top of page

Həzrət Bəhaullahın Zamanında Azərbaycan Bəhailəri

Həzrət Bəhaullah və Azərbaycan

Tarixi sənədlərə görə, Azərbaycanda on minlərlə insan yeni peyğəmbərin Zühurunu qəbul etmişdir və bu qəribə yenilik və yeni baxış Rus hökumətini qorxutdu. Bu hadisə Naxçıvanda, Ordubadda və Nehrəm kəndində başlamışdı. Bu səbəbə görə Rus hökuməti böyük bir ordunu Naxçıvana göndərdi və bütün Yeni Zühuru qəbul edən azərbaycanlıları həbs və sürgün etdi. Həmin azərbaycanlılar Yeni Zühur barədə mücdəni yaxın ölkələrə apardılar və Həzrət Bəhaullahın həyatında Yeni Zühurun ardıcıllarının icmaları Azərbaycandan əlavə 12 ölkədə də yarandı. Həzrət Bəhaullahın Azərbaycana xüsusi diqqəti vardı və Azərbaycandan gələn xəbərləri də xüsusi maraqla dinləyir və fikir bildirirdi. O, Müqəddəs Yazılarında Azərbaycana bir neçə Lövh həsr etmişdir. Hətta yeni dövrün və tamamilə yeni bir dinin başlandığını elan etmək vəzifəsini azərbaycanlı qadına, Tahirə Qürrətüleynə həvalə etmişdi. 

 

Bu Lövhlər Bəhai Dünya Mərkəzinin Arxivində qorunmaqdadır. Ondan sonra Azərbaycan Bəhai Dininin o zamanlar ən irəlidə gedən mərkəzlərindən biri idi və bütün İran ziyarətçiləri Azərbaycan vasitəsilə icazə alıb ziyarətə gedirdilər. Həzrət Əbdül-Bəha Azərbaycan Bəhailəri ilə yaxın münasibət yaratmiş və hətta onlara xeyli Türkcə və Azərbaycanca Löhvlər yazmışdı. Bu Lövhlərin bir neçəsi aşağıda nümunə kimi verilir. İnsan bu İlahi Müqqədəs Lövhləri oxuyanda anlayır ki, Qafqaz və Azərbaycan Allahın nəzərində necə bir səmavi məqama malikdir.

bottom of page