top of page
Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6

Sönməz

Allahın mərifət mənbəsindən əgər bir qurtum içki olsanız, gerçək həyatın cisim həyatı olmayıb ruh həyatı olduğunu anlayarsınız ...

-Həzrət Bəhaullah

Ruhun Həyatı

Həzrət Bəhaullah təsdiq edir ki, insan həyatının həqiqi məqsədi Allahı tanımaq və Onun hüzuruna çatmaqdır. Bәhai Tәliminә görә insan bәdәni ruhun inkişafı üçün ancaq müvәqqәti örtükdür vә mәqsәd әldә edildikdәn sonra bәdәn parçalanıb dağılır. Bizim həqiqi şəxsiyyətimiz ruhumuzdur. Ruhumuzun azad iradəsi və anlayış gücü  həm özümüzü, həm də cəmiyyətimizi yaxşılaşdırmağa imkan verir. Allaha və insanlığa xidmət etmək həyatımıza məna qazandırır və eyni zamanda ruhumuzun bədəndən ayrılıb Yaradıcısına doğru sonsuz səfərə başlayacağı ana bizi hazırlayır.

İnsan Ruhunun Mənşəyi

Həzrət Bəhaullah deyir ki, insanın ruhu ölməzdir. O, Allahın Səltənəti durduqca qalacaq, ona görə də əbədidir. Ruh fiziki deyil, ruhani mahiyyət olub, onun mənbəyi Allahın ruhani aləmlərindədir. O, materiya və fiziki dünyanın fövqündədir. Həzrət Bəhaullah yazır: “Ruh mahiyyəti etibarilə Allahın əlamətlərindən biri və Onun sirləri içərisində bir sirrdir. Onda elə bir şey gizlənib ki, hazırki aləm onu dərk etmək qabiliyyətinə malik deyildir”.....                davamı

 

Ruh - Allahın Əlamətidir

İnsan –həyatın ən yüksək formasıdır. Təkamül prosesi milyon illər ərzində son məqsədə - elə bir varlıq yaratmağa yönəlib ki, özündə “Allahın oxşarını və bənzərini” əks etdirə bilsin. İnsan fiziki təkamülün sonu və ruhani təkamülün başlanğıcını ifadə edir. Fiziki baxımdan kamil varlıq olan insan yarananda, o, “ruhu” daşımaq qabiliyyətində oldu. O, birinci varlıqdır ki, həm özünü, həm də Allahı dərk edir. Allah insana düşüncə vermiş, ona Allahı tanımaq və sevmək qabiliyyəti olan ruh bəxş etmiş, öz sifətlərini və keyfiyyətlərini onda cəmləşdirmişdir. Həzrət Bəhaullah yazır: “Dünyanı, onda yaşayan və hərəkət edən bütün varlıqları xəlq etdikdən sonra, O, Özünün Muxtar adının işığı ilə məxluqat içərisindən Onu tanımaq və Onu sevmək üçün insanı seçdi ki, bu da Kainatın yaradılmasının səbəbi və son məqsədi idi”.....                        davamı

 

İnsanın İkili Mahiyyəti

İnsanın nəcib varlıq kimi yaradılması fikri Bəhai yazılarında tez-tez rast gəlinən bir mövzudur. Bunun məqsədi insanın fiziki təbiətinin inkar edilməsi deyil. Hamımızın içində milyon illik təkamül nəticəsində əldə edilmiş və heyvanlar aləmi ilə paylaşdığımız xüsusiyyətlər yatır. İnsanın ikili təbiəti vardır: ruhani və maddi. Birinci, ruhani – yüksək təbiəti vasitəsilə o Allaha can atır, Onun sifətlərini və mərhəmət, məhəbbət, ədalət, şəfqət, düzlük, səxavət və digər məziyyətlərini özündə aşkar edir,  ikincisi vasitəsilə aşağı olana, bu dünyaya, onun bər-bəzəyinə bağlanır, riyakarlıq, tamah, ədalətsizlik, günahkarlıq girdabına qərq olur. İnsanda hər iki təbiətin əlamətlərinə rast gəlmək mümkündür......                                                                       davamı

 

Ölüm – Yeni Həyatın Başlanğıcıdır

Bütün dinlərdə olduğu kimi, Bəhai dinində də “Həyat və Ölüm”, “Cənnət və Cəhənnəm” anlayışları müzakirə mövzusudur. Ölüm nədir? İnsan ona necə münasibət göstərməlidir? Cənnnət və ya Cəhənnəm varmı? Həzrət Bəhaullah yazır: “Bil ki, hər bir eşidən qulaq, əgər o pak və təmizdirsə, hər an hər tərəfdən bu müqəddəs sözləri bəyan edən səsi eşidir: “Həqiqətən, biz Allahdanıq və Ona da qayıdacağıq. İnsanın cismani ölümünün və onun qayıtmasının sirləri açılmamışdır və hələ də gizli qalır. And olsun Allahın həqqaniyyətinə! Əgər onlar açılsaydı, bir çoxları  qorxu və qüssədən həlak olar, bəziləri isə elə sevinərdilər ki, Şərəfli Haqdan ölüm diləyər və hər an həsrətlə sonlarını yaxınlaşdırmağı istəyərdilər. Yəqinlik hasil edənlər üçün ölüm — dirilik suyu ilə dolu bir piyalə təqdim edir; o, sevinc saqisidir, fərəh bəxş edər və əbədi həyat əta edər”....                                                                                                           davamı

Ruhun Dərəcələri

Ruhla bağlı Bəhai təlimində maraq kəsb edən məsələlərdən biri də onun növlərə və dərəcələrə ayrılmasıdır. Həzrət Əbdül-Bəha bu haqda yazır: “Bil ki, ümumiyyətlə, ruhun beş növü vardır. Birincisi bitki ruhudur: bu bir qüvvədir ki, elementlərin birləşməsindən və Uca Allahın hökmü ilə maddələrin qarışmasından və başqa varlıqların təsirindən, effektindən və əlaqəsindən törəyir. Nə zaman ki, bu maddələr bir-birindən ayrılır, onda böyümə qüvvəsi bitmiş olur. Belə ki, başqa bir misal gətirsək, məsələn, elektrik cərəyanı elementlərin birləşməsindən yaranır, lakin bu elementlər ayrılanda elektrik qüvvəsi dağılır və itir....     davamı

Cənnət və Cəhənnəm 

Bəhai təliminə görə “Cənnət” və “Cəhənnəm” yer, məkan deyil, haldır. “Cən­nət” Allaha yaxınlıq, “cəhənnəm” isə Ondan uzaqlıqdır. Bu hal insanın indi­ki həyatında və ondan sonra gələn ölümdən sonrakı həyatında da mövcuddur. Həzrət Əbdül-Bəha yazır:  “O biri dünyanın var-dövləti Allaha yaxınlıqdır.”......                                                                                                     davamı

bottom of page