Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Həzrət Bəhaullahın Qələmi

Həzrət Bəhaullahın Qələmi

Həzrət Bəhaullahın Qələmi

Həzrət Bəhaullahın Yazılarından Seçmələr

 

Yəhudilərə Tövrat, xristianlara İncil, müsəlmanlara Quran nazil olduğu kimi, Həzrət Bəhaullahın da Yazıları bütövlükdə Onun ardıcılları üçün Allahdan nazil olan Vəhy kimi qəbul edilir. Onlar Bəhai Dininin təməlini təşkil edir.

 

Uzun illər ərzində sürgündə olarkən, Həzrət Bəhaullah İlahi Vəhy almışdır ki, bu da 100 cilddən çoxdur. Onlar sosial və etik təlimlərdən, dualar, qanun və hökmlərdən, mistik yazılardan və dövrünün ən qüdrətli hökmdarlarına Onun cəsarətli bəyanlarından ibarətdir.

 

....qoy onların parlaq, əmin-amanlıq gətirən, məhəbbət yaradan sözləri

və dərsləri sizin ürəyinizdə kök atsın.             --Rumıniya Kraliçası Maria

 

Həzrət Bəhaullahın Yazılarında çox geniş üslub (stil) diapazonu vardır. O həm ərəb, həm də fars dillərində yazmış, hər iki dildə fövqəladə ustalıq nümayiş etdirmişdir. Bəzi əsərlər çox yüksək və gözəl nəsrlə, Allahın səsi ilə danışır. Digərləri isə əxlaq və etika üzrə birbaşa müddəalardan ibarətdir. Onlar məzmunca mistik və poetik, formaca kitab və fərdlərə ünvanlanmış “Lövh” adlı məktublar arasında variasiya edir.

 

Aşağıda Həzrət Bəhaullahın ən çox sevilən ayələrindən parçalar olmaqla kiçik seçmələr verilir ki, Həzrət Bəhaullah burada Allahın İradəsi ilə təkamüli proses arasındakı münasibətləri aydınlaşdırır, o proses ki, onun vasitəsilə insanın mahiyyətində gizli olan ruhani və əxlaqi qabiliyyətlər öz ifadəsini tapır:

 

Bəsirətli və işıqlı ürək sahiblərinə bəllidir ki, Görünməz Cövhər və İlahi Mahiyyət cismani mövcudluq, yüksəlmək və enmək, girmək və çıxmaq kimi xüsusiyyətlərdən son dərəcə ucadır. Bu Onun şərəfindən çox uzaq olardı ki, insan dili Onu layiqincə vəsf etsin, və ya insan ürəyi Onun sonsuz sirrini dərk etsin. 

 

Əzəli Mahiyyəti dərk etmək qapısı məxluqatın üzünə beləcə bağlandığı üçün O sonsuz fəzl Mənbəyi ... nurani Müqəddəslik Cövhərlərini ruh aləmlərindən şərəfli insan vücudlarında adamlar arasında zühur etdirdi ki, onlar O dəyişməz Varlığın sirlərini bildirsinlər və Onun fani olmayan Mahiyyətinin lətifliyindən danışsınlar.

 

Bu Müqəddəs Aynalar... onların hamısı və hər biri, kainatın Günəşi, onun Mahiyyəti və son Məqsədi olan Kəsin yer üzündə Təcəssümüdürlər. Onların biliyi və qüdrəti Onun biliyindən və qüdrətindən gəlir; Onların hökmranlığı Onun hökmranlığından əxz olunur.

 

Bu İnqita Cövhərləri və işıqlı Mahiyyətlər Allahın hər şeyi əhatə edən əbədi mərhəmətinin vasitəçiləridirlər. Onlar qüsursuz hidayət işığı ilə yönəldilərək və ən ali hökmranlığa malik olmaqla sözlərinin ilhamlarının, qüsursuz İlahi feyzlərinin və Vəhylərinin qüdsiyyət yellərinin köməyilə müştaqların könüllərindən və huşiyar ruhlardan mülk aləminin qayğı və məhdudiyyətlərinin tozlarını və pasını təmizləmək vəzifəsi ilə göndərilirlər.

 

Bu Allahın dəyişməz dinidir, keçmişdə əzəli, gələcəkdə əbədi.

 

Həqiqətən, bu Gün elə bir gündür ki, bəşər Vəd Olunmuşun Camalını görə və Səsini eşidə bilər.

 

Mən Hikmət Günəşi və Bilik Dəryasıyam. Mən zəifi ruhlandırır, ölünü dirildirəm. Mən yol aydınladan İşığam. Mən Qüdrət Sahibinin qolunda sultan şahiniyəm. Mən qanadı sınmış hər bir quşun qanadını açır və onu uçmağa qabil edirəm.

