Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Ümumdünya Ədalət Evi

 

Ümumdünya Ədalət Evi bu gün Bəhai Dininin Beynəlxalq İdarəedici orqanı və Həzrət Bəhaullahın Əhdinin Mərkəzidir. Həzrət Bəhaullah bu təsisatın yaradılmasını Özünün qanunlar Kitabında, Kitab`i-Əqdəsdə hökm etmişdir.

 

Ümumdünya Ədalət Evi doqquz nəfər üzvdən ibarət bir qurum olub, hər beş ildən bir bütün Milli Bəhai Məhfilləri tərəfindən seçilir. Həzrət Bəhaullah bəşəriyyətin rifahına, təlim-tərbiyənin yayılmasına, sülhə və qlobal firavanlığa, insanın şərəfinin və dinin mövqeyinin qorunmasına təsir göstərmək üçün ona ilahi hakimiyyət əta etmişdir. O, Bəhai təlimlərini daim təkmilləşməkdə olan cəmiyyətin tələblərinə tətbiq etməyə məsuldur və beləliklə, Dinin müqəddəs mətnlərində aydın-aşkar göstərilməmiş məsələlər üzrə qanun vermək səlahiyyətinə malikdir.

 

1963-cü ildə, birinci dəfə seçilməsindən bəri Ümumdünya Ədalət Evi dünya Bəhai icmasını firavan bir qlobal sivilizasiyanın qurulmasında iştirak etmək üçün qabiliyyətini inkişaf etdirməyə istiqamətləndirmişdir. Ümumdünya Ədalət Evinin verdiyi ilahi rəhbərlik, Həzrət Bəhaullahın dünya sülhü barədə baxışını gerçəkliyə çevirməyi öyrəndikcə Bəhai icmasında fikir və hərəkət birliyini təmin edir.

 

“Hər günün öz yeni müşkülü, hər müşkülün öz uyğun həlli olduğu üçün, belə işlər Ədalət Evinin Əminlərinə həvalə edilməlidir ki, onlar zamanın ehtiyacına və tələbinə görə hərəkət etsinlər.”                                                                                                     --Həzrət Bəhaullah