top of page

Həzrət Əbdül-Bəha, Kamil Nümunə

 

XX əsrin ilk illərində Həzrət Bəhaullahın böyük oğlu Əbdül-Bəha, Bəhai Dininin nümunəvi Təmsilçisi, sosial ədalətin müdafiəçisi və beynəlxalq sülhün səfiri kimi məşhur idi.

 

Həzrət Bəhaullah təlimlərinin təməl prinsipi olan birliyi saxlamaq və Baniləri vəfat etdikdən sonra təriqətlərə parçalanan dinlərin yaşadıqları taleni heç vaxt yaşamaması üçün Öz dinində zəruri təminatı yaratdı. Yazılarında O, hamıya təkcə Bəhai Yazılarının səlahiyyətli Şərhçisi kimi deyil, həm də Dinin ruhu və təlimlərinin kamil Nümunəsi olan böyük Oğlu həzrət Əbdül-Bəhaya üz tutmalarını göstəriş verdi.

 

Həzrət Bəhaullahın süudundan sonra, Həzrət Əbdül-Bəhanın xasiyyətinin qeyri-adi keyfiyyətləri, Onun biliyi və bəşəriyyətə xidməti Həzrət Bəhaullahın təlimlərini əməldə canlı nümayiş etdirdi və bütün dünyada sürətlə yayılan dinə böyük nüfuz gətirdi.

Həzrət Əbdül-Bəha Öz xidmət dövrünü Atasının Dininin inkişafına, sülh və birlik ideallarının irəlilədilməsinə həsr etdi. O, yerli Bəhai təsisatlarının qurulmasını təşviq etdi, yaranmaqda olan təhsil, sosial və iqtisadi təşəbbüsləri yönəltdi. Bir ömür sürən məhbusluqdan azad olduqdan sonra Həzrət Əbdül-Bəha silsilə səfərlərə başladı və Misirə, Avropaya və Şimali Amerikaya getdi. Bütün həyatı boyu o parlaq sadəliklə yüksək və aşağı mənsəb sahiblərinə cəmiyyətin ruhani və sosial cəhətdən yenilənməsi barədə Həzrət Bəhaullahın hökmlərini nümayiş etdirdi.

 

Onunla ünsiyyət edən hər kəs, Onun simasında son dərəcə bilikli, ovsunlayıcı nitqə malik, ürəkləri və ağılları cəzb edən, Özünü bəşəriyyətin birliyi inancına həsr edən bir Şəxsi görürdü…

-Əl-Müəyyəd qəzeti, Misir,

16 oktyabr, 1910-cu il

bottom of page