 

Mən də başqaları kimi bir insan idim, öz yatağımda yatmışdın, lakin qəflətən, bax, Cəlal Sahibinin nəsimi Mənim üzərimə əsdi və bütün olmuşların biliyini Mənə öyrətdi. Bu Məndən deyil, Qüdrət Sahibi və Alim olan Kəsdəndir. O Mənə yerlə göy arasında səsimi ucaltmağı əmr etdi, bunun üçün isə Mənim başıma elə şeylər gəldi ki, bütün ariflərin göz yaşları tökməsinə səbəb oldu.

 

Hər şeyi bilən Həkimin əli dünyanın nəbzi üzərindədir. O, dərdi görür və qüsursuz hikməti ilə dərman verir. Hər günün öz müşkülü var, hər başın öz sevdası. Bugünkü dərdin bir dərmanı var, sabahkının başqa bir dərmanı. Yaşadığınız günün dərdlərinə baxın və onun ehtiyac və tələblərindən danışın.

 

Bu Gün Allahın ən gözəl nemətlərinin insanların üzərinə yağdığı Gündür, o Gün ki, Onun ən böyük fəziləti bütün yaranmış şeylərə nüfuz etmişdir. Dünyanın bütün xalqları aralarındakı ixtilafı aradan götürməli və tam birlik və sülh içində Onun inayət ağacının kölgəsinə toplaşmalıdırlar.

 

Allah bütün dünyanın sağalması üçün ən təsirli dərman və ən güclü vasitə kimi bütün dünya xalqlarının bir ümumi Əmrdə, Vahid bir Dində birləşməsini hökm etmişdir.

 

Bütün dinlərin ardıcılları ilə dostluq və yoldaşlıq ruhunda ünsiyyət edin.

 

Hamınız bir ağacın meyvəsi və bir budağın yarpağısınız. Hədsiz məhəbbət, birlik, səmimiyyət və mehribanlıqla davranın. And olsun Həqiqət Günəşinə, birliyin nuru o qədər güclüdür ki, bütün aləmi işıqlandırıb nura boyayar.

 

Dünya bir vətəndir, yer üzündə olan insanlar isə onun vətəndaşları.

 

Allahın bəndələr üçün yazdığı birinci vəzifə — Onun Vəhyinin Məşriqini və Əmrinin Şəfəqini tanımaqdır ki, bu Kəs əmr və xilqət aləmlərində İlahiliyin Təmsilçisidir.

 

Sənə ilk nəsihətim budur: pak, lütfkar və nurlu bir ürəyə malik ol ki, əzəli, əbədi və qədim bir səltənətə sahib olasan.

 

İnsana qiymətli gövhərlərlə zəngin bir mədən kimi bax. Ancaq təlim-tərbiyə nəticəsində ondakı xəzinə üzə çıxar və bəşəriyyət ondan fayda götürər.

 

Yalnız arayıcının qəlbində axtarış, ciddi araşdırma, güclü istək, zövq, şövq, eşq, heyranlıq və sevgi çırağı yanan zaman məhəbbət nəsimi Əhədiyyət yönündən onun tərəfinə əsər, elə o zaman şəkk və şübhə dağılar, elm və yəqinlik işığı onun bütün varlığını bürüyər.

 

Sərvətin olanda səxavətli ol, olmayanda isə şükr elə. Başqalarına münasibətdə etibarlı ol, qoy alnın açıq, üzün ağ olsun. Kasıblar üçün xəzinə, varlılar üçün nəsihətçi ol. Köməyə çağırana cavab ver və öz vədinə sadiq ol. Mühakiməndə insaflı, nitqində ehtiyatlı ol. Heç kəslə ədalətsiz davranma, hamıya qarşı təvazökar ol. Zülmətdə çıraq ol, qəmginlərə sevinc gətir, susuzlara dəniz ol, sənə pənah gətirənlərə havadarlıq et, məzlumlara kömək göstər, onların əlindən tut və arxa ol. Əməllərində bütöv və dürüst ol. Qəriblərə vətən, xəstələrə şəfa, sığınacaq istəyənlərə qala ol. Korlara göz ol, azanlara yol göstər. Həqiqətin üzünə gözəllik, etibarın vücuduna bəzək, əxlaqın evinə dirək, aləmin bədəninə nəfəs, ədalət qoşunlarına bayraq və yaxşılıq üfüqünə nur ol. İnsan ürəyinin torpağına düşən şeh, elm dənizində üzən gəmi ol. Səxavət səmasının ulduzu, hikmətin başının tacı, nəsillərin alnının işığı, itaətkarlıq ağacının meyvəsi ol.