top of page

Müqəddəs Torpaqlara Ziyarət

Fiziki səfər ruhani səfərin xarici ifadəsi olduğundan bəhai zəvvarlar üçün ziyarət təcrübəsi dərin məna kəsb edir. Həzrət Əbdül-Bəha yazır:

 "Ziyarət son dərəcə təvazökarlıqla və fədakarlıq ruhu ilə həyata keçirilməlidir. Əks təqdirdə o gerçək Ziyarət deyil, bir növ Gəzinti olardı" .

Müqəddəs Torpaqda qaldıqları müddətdə bəhailər Məqamlarda və onların ətrafındakı gözəl bağçalarda dua və meditasiya ilə məşğul olur, Həzrət Bəhaullahın, Həzrət Əbdül-Bəhanın və Həzrət Şövqi Əfəndinin həyatları ilə bağlı tarixi yerlərə ziyarətlər edir, Bəhai dininin dünya səviyyəsində Ali ruhani və inzibati orqanının üzvləri  ilə görüşlərdən ilham alırlar. Həzrət Əbdül-Bəha yazır:

"Müqəddəs Yerlər qətiliklə Ulu Mərhəmətin axdığı mərkəzlərdir, çünki şəhidlərin və mübarək ruhların işıqlandırdığı yerlərə girib, fiziki və ruhani ehtiram göstərildiyi zaman, insan ürəyi şəfqətlə hərəkətə gəlir."

 

Ziyarət, müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan bəhailərə ruhani dostluğun qiymətli anlarını birlikdə keçirməyin bənzərsiz fürsətini təqdim edir. Öz ölkələrinə Müqəddəs Torpaqdan ilham və yeni baxış apardıqları üçün zəvvarlar Bəhai Dünya Mərkəzinin "həyat qanı" olaraq təyin olunmuşlar. Müqəddəs Torpaqdan evlərinə döndükləri zaman zəvvarlar özlərini təkrar canlanmış, yaşadıqları cəmiyyətə və bütövlükdə Bəşəriyyətə xidmət arzularının şiddətləndiyini hiss edirlər. Onlar qəlblərinə dolmuş bu xoşbəxtliyi ailələri və dostları ilə paylaşmağa tələsirlər.

bottom of page