnız həqiqəti "bilmək" deyil. Gerçək inam, hərəkətdə ifadə tapan şüurlu məlumatdır. Həzrət Bəhaullah bunu ifadə edir: "İmanın əsası sözdə azalıb işdə çoxalmaqdır."  Oxşar mövzuda Həzrət Əbdül-Bəha deyir: "Əvvəl 'bilmək' sonra 'etmək'.

 

Əgər bir həqiqəti biliriksə, bu dünyaya aid şeylərdən qoparaq ona uyğun olaraq hərəkət etməkdə borcluyuq. Həzrət Bəhaullah buyurur:

 

"İman yolunda gedənlər... bütün dünya bağlarından təmizlənməlidirlər; yəni, qulaqlarını başqaların sözlərindən, könüllərini gerçəyə pərdə çəkən boş fikirlərdən, ruhlarını aldadıcı maddi sərvətlərdən və gözlərini fani olana baxmaqdan uzaq tutmalıdırlar. Onlar, Allaha təvəkkül edib, Ona yapışaraq, Onun yolu ilə getməlidirlər."

Həzrət Əbdül-Bəha saysız mətnlərində ağılı insanı bütün digər növlərdən fərqləndirdiyi ifadə edərək, bu qabiliyyətin əhəmiyyətini vurğulamışdır: 

"İnsana bağışlanmış ən böyük qabiliyyət ağıl və hikmətdir..İnsan ağla zidd olduğunu bildiyi şeyə necə inana bilər? Ağılın rədd etdiyini ürək qəbul edə bilər mi?"

Bununla belə əgər bir insan ağlına baxmayaraq, belə bir şeyə inanırsa "bu, iman deyil cahilcə batil inancdır"

.

bottom of page